İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


12.09.2017  13:35 

Bu il Azərbaycandakı otellər 136,6 milyon manat gəlir əldə edib





A+  A-

Bu ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 602,0 min nəfər, gecələmələrin sayı 1081,0 min adam-gecə olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilmiş şəxslərin sayında 42,9 faiz, gecələmələrin sayında isə 52,0 faiz artım müşahidə edilib.
XəzərNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yerləşdirilmiş şəxslərin 68,4 faizi xarici ölkə vətəndaşları olub, onlar tərəfindən keçirilmiş gecələmələrin sayı ümumi gecələmələrin 65,9 faizini təşkil edib. .

Gecələmələrin 58,2 faizi Bakıda, 9,3 faizi Qəbələdə, 5,8 faizi Qusarda, 4,1 faizi Naxçıvan Muxtar Respublikasında, 2,1 faizi Qubada, 1,5 faizi Şamaxıda, 1,4 faizi Xaçmazda, 17,6 faizi isə digər şəhər və rayonlarda yerləşən mehmanxanalarda qeydə alınıb.

Bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 136,6 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz çoxdur. Gəlirlərin 68,8 faizi nömrələrin satışı üzrə xidmətlərdən, 21,4 faizi içki və qida məhsullarının satışı üzrə xidmətlərdən, 9,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Gəlirlərin 97,0 milyon manatı (71,0 faizi) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb.

Xidmətlərin göstərilməsinə çəkilən xərclər 105,2 milyon manat olmuşdur ki, onların 32,3 faizini əmək haqqı xərcləri, 14,9 faizini içki və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 8,0 faizini yanacaq və enerji xərcləri, 7,9 faizini bütün növ sosial sığortalar üzrə ayırmalar, 7,3 faizini amortizasiya ayırmaları, 29,6 faizini isə digər xərclər təşkil etmişdir. Bu müəssisələrdə çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 9770 nəfər olub və bir işçiyə düşən orta aylıq nominal əmək haqqının məbləği 579,3 manat təşkil edərək ölkə üzrə orta göstəricidən 11,1 faiz çox olub.

Xəbər 1075 dəfə oxunub.




22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +