Azərbaycanlı atlet rekord qıraraq çempion oldu
ABŞ casus peykini orbitə yolladı
Meksikada zəlzələ oldu
Şoyqu İsrailə gedir
İlham Əliyev Salyandadır
Həftənin ilk iş gününə olan hava proqnozu
Həmsədrlər regiona səfər edəcək
İlham Əliyev Neftçalaya getdi
“Tramp Ağ Evi “səs-küylü bazara” çevirib”
Kürdlərin referendumu rəsmən başladı

      

13.09.2017  12:27 

“Orada “moşennik”lər var” - AYB-yə sərt ittihamlar





A+  A-

Bir neçə gündür ki, Yazıçılar Birliyi ilə Bakı meri arasında “26” kafesi ilə bağlı qalmaqallı hadisələr baş verir.
Baş verənlərin fonunda ötən gün Yazıçılar Birliyinin ləğv olunması məsələsi də gündəmə gəlib. Düzdür, qurum bəyanat yayaraq məsələni təkzib edib. Və daha sərt şəkildə mövqeyini ortalığa qoyub.

Ancaq problem ətrafında müzakirələr yenə də davam etməkdədir.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” qurumun ləğv olunma məsələsi ətrafında yazıçıların münasibətini öyrənib.

Yazıçı Salam Sarvan bildirib ki, bu məsələdə ən optimal yol AYB-nin bir qəzetini və iki jurnalını saxlayıb, bütün strukturunu ləğv eləməkdir: “Çünki ortada absurd, gülməli görüntü var. Belə çıxır ki, 2000-dən çox üzv, 200-ə qədər maaşlı işçi, neçə-neçə rayon filialları, o boyda İcra aparatı, Katiblik, Ağsaqqallar Şurası, Gənclər şurası ona görə bir yerə yığışıb ki, bir qəzet, iki jurnal çıxarsınlar.

Elə bu kafe məsələsinin də maraqlı tərəfi əslində bu idi. AYB-nin pula hansı ehtiyacı var ki, icarəyə yer verməyə məcbur olur, yəni, bu təşkilat ədəbiyyat naminə hansı faydalı layihələri həyata keçirir ki, əlavə vəsaitə ehtiyacı yaranır? Biz axı onun heç bir fəaliyyətini görmürük. İldə bir dəfə təqaüd siyahısı təqdim etməkçün bu boyda təsərrüfata nə ehtiyac var? Yəni, AYB-ni büdcədən maliyyələşən qurum kimi buraxıb, ona ayrılan pulu ciddi ədəbiyyat layihələrinə yönəltmək lazımdır. Yeri gəlmişkən, dostumuz Rəşad Məcidin də canı dincələr, qalıb qəzetlə AYB arasında get-gəldə”.

Yazıçı Şərif Ağayarın fikrincə isə, AYB nə QHT kimi QHT-dir, nə dövlət orqanı kimi dövlət orqanı: “Məncə, bu şəkildə qalmamalıdır. Dövlət ədəbiyyata dəstək veirirsə, hansısa quruma, kiminsə ictimai statusuna görə deyil, konkret layihələrə, konkret işə kömək etməlidir. AYB-də ədəbiyyata dəxli olmayan, işbazlıqla, moşennikliklə məşğul olan, ədəbiyyatı al-ver vasitəsinə çevirən, mənəvi mühiti çirkləndirən çoxlu zərərli insanlar var və bunların əlində səlahiyyətlər var. Demokratik, sivil dünyaya xas prinsiplər işə düşməyincə belə adamların fəaliyyətinə münbit şərait yaranır. Öz qarınlarını rahatlıqla yekəltməklə məşğul olurlar. Qısaca desək, bu qurum buraxılmalı, yazıçılar müstəqil Pen-klublar şəklində yenidən təşkilatlanmalı, ədəbi mühitdə canlanma yaranmalıdır. Biz iyirmi ildir bunu deyirik və bir daha da təkrar edək. Heç nə itirmirik. Onsuz da eşidən yoxdur”.

Xəbər 364 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

24.09.2017  18:51 

ABŞ casus peykini orbitə yolladı

24.09.2017  17:46 

Meksikada zəlzələ oldu

24.09.2017  16:23 

Şoyqu İsrailə gedir

24.09.2017  15:09 

İlham Əliyev Salyandadır

24.09.2017  14:18 

İlham Əliyev Neftçalaya getdi

24.09.2017  13:09 

Almanlar yeni kanslerini seçirlər

24.09.2017  11:56 

Cəbhədə vəziyyət necədir?

23.09.2017  13:39 

Külək və 31 dərəcə isti


BÜTÜN XƏBƏRLƏR +