İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


02.08.2017  10:03 

Göyçayda ASC müdiri sakinlərə “qan uddurur“ - FOTOLAR





A+  A-

Göyçay rayonundan olan bri qrup sakin qarşılaşdıqları qanunsuzluqlarla bağlı XəzərNews.az-a şikayət məktubu göndərib.
Həmin məktubu olduğu kimi təqdim edirik:

Göyçay rayon icra başçsı Mehdi Səlimzadə hara baxır bilmirik. Bu adam bir maraqlanmır ki, "Göyçay-Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev pul qazanmaq üçün Göyçay rayon sakinlərinin sağlamlıqlarını təhlükə altında qoyub, rahatlığını pozub. Olsun ki, Arif Əliyev qazandığı puldan onlara haqq verdiyi üçün ona gözün üstə qaşın var deyən yoxdur. Arif Əliyev "Göyçay-Avtonəqliyyat" ASC-nin direktorudur. O, həmin avtobazanı bazar edib. Həmin bazardan gündəlik yaxşı qazanc əldə etsə də antisanitariya, şəraitsizlik, qışda palçıq, yayda toz-torpaqdan bazara girmək mümkün deyil. Tozun-palçığın içində qida məhsulları, kənd təsərrüfatı malları satılır. Bunu da biz sakinlər məcburuq alaq uşaqlarımıza yedizdirək. Göyçay rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru "Göyçay-Avtonəqliyyat" ASC-də qanunsuz fəaliyyət göstərən bazardakı antisanitariyanın qarşısını almır heç bir tədbir görmür, hansı ki, bütün bu neqativ hallar göz önündədir. Arif Əliyev bu bazardan küllü miqdarda pul qazansada asfalt örtüyü çəkdirmir, köhnə piştaktaları yığışdırmır, qida məhsullarının örtülü yerdə satılmasını təmin etmir, soyducu sistemi təşkil etmir. Bir-neçə gündür intensiv yağışlardan bazarda dəhşətli mənzərə yaranıb.Yağışdan əmələ gəlmiş gölməçələr iylənib, kanalizasiya işləmir, palçıq əlindən bazara girmək olmur. Bura nə bazar kimi bazar deyil, nədə ki, avtobaza kimi heç nəyə yaramır.İşləməyən köhnə yararsız avtobuslar bazara qarışıb. Elə bilki "Göyçay-Avtonəqliyyat" ASC-nin direktoru Arif Əliyev insanların qəsdinə durub. Buna baxmayaraq icra başçısı heç bir tədbir görmək istəmir. Buna görə də Arif Əliyev bildiyini edir.Bəlkə də Azərbaycanda belə antisanitariya içində fəaliyyət göstərən şəraitsiz ikinci bazar yoxdur. Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirik.Cənab prezident pul qazanmaq üçün "Göyçay-Avtonəqliyyat" ASC-ni bazara döndərib antisanitariya şəraitində əhalinin sağlamlığını təhlükə altında qoyan "bazarkom" Arif Əliyevin barəsində tədbirlər görəsiniz.

İmza Göyçay rayon sakinləri
Səmədova Vəcihə Firuddin qızı Feyzullayeva Durnisə Qüddəsər qızı Vəliyeva Güllü Fərman qızı Umudova Səmayə Çingiz qızı
Məmmədov Tahir Kamal oğlu
Süleymanov Bahadur Nurməmməd oğlu
İxtiyarov Neman Vəzir oğlu
Dadaşov Piralı Qulam oğlu
Yusifova Nərgiz Rafiq qızı
Nuriyev Oruc Cavad qızı
Əliyev Cavid Şahin oğlu








Xəbər 1471 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +