Ermənilər Ağdamı yandırır
Arif Əsgərovun oğlu istintaqdan yayınıb
“Qara bazar”a son zərbə
“Azərbaycanda 50-dən çox etnik qrup var”
Almaniya yeni kansler seçiminə gedir
Hava kəskin dəyişəcək - Xəbərdarlıq
Ukraynada azərbaycanlı avtoritetlər saxlanıldı
Prezident Balaxanı Sənaye Parkının açılışında
Bakıda Avropa çempionatına start verilir
Ərşi titrədən tənha Adam

      

14.08.2017  14:11 

Alim Qasımov: “Yaş üstünə yaş gəldikcə özümə deyirəm ki, ağıllı ol”





A+  A-

14 avqust Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımovun doğum günüdür. A.Qasımov 1957-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olub. O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. 1979-cu ildə Azərbaycan Televiziyası ilə ilk çıxışı olub. Hazırda Asəf Zeynallı adına Musiqi Məktəbində və Bakı Musiqi Akadamiyasında çalışır. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.
Azərbaycan muğamını bütün dünyada təbliğ edən xanəndə bu gün 60 yaşına qədəm qoyur.

Modern.az saytı səbəbkarın doğum günündə onunla əlaqə saxlayıb. Qısa da olsa müsahibə ala bilib.

XəzərNews.az onunla müsahibəni təqdim edir:

- Alim müəllim, öncə doğum gününüzü təbrik edirik. Hər bir oxucu üçün maraqlıdır. Alim Qasımov doğum gününü necə keçirir?

- Doğum günümü ailəmlə qeyd edirəm. İndi də dostlarımızla, yaxınlarla bir yerdə oturmuşuq.

- Adətən yaş artdıqca insanların fikirləri dəyişir. Hiss edirsinizmi ki, fikirləriniz dəyişib?

- Yaş üstünə yaş gəldikcə özümə deyirəm ki, ağıllı ol, bir az özünü ağır apar. Düzdür, cavanlıq beynimdə fırlanır, amma özümü tənbeh edirəm. Yəni özümə tərbiyə verə-verə yaşamaq istəyirəm.

- Bəs ifalarınız necə? Əvvəlki illərlə müqayisədə fərqlənirmi?

- Zaman istər-istəməz ifalarıma da təsir edir. Adam yaşına baxıb utanır.

- Yayı necə keçirirsiniz? İstirahətiniz necədir?

- Şükür Allaha hər şey yaxşıdır. Diqqətinizə görə minnətdaram.

- Alim müəllim, bu gün televiziyalarda kifayət qədər muğam müsabiqələri olur. Münsif kimi iştirak etmək üçün sizə dəvətlər gəlirmi?

- Bəli. Müsabiqələrdə münsif kimi məni dəvət edənlər kifayət qədərdir. Elə indi də çox təkliflər gəlir.

- Bəs nə üçün iştirak etmirsiniz?

- Vaxt məsələsinə görə təkliflərə müsbət cavab verə bilmirəm. Həm də hövsələm tab gətirməz. Digər tərəfdən ustadlarımız orada oturublar, daha mənim üçün əlavə yer ayrılmasına ehtiyac yoxdur.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Qarşıda bizi gözləyən konsertlər var. Yəni yaradıcılıqda irəliləyiş çoxdur, sadəcə enerji lazımdır. Təki Allah bol enerji, qüvvə versin ki, istədiklərimizi reallaşdıra bilək.

- Alim müəllim, sosial şəbəkələrdə sizin adınıza səhifələrin olduğunu görürük. Maraqlıdır, sizin idarə etdiyiniz hesabınız varmı?

- Düzü onlardan heç xəbərim yoxdur. Sosial şəbəkədən də istifadə etmirəm. Ancaq bəzi hesabların sahibini tanıyıram. Görürəm ki, çox həvəslidirlər. Ona görə onlara “işinizlə məşğul olun, onsuzda mən istifadə edən deyiləm” deyirəm.

- Maraqlıdır, mətbuatı izləyirsinizmi?

- Xeyr. Nə televiziyaları, nə də saytları izləmirəm.

- Hazırkı gənc muğam ifaçıları ilə bağlı düşüncələriniz necədir?

- Bu haqda fikir bildirmək üçün vaxt ayırmaq, diqqət etmək lazımdır. Ona görə də heç nə deyə bilmərəm. Allah hamısının köməyi olsun. İstedadı, bacarığı olanlar onsuzda suyun üzünə çıxacaqlar. Bunu da bütün xalqımız, dünya görəcək və qiymətləndirəcək.

- Prezidentin sərəncamına əsasən “Şərəf Ordeni” ilə təltif edildiniz. Gözləyirdinizmi?

- Əlbəttə, cənab prezidentimizin bu addımı məni və o cümlədən tamaşaçıları, məni sevənləri, ailəmi çox sevindirdi. Bu diqqətə görə öz minnətdarlığımı bildirirəm.

Xəbər 580 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

22.09.2017  20:57 

Ermənilər Ağdamı yandırır

22.09.2017  16:49 

“Qara bazar”a son zərbə

22.09.2017  11:36 

Ərşi titrədən tənha Adam

22.09.2017  11:27 

Polis postuna atəş açılıb


BÜTÜN XƏBƏRLƏR +