Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


20.09.2017  15:43 

Avtobus sürücüləri 4 saat işləməlidir





A+  A-

Sərnişinlər və ya sürücülərin aqressiv davranışları fiziki zorakılıqla nəticələnir. Bu o deməkdir ki, Azərbaycanda sərnişin-sürücü mədəniyyəti hələ də formalaşmayıb.
Kobud ifadə işlədənlər, səsini ucaldanlar, yeniliyi qəbul etməyib aqressiv hərəkət nümayiş etdirənlər bunu deməyə əsas verir.
Bu məsələdə əsas günahkar kimdir? Sərnişin yoxsa sürücü?

Bu kimi hallar qanunvericiliklə tənzimlənməlidir

XəzərNews.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Modern.az-a bildirib ki, qeyd edilən məsələdə hər iki tərəf ciddi məsuliyyət daşıyır:

“Təəssüflər olsun ki, sərnişinlərin sürücülərə və ya nəqliyyat sektorunun digər əməkdaşlarına qarşı aqressiv davranışları artmaqdadır. Bəzi hallarda hansısa sərnişinin bu cür davranışı digər sərnişinlərin də eyni şəkildə hərəkət etməsinə gətirib çıxarır. Bir növ insanlarda nədənsə çəkinmə, qanunvericilikdən qorxma halları yoxdur. Sərnişinlər hesab edir ki, günahı olan hər bir sürücüyə dərhal fiziki zor tətbiq etməklə, güc güstərməklə onu cəzalandırmaq olar. Halbuki bu, qanunla yolverilən hal deyil. Bu kimi hallar qanunvericiliklə tənzimlənməli və sərt formada qarşısı alınmalıdır”.

A. Allahverənov düşünür ki, bu istiqamətdə ciddi tədbirlər görülməlidir:


“Sərnişin-sürücü mədəniyyətinə gəldikdə, bəzi hallarda sürücünün də üzərinə müəyyən məsuliyyətlər düşür. İnsanlarla yaxşı davranmaq, onlarla münasibətdə nəzakətli olmaq, etik çərçivələri gözləmək lazımdır. Sərnişinlərə qarşı səsi yüksəltmək və ya kobud hərəkətlər yolverilməzdir. Belə hallar varsa, güc tətbiq etməyə ehtiyac yoxdur. Sadəcə Bakı Nəqliyyat Agentliyinin( BNA) 141 saylı qaynar xəttinə zəng edib sürücünün davranışı ilə bağlı konkret məlumat vermək lazımdır. Əminəm ki, BNA bu cür halların qarşısını almaq iqtidarındadır.
Təəssüflər olsun ki, sərnişinlərin aqressivliyi fiziki zorakılıqla bitir və bu da cinayət tərkibli əməlidir. Düşünürəm ki, sərnişin-sürücü mədəniyyəti ilə bağlı maarifləndirmə tədbirləri çoxaldılmalı, geniş əhatəli olmalıdır. Eyni zamanda bu istiqamətdə ciddi ictimai qınaq mexanizmi qurulmalıdır”.

Sürücülər 4 saatdan artıq avtobus idarə etməməlidir

Ekspertin fikrincə, bu kimi hallar yalnız avtobuslarda deyil, yollarda da baş verir:
“Sürücünün vəziyyəti də başa düşüləndir. Bəzi hallarda sürücü 6-8 saat hərəkətdə olur və artıq günün sonuna yaxın psixoloji cəhətdən stress altında qalır. Belə olduğu halda sürücüləri uzun müddətli işə cəlb etmək lazım deyil. Onlar 4 saatdan artıq avtobus idarə etməməlidirlər.
İstənilən halda heç kəsin xidməti borcunu yerinə yetirən insana qarşı zor tətbiq etmək və ya sərnişinlərə qeyri-etik davranmaq ixtiyarı yoxdur. Bu, yalnız avtobuslarda baş verən proses deyil. Yollarda da bu cür halların şahidi oluruq.

Nəqliyyat vasitəsindən istifadə edən iki insan mübahisə yaşayır, bir-birilərinə yol vermirlər. Yaxud piyada və sürücü arasında gərginliklərin, kobud ifadələrin şahidi oluruq. Burada konkret hansısa tərəfdə günah yoxdur. Hər bir şəxs öz üzərinə düşən öhdəliyi ciddi şəkildə həyata keçirməlidir. Digər şəxsin hüquqlarını pozmaq, ona xələl gətirəcək davranışlar sərgiləmək yolverilməzdir”.

Xəbər 1284 dəfə oxunub.



28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +