“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


17.08.2017  17:54 

İtin dişlədiyi 5 yaşlı uşaq öldü





A+  A-

İyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyib.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, həmin azyaşlı bu gün vəfat edib. Məsələ ilə bağlı Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasının baş həkiminin müavini Sərvər Hüseynli bildirib ki, azyaşlı xəstəxanaya gətirilərkən vəziyyəti çox ağır olub: “Orada daha bir vaksin də vurulub. Amma həkimlərin bütün səylərinə baxmayaraq xəstə bir az əvvəl vəfat edib”.

Xatırladaq ki, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev AzVision.az-a bildirib ki, həmin gün şəhərin 10 və 11-ci mikrorayon ərazisində 10 nəfəri it dişəyib:"Onların hamısına vaksin vurulub, heç birində quduzluq əlaməti yoxdur. Yalnız bu uşaqda ağırlaşma olub. İti isə artıq necə gündür tapa bilmirlər. Lazımi qurumlara tələb xarakterli məlumat verilib. Lakin heç bir iş görülməyib. Küçədə itlər insanları parçalayır. Ya bu itləri yığışdırın, ya da nəsə edin. İt insandan dəyərli olub. Ayda 4-5 nəfəri it parçalıyr və tədbir görülmür. Qalmışıq bu itlərin əlində”.

AzVision.az-ın məlumatına görə, Mikayılzadə Zeynəb Elçin qızını it başından dişləyib.

Xəbər 1089 dəfə oxunub.




16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +