Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


28.07.2017  15:56 

Dövlət büdcəsinin yarımillik gəlirləri məlum oldu





A+  A-

2017-cı ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə ümumilikdə 7724834,1 min manat məbləğində vəsait daxil olub ki, bu da “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunla müəyyən edilmiş 16255000 min manat məbləğində illik proqnozun 47,5%-nə, “2017-cı il dövlət büdcəsinin gəlirlərinin, xərclərinin və kəsirinin maliyyələşdirmə mənbələrinin rüblər və aylar üzrə bölgüsü”nə uyğun 7551761 min manat məbləğində yarımillik proqnozun 102,3%-nə bərabər olub.
XəzərNews.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlinində qeyd edilib.

Bildirilib ki, 2017-ci ilin altı ayı ərzində dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə (31310,6 mln. manat) nisbəti 24,7% təşkil etməklə əvvəlki ilin analoji göstəricisini 1,7 faiz bəndi üstələyib.

2017-ci ilin altı ayı ərzində icra edilmiş gəlirlərinin mənbələr üzrə bölgüsündə Vergilər Nazirliyinin payı 43,4% təşkil edib. Dövlət büdcəsinin gəlirlərinin strukturu 2017-ci il üçün müəyyən edilmiş illik və yarımillik proqnozların icrası səviyyəsi əsas mənbələr kimi Vergilər Nazirliyi, Gömrük Komitəsi və qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə formalaşıb. Digər mənbələr üzrə gəlirlər 1% 4 artıqlaması ilə yerinə yetirilib, Dövlət Neft Fondu üzrə isə kəsirlə icra olunub.

Belə ki, 2017-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən edilmiş 7510000,0 min manat məbləğində illik və 3271173 min manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 44,6% və 102,5% səviyyəsində icra olunaraq 3352375,6 min manat, Gömrük Komitəsi üzrə müəyyən edilmiş 2200000 min manat məbləğində illik və 1045000 min manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 53,2% və 112,1% səviyyəsində icra olunaraq 1171211,5 min manat, qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə müəyyən edilmiş 353000 min manat məbləğində illik və 139592 min manat məbləğində yarımillik proqnozlar isə müvafiq olaraq 42% və 106,2% səviyyəsində icra olunaraq 148298,8 min manat məbləğində vəsaitin dövlət büdcəsinə daxil olması təmin edilib.

Eyni zamanda, Dövlət Neft Fondu üzrə müəyyən edilmiş 6100000 min manat məbləğində illik və 3050000 min manat məbləğində yarımillik proqnozlar müvafiq olaraq 49% və 98,1% səviyyəsində icra edilərək 2991000 min manat məbləğində vəsait dövlət büdcəsinə köçürülüb. 2017-ci ilin altı ayı üzrə dövlət büdcəsi gəlirlərinin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 1591088,8 min manat və ya 25,9% artmış, ən böyük artım Dövlət Neft Fondu üzrə olub.

Vergilər Nazirliyi xətti ilə vergi gəlirlərinin cari il üzrə müəyyən edilmiş proqnoz göstəricilərinə qarşı icrası ümumilikdə, eləcə də ayrı-ayrı tədiyyə növləri səviyyəsində əsasən artıqlaması ilə təmin edilib, əlavə dəyər vergisi üzrə kəsir mövcud olub.

Xəbər 972 dəfə oxunub.



28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb


BÜTÜN XƏBƏRLƏR +