Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.10.2017  09:46 

Azərbaycanda ağır qəza - 4 nəfər öldü





A+  A-

Sabirabad rayonunda ağır yol qəzası baş verib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı “50 DF 624” dövlət nömrə nişanlı minik avtomobili ilə “KamAZ” markalı “30 BF 414” dövlət nömrə nişanlı yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ölən və yaralıların şəxsiyyətləri, həmçinin qəzanın təfərrüatları müəyyənləşdirilir.

***

Sabirabadda yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

Qəzada xəsarət alan 21 yaşlı Eyvazlı Etibar Məzahir oğlu xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alan şəxs 22 yaşlı Xənimli Araz Mehdi oğluna həkimlər tibbi yardım göstərirlər. Məlumata görə, qəza dumanlı hava səbəbindən baş verib. Avtomobillərin toqquşması nəticəsində hadisə yerində ölən üç nəfərin meyiti FHN-nin xilasediciləri tərəfindən çıxarılıb.


Ölənlərin kimliyi dəqiqləşdirilir.

Xəbər 3280 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +