İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


16.08.2017  10:37 

İTV-nin Yayım Şurasının üzvündən “İctimai” radioya sərt İTTİHAM





A+  A-

Adətən hər il günümüzün ayrılmaz hissəsinə çevrilən televiziyalarda müəyyən dəyişikliklər müşahidə edilir. Bu, yeni mövsümlə və ya ümumi məsələlərlə bağlı ola bilir.
Məsələn, bir neçə ay bundan qabaq İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının, kadr təyinatında baş verən dəyişikliklər buna nümunədir.

Maraqlıdır, İctimai Televiziya yeni mövsümdə öz tamaşaçılarına nələr vəd edir? Ümumiyyətlə hansı yeniliklər gözlənilir?

XəzərNews.az bildirir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Azər Həsrət Modern.az-a açıqlama verib. Onun sözlərinə görə yay fəsli olduğu üçün hələki durğunluq müşahidə edilir:

“İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası təbii ki, öz səlahiyyətləri çərçivəsində İctimai Televiziya və Radio yayımlarının işlərinə qarışmır.

Şura nəzarət edici orqandır və kadr təyinatları məsələsi ilə məşğul olur. Xüsusilə də təklif olunan kadrların təsdiqi əsas işimizdir. Biz ümumi siyasətin müəyyənləşdirilməsində iştirak etmirik. İctimai Televiziya və Radio yayımları şirkətinin direktorunun müəyyənləşdirdiyi və Yayım Şurasının birlikdə qərar verdiyi məsələlərlə bağlı həyata keçirilən işlərə nəzarət edirik. Amma biz də bu cəmiyyətin bir parçasıyıq. Azərbaycanda normal ictimai yayımın baş tutması və daha da irəli getməsində maraqlıyıq. Bu baxımdan bizim öz təşəbbüs və fikirlərimiz olur. Təbii ki, bunları rəhbərliklə və işçilərlə söhbət zamanı paylaşırıq.
Hazırda yay fəslidir və insanların əksəriyyəti istirahətdə olduğu üçün Yayım Şurasının fəaliyyətində fasilə yaranıb. Avqust adətən çox da məhsuldar ay olmur. Bu səbəbdən hələlik toplaşa bilmirik.

Bildiyimə görə sentyabr ayında yeni həvəslə, yeni fikirlərlə bir araya gələcək və təkliflərimizi səsləndirəcəyik. İndiki zamanda konkret nəsə deməyə çətinlik çəkirəm”.

A.Həsrət söhbət zamanı yeni təklif və təşəbbüslərdən də söz açıb:

“Məni davamlı narahat edən məsələ var və tezliklə bunun müzakirəsinə çalışacağam. Bu, “İctimai” radionun həddən artıq bayağı və Azərbaycan milli mentalitetinə zərbə vura biləcək musiqilərə yer verməsidir.

Bu məsələ ilə bağlı yayım şurasının üzvü seçilməmişdən qabaq da dəfələrlə rəhbərliyə fikrimi çatdırmışam. Təsəvvür edin ki, səhər 8-9 radələrində proqram zamanı 40 dəqiqədə 6 xarici musiqi səsləndirdilər. Bu müddət ərzində bir Azərbaycan musiqisi səsləndirilmədi. Bu isə ictimai yayım haqqında qanun və bütövlükdə ictimai yayım fəlsəfəsinə ziddir. İctimai radio sanki ANS ÇM-i əvəz etməyə çalışır. Ümumiyyətlə maraqlıdır, hansı ağılla o cür musiqi seçimi edilir?. Bu səbəbdən Yayım Şurasının növbəti iclasında bu məsələni gündəmə gətirmək fikrindəyəm”.

Xəbər 1417 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +