“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


15.09.2017  18:16 

Azərbaycanın ticarət etdiyi xarici ölkələr, əsas idxal malları - SİYAHI





A+  A-

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal olunub.
Gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 12872,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8502,5 milyon dollar, idxalın dəyəri 4369,7 milyon dollar təşkil etmiş, nəticədə 4132,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,2 faiz artıb, real ifadədə isə 14 faiz, o cümlədən ixrac 8,4 faiz, idxal 22,7 faiz azalıb.
Dövlət Statistika Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin 37,3 faizi Avropa İttifaqı ölkələri, 13,2 faizi MDB üzvü dövlətləri, 49,5 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
İxracın dəyərinin 22,6 faizi İtaliyaya, 12,5 faizi Türkiyəyə, 5,5 faizi Çinə, 5,3 faizi Rusiyaya, 4,6 faizi Gürcüstana, hər biri 4,3 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Portuqaliyaya, 4 faizi İsrailə, hər biri 3,7 faiz olmaqla Almaniya və Çexiyaya, 3,6 faizi Hindistana, 3,3 faizi Kanadaya, qalan 22,6 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
İdxal olunmuş məhsulların dəyərinin 18 faizi Rusiyanın, 15,7 faizi Türkiyənin, 10 faizi Çinin, 8,7 faizi ABŞ-ın, 4,6 faizi Almaniyanın, 4,5 faizi Ukraynanın, 3,8 faizi İtaliyanın, 3,2 faizi İranın, 3 faizi Birləşmiş Krallığın, 1,7 faizi Fransanın, hər biri 1,6 faiz olmaqla Belarus və Qazaxıstanın, 23,6 faizi isə digər ölkələrin payına düşüb.
2017-ci ilin yanvar-iyul aylarında 855 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 29,7 faiz, real ifadədə isə 27 faiz çoxdur.
2017-ci ilin yanvar-iyul aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 78,5 faiz, təzə meyvə – 38,5 faiz, kartof – 50,7 faiz, tütün – 66 faiz, bitki yağları – 1,6 faiz, meyvə və tərəvəz şirələri – 94,4 faiz, çay – 52,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 62,1 faiz, pambıq lifi – 6,3 dəfə, qara metallardan borular – 2 faiz, bentonit gili – 3,5 dəfə artmış, şəkər ixracı isə 24,4 faiz, meyvə və tərəvəz konservləri – 11,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 4,4 faiz, polietilen – 2,9 faiz, emal olunmamış alüminium – 31,5 faiz, qara metallardan yarımfabrikatlar – 35,4 faiz, pambıq ipliyi – 35 faiz azalıb.
2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 2017-ci ilin yanvar-iyul aylarında xam şəkər və şəkər idxalı 15,7 faiz, təzə meyvə – 9,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 1,8 faiz, çay – 3,6 faiz, quş əti və onun əlavə məhsulları – 66,7 faiz, mal əti – 2,3 dəfə, minik avtomobilləri – 53,2 faiz, polad prokatı – 7,3 faiz, hesablama maşınları, blok və qurğuları – 71,6 faiz, qara metallardan çubuqlar – 23,8 faiz, rezin şinlər – 40,6 faiz, mineral gübrələr – 3,2 dəfə, məişət kondisionerləri – 25,9 faiz, qara metallardan künclüklər ­– 35,6 faiz, paltaryuyan maşınlar – 93,2 faiz, yük avtomobilləri – 73,0 faiz, avtobuslar – 2,5 dəfə artıb, buğda idxalı isə 35 faiz, bitki yağları – 24,4 faiz, kartof – 5,3 faiz, təzə tərəvəz – 46,2 faiz, qara metallardan borular – 66,2 faiz, mebel – 6,7 faiz, polietilen – 27,0 faiz, sement və sement klinkerləri – 93,0 faiz, məişət soyuducuları – 28,1 faiz azalıb.

Xəbər 1173 dəfə oxunub.




16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +