Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


29.08.2017  11:06 

“Mənim arxamda güclü adamlarım, pulum və polis oğlum var“ - 3 yaşlı uşağı şikəst edən həkim





A+  A-

Cəlilabad rayon sakinləri Ruslan Sadıqov və Aynurə Sadıqova qız övladlarının qolunun şikəst olmasında Biləsuvar rayon Mərkəzi Xəstəxanasının həkimi, mama-ginekoloq Qənirə Ağayevanı təqsirkar bilirlər.
İddiaçıların Azadinform-a ünvanladıqları şikayət məktubunda bildirilir ki, həkim Q. Ağayeva 4 mart 2014-cü il tarixdə dünyaya gəlmiş Ayan Sadıqovanın doğuş prosesində sol qol nahiyəsinə xəsarət yetirməklə şikəst doğulmasına səbəb olub: “Mən 2014-cü il mart ayının 1-də yoldaşımla Biləsuvar rayon Mərkəzi Xəstəxanasına getdim və müayinədən keçdim. Q. Ağayeva bizə əminliklə bildirdi ki, uşağı sizə normal doğuşla tam sağlam verəcəyəm. Hətta əlavə etdi ki, uşağın təbii doğuşla sağlam doğulmasına başımla cavabdehəm. Biz də razılaşdıq. Üç gün sonra doğuş sancısı ilə xəstəxanaya getdim və Q. Ağayevanın iştirakı ilə qızımız dünyaya gəldi. Həmin gün Q. Ağayeva doğuş zamanı qızımın sol qolunu möhkəm əzib və bizə bunu bildirməyib. Səhəri günü Q. Ağayeva qardaşımdan 100 AZN pul aldı və bizə bildirdi ki, doğuş zamanı uşağın qolunu əzib. Sonra dedi ki, uşağı təcili Bakı şəhərinə xəstəxanaya çatdırın. Bakıda da Ana və Uşaq İnstitutunda həkimlər müayinə etdikdən sonra qeyd etdilər ki, doğuş zamanı sol qolunda sinir damarı əzilib və müalicə lazımdır. O gündən bu günədək müalicə etdirsək də heç bir nəticəsi olmadı. Daha sonra Bakıda yerləşən özəl xəstəxanaların birinə müraciət etdik və eyni diaqnoz qoyularaq dedilər ki, uzunmüddətli müalicə getməlidir”.
Valideynlər bildirir ki, 3 il ərzində qızlarının sağlamlığı üçün 7000 AZN maddi ziyanla üzləşiblər: “Bu dövr ərzində biz xəstəxanalarda gəzdik. Müalicə üçün qızımızı 7 gün Bakıda Uşaq Nevroloji Xəstəxanasında yatırtdıq. Sonra Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən xəstəxanada bir ay fizioterapiya etdirdik. Daha sonra Cəlilabad rayon Mərkəzi Xəstəxanasında yatırdaraq müalicəsini davam etdirdik. Artıq müalicənin davamına maddi imkanımız yol vermir. Çünki əlimizdə olan hər şeyi satıb qızımızı müalicə etdirmişik”.
Valideynlər onlara dəstək olmaq, normal həkim tapmaq və müalicəni davam etdirmək üçün Q. Ağayeva ilə təkrar görüşüblər: “Q. Ağayeva bizə çantasından 400 AZN pul çıxarıb uzatdı və dedi ki, alın bu pulu daha məni narahat etməyin. Biz də bildirdik ki, bizə pul yox, şikəst etdiyin uşağımızın sağlamlığı lazımdır. Bu cavabdan sonra yüksək səslə bizim üstümüzə çığıraraq “gedin, hara istəyirsiniz şikayət edin. Mənim arxamda güclü adamlarım, pulum və polis oğlum var. Heç kim mənə heç nə edə bilməz”, - deyərək otaqdan qovdu”.
Qeyd edək ki, vətəndaşın şikayəti əsasında Səhiyyə Nazirliyinin MTE və PA Elmi-Təcrübə və Tədris Birliyinin məhkəmə-tibbi ekspert rəyi də var. Rəydə bildirilir ki, təbii doğuşdan sonra yeni doğulmuş uşaqda doğuş travması, yəni sol qolun süst parezi baş verib.
Zərərçəkmiş tərəfin Baş prokuror Zakir Qaralova ünvanladığı müraciət Biləsuvar rayon Prokurorluğuna göndərilib. Biləsuvar rayon Prokurorluğu isə işlə bağlı cinayət işinin başlanılmasını rədd edib.
Valideynlər Q. Ağayevanı məhkəməyə verərək ondan 60 min manat təzminat tələb edirlər.
Ailənin mənəvi sarsıntılar və maddi ziyan çəkərək hazırda ağır vəziyyətdə yaşamalarına səbəb olan mama-ginekoloq Q. Ağayeva isə Prokurorluğa verdiyi izahatında haqqında söylənilənlərin yalan olduğunu iddia edir.
Məsələ ilə bağlı Azadinform-a danışan Q. Ağayeva məzuniyyətdə olduğunu bildirərək heç bir açıqlama verməyib.

















Xəbər 2152 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +