Ermənilər Ağdamı yandırır
Arif Əsgərovun oğlu istintaqdan yayınıb
“Qara bazar”a son zərbə
“Azərbaycanda 50-dən çox etnik qrup var”
Almaniya yeni kansler seçiminə gedir
Hava kəskin dəyişəcək - Xəbərdarlıq
Ukraynada azərbaycanlı avtoritetlər saxlanıldı
Prezident Balaxanı Sənaye Parkının açılışında
Bakıda Avropa çempionatına start verilir
Ərşi titrədən tənha Adam

      

07.09.2017  16:38 

İstirahət mərkəzinin sahibi cərimə edilib





A+  A-

“Ağrıdağ” istirahət mərkəzinin sahibi cərimə edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, nazirliyin “Qaynar xətt”inə Baki şəhəri, Nərimanov rayon sakini Rahib Yusifli tərəfindən Göygöl rayonunda yerləşən “Ağrıdağ” istirahət mərkəzində vəhşi quşun qanunsuz saxlanılması ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
“Ağrıdağ” istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı qeyri-sərbəst şəraitdə saxlanılan vəhşi sar quşu aşkar edilib.
Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı “Ağrıdağ” istirahət mərkəzinin sahibi Şəmşi İsmayılov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 200 manat məbləğində cərimə edilib. Vəhşi quş isə təbiətə buraxılıb.

Xəbər 385 dəfə oxunub.



© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

22.09.2017  20:57 

Ermənilər Ağdamı yandırır

22.09.2017  16:49 

“Qara bazar”a son zərbə

22.09.2017  11:36 

Ərşi titrədən tənha Adam

22.09.2017  11:27 

Polis postuna atəş açılıb


BÜTÜN XƏBƏRLƏR +