Kürdlərin referendumu rəsmən başladı
Bakıda şirkətdən 266 min oğurlandı
Külək və 31 dərəcə isti
ARB-də süni şoular davam edir...
Tofiq Heydərovdan həbs xəbərinə reaksiya
Mitinqlə bağlı 9 nəfər həbs olundu
Daha bir yaralı öldü
Çayların vəziyyəti haqda açıqlama
Azərbaycanda 1.3 milyard pul xərcləyiblər
Polis 200 milyonluq kokain ələ keçirdi

      

25.08.2017  14:49 

Bank ölən müştərinin oğlunu məhkəməyə verdi





A+  A-

Cəlilabad rayon sakini Bünyatov Mirbağır “Kred Aqro” BOKT-un Cəlilabad rayon filialından şikayətçidir.
O, bu barədə sayta müraciət edərək bildirib ki, 2015- cilin iyun ayında atası Binyatov Fayas sözügedən təşkilatdan 1500 manat məbləğində kredit götürüb: “Mən isə atama zamin durmuşam. Atam 2016- ci ilin oktyabr ayında vəfat edib. O vaxta kimi krediti ödəmişik. Ancaq atam vəfat etdikdən sonra təşklilat qalan məbləği ödəmək üçün mənə müraciət etdi. Mənsə bildirdim ki, kredit sığortalanıb. Əgər kredit götürən şəxs vəfat edirsə, yerdə qalan borcu sığorta şirkəti ödəməlidir. Şirkətdən dedilər ki, özüm gedib sığorta şirkətiylə danışıq aparıb borcu ödətdirməliyəm. Halbuki bu, müqavilə şərtlərinə uyğun deyil. “Alfa Sığorta”nı bizə həmin kredit təşkilatı təklif edib.

Filial rəhbərliyi də sığorta şirkətinə atamın ölümündən sonra qalan borcu ödəmək üçün məktub ünvanlayıb. İndi isə deyir ki, məsələnin onlara aidiyyatı yoxdur. Eyni məsələ Beynəlxalq Bankla da yaranmışdı. Amma onlar öhdəliklərini yerinə yetirdilər və qalan borcu sığorta şirkəti ödədi. Mən kredit təşkilatından öz öhdəliyini yerinə yetirməyi və məhkəmələrlə məni narahat etməməsini tələb edirəm”.

Sayt məsələ ilə bağlı “Kred Aqro” QSC-nn Cəlilabad filialının müdiri İntiqam Rüstəmovla əlaqə saxlayıb. O bildirib ki, sığorta müqaviləsi şirkətlə kredit götürən vətəndaş arasında bağlanıb: “Burada bizim şirkət heç bir məsuliyyət daşımır. Vətəndaş kreditin ödənilməsini sığorta şirkətindən özü tələb etməlidir. Kredit götürən şəxs vəfat etdiyindən onun borcunu müqavilə üzrə zamin ödəməlidir. Zamin da borcu ödəmədiyi üçün biz aidiyyatı üzrə məhkəməyə müraciət etmişik”.



(qafqazinfo.az)

Xəbər 493 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

23.09.2017  13:39 

Külək və 31 dərəcə isti

23.09.2017  13:08 

ARB-də süni şoular davam edir...

23.09.2017  12:09 

Daha bir yaralı öldü

23.09.2017  10:08 

18 yaşlı qızı ilan vurub

22.09.2017  20:57 

Ermənilər Ağdamı yandırır


BÜTÜN XƏBƏRLƏR +