Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


12.09.2017  14:08 

Yazıçılar Birliyi ləğv olunur? - İclas bitdi + Yenilənib





A+  A-

“Sahil” bağı ətrafında yerləşən Yazıçılar Birliyinin binasındakı “26” adlı kafenin fəaliyyəti dayandırılsa da, söz-söhbətlər səngimək bilmir.
Yazıçı Çingiz Abdullayev bir neçə gün bundan əvvəl adıçəkilən kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını söyləmişdi. Lakin mətbuatda dərc edilən sənəddə kafenin Yazıçılar Birliyinə aiddiyatı olduğu bəlli olub.

Belə ki, məkanın icarəyə verilməsi haqqında müqavilə icarədar Ramil Ruslan oğlu Məmmədli ilə Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev arasında bağlanıb. Tərəflər müqaviləyə öz şərt və tələblərini də əlavə edərək imza adıblar. Bu müqaviləyə görə, icarədar hər ay müqavilə tərəfdaşına – Yazıçılar Birliyinə 8 min manat pul ödəyirmiş.

Görünən odur ki, kafe ətrafında baş verənlərlə bağlı Yazıçılar Birliyinin də başı dərddədir.

Bu arada gəzən söz-söhbətə görə, olay Azərbaycan Yazıçılar Birliyinin (AYB) ləğv olunmasına gətirib çıxaracaq.
Doğrudanmı AYB bağlana bilər?

XəzərNews.az xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı AYB-nin mətbuat katibi Xəyal Rza ilə əlaqə saxlayıb. O, sayta açıqlamasında bunları deyib.

“Hazırda AYB-də məsələ ilə bağlı iclas başlayıb. Hardasa günorta saatlarında bu barədə bəyanat veriləcək. Bəyanatı mətbuata yayacağıq. O zaman Yazıçılar Birliyinin bağlanıb-bağlanmayacağı barədə cavabı həmin bəyanatda tapacaqsınız. İndi heç nə deyə bilmərik”.

***

“Qafqazinfo” xəbər verir ki, AYB-də başlayan toplantı artıq başa çatıb. Qurumun ləğv olunması ilə bağlı hər hansı bir qərar yoxdur. AYB-nin mətbuat katibi bildirib ki, iclasda bəyanat qəbul olunub və az sonra həmin bəyanat mediaya təqdim olunacaq.

Xəbər 888 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +