“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


02.08.2017  10:48 

Ali məktəblərdə plan yerləri boş qala bilər





A+  A-

Bu il Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında abituriyentlərin əldə etdikləri nəticələr və orta bal açıqlanıb. 2017/2018-ci tədris ili üzrə abituriyentlərin ümumi imtahan nəticələri qruplar üzrə təxminən ötənilki səviyyədədir.
XəzərNews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Ali məktəblərə qəbul imtahanlarının iki dəfə keçirildiyini xatırladan M. Abbaszadənin sözlərinə görə, abituriyentlərin orta balı onların hər ikisinin ümumi nəticələrinə əsasən hesablanıb: “Belə ki, I qrup üzrə yaz imtahanında 25 054 nəfər iştirak edib və onların orta balı 161,54 olub. Yəni bu qrup üzrə abituriyentlərin 50%-dən çoxu 161 baldan yuxarı nəticə göstərib. I qrup üzrə yay imtahanında isə 22 267 nəfər iştirak edib. Onların tam yarısından çoxu 193 bal nəticə göstərib. Bu da orta balın təxminən 30 bal artmasını göstərir ki, abituriyentlər öz imtahan nəticələrini analiz edərək ikinci mərhələdə daha yaxşı nəticə əldə ediblər. I qrupda iki imtahan arasında fərqlər maksimum 100 bala qədər olub. Amma ümumi rəqəmləri götürdükdə hər bir abituriyentin nəticəsi 20 bal artıb. II qrup üzrə ilk mərhələdə 18 349 nəfər iştirak etmişdisə, onların orta balı 204, 49 olub. Yəni, 50%-dən çoxu 204 baldan çox nəticə göstərib. Bu qrup üzrə yay imtahanında iştirak edən 17 321 iştirakçının orta imtahan göstəricisi isə 216, 62 bal olub. Bu qrupda iki imtahan arasında 12 bal fərq var qeydə alınıb və bu rəqəm elə də hiss edilmir. III qrup üzrə yaz imtahanında 16 360 abituriyent iştirak edirdisə, burada orta bal 215, 79 bal olub. Yay imtahanında iştirak edən 15 591 nəfər abituriyentin 50%-dən çoxu 264 baldan yuxarı nəticə (orta imtahan göstəricisi 263,67 bal olub) göstərib. Bu qrup üzrə imtahanlar arasında orta balda 50 bala yaxın artım müşahidə edilir.

IV qrupda isə I mərhələdə 4 455 nəfər iştirak etmişdisə, onların orta balı 265,5 olub, yəni 50%-i bu göstəricidən yuxarı nəticə toplayıb. Yay imtahanında isə 4 248 nəfər iştirak etmişdisə, onların orta balı 334 bal olub. Bu qrupda da kifayət qədər yüksəliş var".

Ancaq buna baxmayaraq, hər il olduğu kimi, bu il də plan yerləri boş qala bilər. M. Abbaszadə bu il ali məktəblər üçün 42 806 vakant yer təqdim olunduğunu və ola bilər ki, müəyyən yerlərin boş qala biləcəyini bildirib. Ötən illə müqayisədə vakant yerlərin 2 faiz artdığını qeyd edən Məleykə Abbaszadənin sözlərinə görə, I qrupda bu göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda demək olar ki, eyni qalıb, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən 8 faiz artım var. DİM sədri xatırladıb ki, avqustun 10-da ixtisas seçimi başa çatandan sonra xüsusi proqram təminatı vasitəsilə yerləşdirilmə aparılacaq: “Toplanan bala və ixtisas seçiminə görə nəticələr elan olunacaq. Bundan sonra boş qalan yerlər elan olunacaq. Bu da avqust ayının 15-dən sonra olacaq. Bunun üçün sənəd qəbulunun avqustun 15-dən 19-na kimi olmasını nəzərdə tutmuşuq. Nəticələri elan etdikdən sonra avqustun 20-dən 30-na qədər ali məktəblərə qeydiyyat aparılacaq. I mərhələnin qeydiyyatı avqustun 15-dən 25-nə qədər aparılacaq”.

Xəbər 1449 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +