Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


05.08.2017  15:16 

Əli Həsənovun nəvəsinə 12 il cəza düşür





A+  A-

İki gün əvvəl Bakıda baş verən dəhşətli qəzaya səbəb olan sürücünün kimliyi bilinib.
Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobillə dəhşətli qəza törədən və sürücünün adı dəqiqləşib.

Məlum olub ki, bir piyadanın və bir sərnişinin ölümünə səbəb olan sürücü “Qaçqınkom” Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.

Bildirək ki, qəza zamanı Türkiyə vətəndaşı olan daha iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bu hadisə bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə böyük müzakirə mövzusu olsa da, sürücünün kim olması bu gün dəqiqləşib. Məlumatı ilk olaraq virtualaz.org saytı yayıb ki, sürücü Nail Allahverdiyev olub. O, 10 PP 203 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, sürücü cinayət məsuliyyətinə cəlb ediləcək.
Xatırladaq ki,N.Allahverdiyev cinayət məsuliyyətinə cəlb ediləcəyi halda onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılacaq.
O, bu maddə ilə 10 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər.

Hüquqşünas Əsabəli Mustafayev bildirib ki, Əli Həsənovun nəvəsinə 12 il iş verilə bilər. Çünki burada hadisə yerindən qaçma məsələsi də var:

"Bu hadisədə Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələrinə uyğun olaraq cinayət işi açıla bilər. Şəxs hadisəni törətdikdən sonra yayınıb. Yəni sürücü kimi özünü təqdim etməyib. Ona görə də artıq burada 264-cü maddə də aid edilir. Gizləndiyi üçün qəsdən törədilən və ağır cinayət sayılır. Əgər məsuliyyətə cəlb olunarsa 12 ilə yaxın azadlıqdan məhrum edilə bilər".

Məsələ ilə bağlı açıqlama verən vəkil Ceyhun Yusifov isə fərqli fikirdədir. O, müxbirimizə deyib ki, əvvəlcə istintaqın yekunlaşmasını gözləmək lazımdır:

"Qəzanın ehtiyatsızlıqdan və ya sürücünün səhvindən baş verdiyinin dəqiqləşməsini gözləmək lazımdır. İstintaqı qabaqlamaq olmaz. İbtidai istintaqın gəldiyi nəticədən sonra fikir bildirmək lazımdır. Əgər, məlum olduğu kimi qəzada iki nəfər ölübsə, iki nəfər də yaralanıbsa, bu hərəkət Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin təsiri altına düşür. Belə olan halda sürücünü 5 ildən 10 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir".

(musavat.com)

Xəbər 1462 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +