“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


12.09.2017  09:57 

Azərbaycana silah embarqosu tətbiq edən dövlətlər...





A+  A-

Azərbaycan son illər ərzində müxtəlif beynəlxalq silah sərgilərində aktiv şəkildə iştirak edir. Ölkədə istehsal olunan silahları xarici bazarlara çıxarır, digər yandan da özünün ordu ehtiyaclarını ödəməyə çalışır. Bu istiqamətdə bizimlə tərəfdaş olan, müxtəlif hərbi müqavilələr bağlayan dövlətlər var.
Bəs hansı dövlətlər tərəfindən Azərbaycana silah embarqosu tətbiq edilib?

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, 1990-cı illərdən NATO ölkələri Qafqaz regionuna silah satışını qadağan edib.

“Bununla bağlı konkret vahid sənəd həmin ölkələrin parlamentlərində qəbul olunmayıb. Lakin Amerika Birləş Ştatlarında (ABŞ) müxtəlif vəzifəli məmurların fikirləri müvafiq qanunvericilik aktları ilə möhkəmləndirilib. Bundan sonrakı illərdə də ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrdən Qafqaz dövlətlərinə silahların satışına yol verilmir”.

Zahid Oruc qeyd edib ki, amma hər hansı bir vasitələrlə ikinci və üçüncü dövlətlərin əli ilə bölgəyə Qərb silahları daxil olur.

“Lakin bu, birbaşa dövlətlərarası müqavilənin nəticəsində gerçəkləşmir. Hesab edirəm ki, burada mühüm məsələni nəzərə almalıyıq. Bu gün dünya silah bazarında dominantlığı birinci yerdə ABŞ, daha sonra Rusiya və digər ölkələr etməyə çalışırlar. Lakin reallıq ondan ibarətdir ki, həmin silahların da hər birinin özünəməxsus xarakteristikası, döyüş imkanları var. Ümumən Rusiya istehsalı və onun modifikasiyasında olan silahları almaq ordunun döyüş qabiliyyətinə mənfi təsir göstərir kimi fikirlər yanlışdır. Bu gün dünya Şimali Koreya və ABŞ arasında hidrogen bombası, ayrı-ayrı nüvə başlıqlarının sınaqdan keçirilməsi və s. gərginliyini izləyir. Həqiqət ondan ibarətdir ki, Şimali Koreya ikinci və üçüncü ölkələr və özünün resursları hesabına yaratdığı müxtəlif balistik raketlərin, raket əleyhinə olan sistemlərin tuta bilmədiyi silahlara malikdir”.

Depuat hərbi sənaye komplekslərinin hər bir ölkənin təhlükəsizliyinin, iqtisadiyyatının mühüm amilinə çevrildiyini qeyd edib.

“Azərbaycan artıq istehsal etdiyi müxtəlif növ silahları xarici bazarlara sərgilərə çıxarır. Ehtiyac olduğu təqdirdə isə müxtəlif növ silahlar alır. Ermənilər hər zaman Azərbaycanın aldığı silahlara qarşı qısqanclıq hissi keçirirlər. Amma bölgədə ancaq Gürcüstanda ABŞ-ın müxtəlif hərbi texnika və silahları var . O cümlədən bəzi ABŞ silahlarının Ukraynada nümunələri var. Lakin orada da bütün silahlar yoxdur. Belə olduğu təqdirdə MDB məkanında özünün resurs bazasının olduğuna görə, ən üstüm imkanlara malik olan dövlətlərdən biri Azərbaycandır. Bu, məhz iki amilə görədir. Türkiyə və İsrail. Türkiyə Azərbaycanın hərbi sisteminin formalaşmasında bütün komponentlər üzrə iştirak edir. O cümlədən Azərbaycan mənafeylərinə uyğun olan və bu bölgənin relyefində döyüş təlimləri vasitəsilə qazanılan, hərbi gücümüzü artıran ayrı-ayrı silahların verilməsinə qədər.
İsrail-Azərbaycan hərbi əlaqələri də dövlətimizin imkanlarını genişləndirir. İsrail dövləti milli təhlükəsizliyimizin möhkəmlənməsində, ermənilər üzərindən hərbi balansı keçməyimizdə çox böyük rol oynayır. Təsadüfi deyil ki, ermənilər bu amlə qarşı dirəniş göstərirməyə çalışırlar. Lakin reallıq göz qabağındadır. Dünən müdafiə naziri Zakir Həsənov İsrailə səfər edib. Məncə bu hər şeyi deyir”.

(modern.az)

Xəbər 1332 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +