İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


01.08.2017  18:14 

Əbülfəs Qarayev şikayətçiləri dinlədi





A+  A-

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 1-də Şəki şəhərindəki Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında Şəki, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından vətəndaşları qəbul edib.
XəzərNews.az xəbər verir ki, Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 20-dən çox vətəndaşın müraciətinə baxılıb. Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.
Qəbula yazılan Şəki sakinləri 2 saylı musiqi məktəbinin şəhərin Qala divarları ərazisində yerləşən tarixi binaya köçürülməsi, Şəkidə fəaliyyət göstərən muzeylərin respublikamızdan keçən beynəlxalq turizm marşrutlarına daxil edilməsi, kitabxanaların tədris vəsaitləri və elmi nəşrlərlə təmin edilməsi barədə xahişlərini diqqətə çatdırıblar.
Balakəndən qəbula gələn vətəndaşlar tərəfindən rayon ərazisindəki “Pəri qalası” tarixi abidəsində təmir-bərpa işlərinin aparılması, regionda fəaliyyət göstərən hotellərin mədəniyyət müəssisələri ilə sıx əməkdaşlığının qurulması, kitabxanaların müxtəlif nəşrlər, o cümlədən turizm və uşaq ədəbiyyatı ilə təmin edilməsi, rayon tarix-diyarşünaslıq muzeyində tərtibat işlərinin aparılması barədə müraciətlər edilib.
Qax sakinləri 2011-ci ildə yaradılmış “İçəribazar” Turizm və mədəniyyət mərkəzinin fəaliyyəti, Qaxbaş kəndində modern kənd kitabxana layihəsi və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.
Oğuz sakinləri tərəfindən 1986-cı ildən fəaliyyət göstərən “Oğuz” ailə ansamblına xalq kollektivi adının verilməsi, rayon uşaq musiqi məktəbinin fortepiano aləti ilə təchiz olunması, Calud kəndi ərazisində məbədin təmir edilməsi və turizm marşrutlarına salınması, müalicəvi otların təbliği məqsədilə “Şəfa” bayramının keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Zaqatala rayonundan qəbula gələnlərin müraciətləri Şəki, Oğuz, Qax, Zaqatala, Balakən zonası üzrə rəqs müsabiqəsinin təşkili, rayonda fındıq festivalının keçirilməsi, kitabxana fondlarına rus dilində uşaq və bədii ədəbiyyatların verilməsi və digər məsələlər barədə olub.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alınıb.
Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə şəhər və rayonlarda mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, vətəndaşlarla ünsiyyət, onlar tərəfindən irəli sürülən təklif və təşəbbüslər yerlərdə mədəniyyət və turizm işinin daha səmərəli təşkilinə zəmin yaradır. Nazir tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib. Regionlarda turizmin inkişaf etdirilməsinin hər zaman dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayan Əbülfəs Qarayev görüşdə bu xüsusda səslənən təkliflərin də nəzərdən keçiriləcəyini deyib.

Xəbər 1050 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +