Pezeşkian məmurları sərt tənqid etdi
Sərhədlərlər bağlı YENİLİK
Ukrayna 7 milyard ayırdı, buna görə...
Ərdoğan Mixail Kavelaşvili arasında görüş keçirilib -FOTOLAR
Rusiya ordusu bu rayonları ələ keçirib
DOST Mərkəzinə direktor təyin edildi -FOTO
Avtobusda yanğın, ölənlər var
ABŞ bu ölkənin gəmisini vurdu -FOTO
Tanınmış müğənni vəfat etdi -FOTO
Həbs edilən Ramiz Mehdiyevin PARLAQ KARYERASI - DOSYE


09.10.2017  10:48 

Sükanı necə tutursunuz? - Maraqlı tiplər





A+  A-

Məlum olub ki, maşının sükanını tutmaq formasından asılı olaraq sürücünün xarakterini müəyyən etmək mümkündür.
XəzərNews.az xəbər verir ki, bu haqda Feysbukdakı avtotemir.az səhifəsində maraqlı material dərc olunub. Səhifə sükanı 8 fərqli formada tutan sürücülərin xarakterini araşdırıb. Həmin xüsusiyyətləri təqdim edirik:

1. Əgər sürücü maşını belə idarə edirsə, deməli o, nizam-intizamlı, soyuqqanlı və özünə əmin adamdır. Sakit və yolda danışmağı sevməyən insandır. Lazım olan yerə çatdırar, lakin yol boyu özünüzü tək başına əyləndirməli olacaqsınız.

2. Sürücü özünə çox da əmin deyil və hər zaman onu gözləyə biləcək təhlükələr barədə düşünür. Adətən bu cür hal bədənin irəli əyilməsi və yolda xaotik manevrlərlə müşahidə olunur. Ən yaxşısı bu cür insanı söhbət və məsləhətlərlə yayındırmayın, bunun sonu yaxşı olmaya bilər.

3. Sürücü məqsədinin nə olduğunu bilir. O şən və nəzakətlidir. Avtomobili asan və rahat idarə edir, həmçinin sərnişinlərlə söhbət etməyə etiraz etməz, lakin yolda baş verən dəyişikliklərə vaxtında reaksiya verir. Bu sürücü ilə getdiyiniz yol şən və təhlükəsiz keçəcək.

4. Əllərin bu cür yerləşməsi tərslik və düşünülməmiş cəsurluqdan xəbər verir. Yolda bu tip insanlar bütün yol verməyən sürücülərə şərh verməyi sevirlər, döngələrdə səhvlərə yol verir və çox zaman öndə hərəkət edənin dalınca düşüb onu yoldan kənarlaşdırmağı özlərinə borc bilirlər. Beləsinə irad tutmaq əhəmiyyətsizdir, ən yaxşısı yan keçməkdir.

5. Bu idarə etmə üsulu pessimist insanlar üçün səciyyəvidir. Yolda həmsöhbətdən çox dinləyiciyə ehtiyacı var.

6. Özünə inanan sürücüyə xas duruşdur. İnsan özünə və təcrübəsinə əmindir. Yolda risk etmir, amma həddən artıq sığortalanmır da. Yol problemsiz olanda söhbət edə bilər, amma anında yol hadisələrinə reaksiya verir və hər şey geridə qaldıqdan sonra gülümsəyərək baş verənləri şərh edir.

7. Sürücü uzun müddət ciddi qalmaqdan çətinlik çəkən xəyalpərəst insandır. Yol ərzində bəzən həmsöhbətinə tərəf dönərək, bəzən də əl jestləri ilə işarələr edərək danışacaq.

8. Bu cür insanlar əsəbi insanlardır. Onlar hər zaman özlərini hər kəsdən haqlı bilir və yolda avtomobili saxlayıb narahatçılıqlarına səbəb olan “günahkara” pəncərədən qışqırmaq şansını əldən verməzlər.

Xəbər 3426 dəfə oxunub.




15.10.2025  01:55 

Sərhədlərlər bağlı YENİLİK

15.10.2025  01:50 

Ronaldo rekordu yenilədi

15.10.2025  01:30 

Avtobusda yanğın, ölənlər var

15.10.2025  00:35 

Tramp Makronu ələ saldı

15.10.2025  00:32 

Bu ərazidə qaz olmayacaq

15.10.2025  00:28 

İnstaqramda yeni qayda

15.10.2025  00:21 

Kiyev işıqsız qaldı

15.10.2025  00:12 

Güclü zəlzələ baş verdi

14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO


BÜTÜN XƏBƏRLƏR +