Azərbaycanlı atlet rekord qıraraq çempion oldu
ABŞ casus peykini orbitə yolladı
Meksikada zəlzələ oldu
Şoyqu İsrailə gedir
İlham Əliyev Salyandadır
Həftənin ilk iş gününə olan hava proqnozu
Həmsədrlər regiona səfər edəcək
İlham Əliyev Neftçalaya getdi
“Tramp Ağ Evi “səs-küylü bazara” çevirib”
Kürdlərin referendumu rəsmən başladı

      

04.09.2017  12:34 

Hikmət Cavadov: “Nəticədə isə Azərbaycandan “tolerant olmağın” tələb edildiyini gördük”





A+  A-


Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporun sədri, hüquq elmləri namizədi Hikmət Cavadov "Bereza Today” saytında "İdrakdan ikraha” adlı məqalə dərc edib. Həmin materialı XəzərNews.az Azərbaycan dilində təqdim edir:

Məyus olmamağın qarşısını həddən artıq heyran olmamaq alır. İlk baxışdan sadə məntiqdir, amma biz özümüz üçün yeni kumirlər seçəndə bunu çox nadir hallarda xatırlayırıq. Sonra isə hər şey aydın olur və moizələri dinləyərkən nə dərəcədə sözə qulaq asan bir şagird olduğumuza təəccüblənirik.

Azərbaycan bütün bu mərhələlərdən çoxdan keçib. Ukrayna isə deyəsən, yalnız indi hər şeydə və hər zaman hansısa təşkilat və personajların məsləhətlərinə deyil, milli maraqlara istiqamətlənmək lazım olduğunu anlamağa başlayıb. Konkret danışsaq, söhbət "Human Rights Watch”dan və onun simasında Qərbin hüquq mühafizə-təşkilatlarından gedir. Onları niyə xatırladım? Buna səbəb Rusiyanın "Birinci” kanalının nümayəndəsi Anna Kurbatova ilə yanaşı bir sıra xarici jurnalistin Ukrayna ərazisindən çıxarılması oldu. "Xarici jurnalistlərin Ukrayna ərazisindən çıxarılması ölkənin insan haqları sahəsində öhdəçiliklərinin ciddi şəkildə pozulması deməkdir”, - bunu Human Rights Watch təşkilatının Ukraynadakı nümayəndəsi Tanya Kuper bəyan edib. O, bildirib ki, jurnalistlərin ölkəyə girişinə qadağa qoyulması "qisas almağa bənzəyir və Ukraynanın demokratik islahatlar və hüququn aliliyi üzrə öhdəçiliklərini pozur”.

Kuperin sözlərinə görə, Ukraynanın KİV-də qərəzli və yanlış, əsasən də Rusiya təxribatına dair məlumatların dərc edilməsi üçün narahat olmağa səbəbləri var, amma jurnalistlərə qoyulan qadağa buna cavab deyil. "Hakimiyyət Ukraynanı KİV-in intiqamdan çəkinmədən müxtəlif baxışları dərc edə bildiyi bir ölkəyə çevirməlidir”, - o, bəyan edib.

Ola bilər ki, bütün bu söz yığını sakit və müharibə aparmayan Avropa ölkələrində asan və beynəlxalq hüquq-mühafizə təşkilatlarının nümayəndələrinə lazımi şəkildə qəbul edilir. Çünki həmin ölkələrin ərazisi qonşu dövlət tərəfindən zəbt edilməyib, bu ölkələrdə qonşu dövlətin ordusu hər gün yerli sakinləri öldürmür, ölkənin əsgərləri işğaldan əziyyət çəkmir. Onlar Rusiyanın işğalından əziyyət çəkən, 10.000-dən çox vətəndaşını torpağa tapşıran ukraynalıların ağrı-acısını başa düşmürlər. Onlar anlamırlar ki, ölümə səbəb yalnız güllə deyil, həm də rusiyalı tele-təxribatçıların yaydığı nifrətdir.

Bütün bunlar Azərbaycanda da yaşanıb. Biz də bir zamanlar kor-koranə bu beynəlxalq təşkilatların mövqeyinin ədalətli olduğuna inanırdıq. Bizə elə gəlirdi ki, onlar Dağlıq Qarabağ münaqişəsində kimin işğalçı, kimin isə bu işğalın qurbanı, kimdən insan haqlarının qorunmasını tələb etmək lazım olduğunu anlamaya bilməzlər. Nəticədə ölkəmizin 20%-ni işğal edən, 1 milyondan çox azərbaycanlının haqlarını pozan, onları qaçqın və məcburi köçkünə çevirən Ermənistana təzyiq göstərmək əvəzinə, məhz Azərbaycandan "tolerant olmağın” və "digər fikirlərə hörmətlə yanaşmağın” tələb edildiyini gördük.

Nəticədə isə işğalçı-ölkə bütün bunlara istehza edərək, törətdiyi cinayətlərə görə məsuliyyət hiss etmir.

Bu ölkənin KİV-i isə gebel təxribatının payına düşən işə bərabər tapşırığın yerinə yetirilməsi ilə məşğuldur. Təəssüf ki, vəziyyətin paradoksu buna məhz hüquq-mühafizə təşkilatlarının vasitəçi olmasından ibarətdir. Onlar qatili və cinayətin qurbanını, oğrunu və qarətin qurbanını eyni səviyyəyə qoyurlar. Bu isə sadəcə səhv deyil, işğalçı gülləsindən həyatını itirən ukraynalı və azərbaycanlılara qarşı cinayətdir. Artıq aydındır ki, bütün bu beynəlxalq təşkilatların Ukrayna və Azərbaycanın milli təhlükəsizliyinə dair tövsiyə və bəyanatlarına məhəl qoymaq lazım deyil. Anna Kurbatova və Ukraynada vəziyyətə dair yalan məlumat yayan digər jurnalistlər ilə bağlı məsələyə gəldikdə isə onlar birmənalı şəkildə deportasiya edilməlidirlər. Ukrayna və Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edən, işğalçı və təcavüzkarları bu və ya digər şəkildə dəstəkləyən xarici vətəndaşların adları persona non-qrante siyahısına daxil edilməlidir. Başqa cür davranmaq olmaz. Əks halda onların əməllərinin bədəli bizim vətəndaşlarımızın həyatıdır. Əgər Human Rights Watch və ya başqa bir təşkilatda bunu anlamırlarsa, bu, onların problemidir. Biz isə bu məsələlər üzrə söz sahiblərinin bəyanatlarını, oxumağa dəyməyən bir kağız hesab edərək, dövlətimizin maraqları çərçivəsində hərəkət etmək hüququna sahibik.

Xəbər 148 dəfə oxunub.




© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

24.09.2017  18:51 

ABŞ casus peykini orbitə yolladı

24.09.2017  17:46 

Meksikada zəlzələ oldu

24.09.2017  16:23 

Şoyqu İsrailə gedir

24.09.2017  15:09 

İlham Əliyev Salyandadır

24.09.2017  14:18 

İlham Əliyev Neftçalaya getdi

24.09.2017  13:09 

Almanlar yeni kanslerini seçirlər

24.09.2017  11:56 

Cəbhədə vəziyyət necədir?

23.09.2017  13:39 

Külək və 31 dərəcə isti


BÜTÜN XƏBƏRLƏR +