Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


14.08.2017  10:08 

Qalmaqal: İsrail operatorları Azərbaycana satılan PUA-nı ermənilərə tuşlamaqdan imtina edib





A+  A-

İsrail Müdafiə Nazirliyi bu ölkənin “Aeronautics Defense Systems” şirkətinin operatorlarının Azərbaycana satılmış yeni pilotsuz döyüş aparatını erməni hədəflərinə tuşlamaqdan imtina etdiklərinə dair məsələni araşdırır.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu sensasion məlumatı İsrailin “Maariv” qəzeti yazıb. Qəzetin yazdığına görə belə şikayət Azərbaycan Müdafiə Nazirliyi tərəfindən İsrail Müdafiə Nazirliyinə təqdim edilib. “Aeronautics Defense Systems” şirkətində isə ittihamları qəbul etmirlər.

Məqalənin müəllifi Yossi Melman bildirir ki, insident təxminən bir ay əvvəl olub. “Aeronautics Defense Systems” şirkətinin nümayəndə heyəti pilotsuz döyüş aparatlarının təchizatına dair yeni müqavilənin şərtlərini müzakirə etmək üçün Bakıya səfər ediblər. Söhbət “kamikadze” PUA-ların yeni tipindən gedir. Məqalədə deyilir ki, Azərbaycan hərbçiləri İsrail şirkətinin nümayəndələrindən texnikanın imkanlarını ermənilərə qarşı real döyüş şəraitində nümayiş etdirməyi xahiş ediblər. Lakin İsrail mütəxəssisləri buna rədd cavabı veriblər. Bildirilir ki, Azərbaycan Müdafiə Nazirliyi həmn zərbənin görüntülərini yaymağa hazırlaşırdı.

Qəzetin yazdığına görə İsrail Müdafiə Nazirliyinin qaydaları silah təchizatçılarının başqa ölkələrin ərazsində döyüş əməliyyatlarında birbaşa və ya dolayısı iştirakını qadağan edir. Belə iştirak üçün Müdafiə Nazirliyinin xüsusi icazəsi lazımdır. Bildirilir ki, “Aeronautics Defense Systems” şirkətinin iki operatoru pilotsuz döyüş texnikasının imkanlarını real döyüş şəraitndə nümayiş etdirməkdən imtina edəndən sonra İsrail nümayəndə heyətinin rəhbəri onlara təzyiq etməyə çalışıb. Lakin operatorlar tabe olmayıblar. “Kamikadze” PUA-nı ermənilərin mövqelərinə tuşlamaqdan imtina edən operatorlardan biri sonradan şirkətdən istefa vrib, digəri isə tezliklə işdən çıxmağa hazırlaşır.

İsrail Müdafiə Nazirliyindən bunları bildiriblər: “Adətən nazirlik müdafiə təyinatlı məhsulların ixracına dair şərh vermir. Bu informasiya nazirliyin müvafiq strukturları tərəfindən yoxlanılır”.

“Aeronautics Defense Systems” şirkətinin mətbuat ximəti isə Azərbaycan tərəfinin şikayətində deyilənləri qəti təkzib edib. Bildirib ki, şirkət öz məhsullarını dünyanın 50 ölkəsində müştərilərə göndərir və bu zaman Müdafiə Nazirliyinin ixrac lisenziyasına əsaslanır. “Aeronautics şirkəti heç vaxt canlı hədəflər üzərində silahların imkanlarını nümayiş etdirmir. Bu, indiki hala da aiddir”-açıqlamada bildirilir.

Qəzetin yazdığına görə İsrail operatorlarının imtina etməsindən sonra Azərbaycan tərəfi pilotsuz döyüş apratını ermənilərn mövqelərinə qarşı özü tətbiq edib. Hədəf vurulub, ancaq tələfat ciddi olmayıb.

Xatırladaq ki, Azərbaycan İsraildən pilotsuz aparatların bir neçə tipini, o cümlədən “Harop” pilotsuz döyüş aparatlarını əldə edib. “Harop” pilotsuz döyüş aparatları ilk dəfə real döyüş şəraitində ötən ilin aprelində tətbiq edilib və nəticədə İsrail şirkətinin pilotsuz aparatlarına dünyada maraq daha da artıb. Habelə Azərbaycan İsral şirkətinin lisenziyası əsasında özünün “Zərbə” pilotsuz döyüş aparatlarını istehsal edir və tezliklə bu aparatların silahlanmaya qəbul edilməsi gözlənilir.

İndi İsrail şirkətinin operatorlarının Azərbaycanın almaq istədiyi yeni pilotsuz döyüş aparatlarının imkanlarını nümayiş etdirməkdən imtina etməsi Bakını haqlı olaraq narazı salıb. Çünki Azərbaycan İsraildən milyardlarla dollarlıq silah alır və müavilə öhdəliklərini həmişə nizamla yerinə yetirib. İndi necə ola bilər ki, “Aeronautics Defense Systems” şirkəti Azərbaycana yeni pilotsuz döyüş aparatları satıb qazanmaq istəyir, ancaq texnikanın imkanlarını nümayiş etdirmək istəmir? Axı İsrail operatorlarının pilotsuz aparatı erməni hədəflərinə tuşlaması onların döyüş əməliyyatlarında iştirakı deyil, çünki zərbə barədə qərar Azərbaycan komandanlığı tərəfindən verilir. Azərbaycan İsraildən milyardlarla dollarlıq silahı muzeylərdə nümayiş etdirmək üçün almır, bu silahların işğalçı erməni qüvvələrinin hədəflərini vurmaq üçün nəzərdə tutulduğunu bəyəm İsraildə bilmirdilər?

Xəbər 1264 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +