Kürdlərin referendumu rəsmən başladı
Bakıda şirkətdən 266 min oğurlandı
Külək və 31 dərəcə isti
ARB-də süni şoular davam edir...
Tofiq Heydərovdan həbs xəbərinə reaksiya
Mitinqlə bağlı 9 nəfər həbs olundu
Daha bir yaralı öldü
Çayların vəziyyəti haqda açıqlama
Azərbaycanda 1.3 milyard pul xərcləyiblər
Polis 200 milyonluq kokain ələ keçirdi

      

11.09.2017  15:27 

Şeyxin qardaşı nəzir qutularının yığışdırılması təklifinə QARŞI ÇIXDI





A+  A-

Ötən həftə Modern.az saytının nəzir qutuları ilə bağlı gündəmə gətirdiyi məsələyə ən kəskin reaksiyanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa bildirmişdi. O, saytımıza açıqlamasında bunları demişdi.
“Düşünürəm ki, nəzir qutularını tamamilə yığışdırmaq lazımdır. Nəzir qutuları hər hansı bir şəkildə məscidə yardım qutuları ola bilər. Amma kiməsə vəsait ödənilməsi anlayışı doğru deyil. Ümumiyyətlə, dində “nəzir qutusu” anlayışı yoxdur. Əgər bunu dinlə əsaslandırırlarsa, dinlə ciddi əlaqəsi yoxdur. Bu məsələdə insanlar bilməlidirlər ki, dinlə əlaqəsi olmayan hər hansı atributların yaşanması mümkün deyil”.

Fazil Mustafanın nəzir qutularının yığışdırılması fikirləri ilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Cavanşir Paşazadə razılaşmayıb. Cavanşir Paşazadə açıqlamasında vurğulayıb ki, hər br insanın inancı var.

“O zaman dövlət strukturları nəzir qutuları ilə bağlı hesabat versin”

"Nəzir qutularının yığışdırılması barədə heç vaxt fikirləşməmişəm. Amma qarşı tərəfin fikirlərinə cavab olaraq deyə bilərəm ki, ikinci bir yer olmalıdır ki, insanlar inanclarını yerinə yetirsinlər. Əgər kimlərsə nəzir qutularının yığışdırılmasını məsləhət görürsə, o zaman həmin nəzir qutularını dövlət təşkilatlarına versinlər. Bunu dövlət strukturları xalqla öz aralarnda necə həll edəcəksə, elə də etsin. Bu zaman dövlət özü gələn gəlirləri hesablasın, hesabat versin.

“Nəzir qutularının yığışdırılması absurd fikirdir”

Cavanşir Paşazadənin sözlərinə görə, nəzir qutularından danışarkən digər vacib məsələləri gündəmə gətirmirik.
“Yol kənarlarında quraşdırılan nəzir qutularından danışırıq. Bəs o zaman küçədəki dilənçilərdən niyə danışmırıq? Svetaforun yanmasını görən kimi insnlardan pul dilənirlər. Təbii ki, bu dilənçilər özbaşına deyil. Bunlara şərait yaradanlar var. Bəs bunları niyə dilə gətirmirik?! Ancaq pirlərdəki nəzir qutularından danışırıq. Pirlərin sayı yüzdürsə, dilənçilərin sayı mindir. Düşüncəmə görə, pirlərdə quraşdırılan nəzir qutuları ilə bağlı fikirlər radikal fikirlərdir. Pirlərin ərazisi hansısa icra hakimiyyətinin nəzarətindədir. Bunun üçün həmin nəzir qutularından yığılan vəsaitlərin hara xərcləndiyini öyrənsinlər. Ümumiyyətlə, nəzir qutuları ilə bağlı narazılıqlar Sovet dövründə də olub, indi də var”.

“Deyirlər ki, “filankəs molladır”

Deputat yalançı mollardan da söz açıb.
“Bəzi pirlərdə acınacaqlı durum hökm sürür. Bir də görürsüz ki, bir saqqallı peyda oldu. Başına da atasının papağını qoyur və deyirlər ki, “filankəs molladır”. Axı bu hardan molla oldu?! Ona görə də söhbət təkcə nəzir qutularının yığışdırılmasından getməməlidir. Ən əsası pirlərdən dilənçiləri yığışdırmaq lazımdır. Dünyanın hansı bucağına gedirsən get, qarşına kassalar çıxır. Yahudi də, xristian da ürəyindən keçən məbləği qutuya atır. Bu zaman bizdə də dövlət bu işə nəzarət etsin. Bütün satış yerlərində kassalar quraşdırılsın və nizamlasın. Ona görə də bunları dinin üzərinə atmaq lazım deyil”.

Xəbər 259 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

23.09.2017  13:39 

Külək və 31 dərəcə isti

23.09.2017  13:08 

ARB-də süni şoular davam edir...

23.09.2017  12:09 

Daha bir yaralı öldü

23.09.2017  10:08 

18 yaşlı qızı ilan vurub

22.09.2017  20:57 

Ermənilər Ağdamı yandırır


BÜTÜN XƏBƏRLƏR +