Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


25.07.2017  17:08 

“Əli Abbasov bizi burda qoyub, özü kresloda oturur”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə təqsirləndirilən şəxslər son söz deyib.

BTRİB-in baş mühasibi Anar Mustafayev deyib ki, Maliyyə Nazirliyinin mütəxəssisləri rəqəmləri şişirdiblər:

“Onların hesablamalarına görə biz ancaq borca işləmişik. Biz dövlətdən aşağı qiymətlərlə işləmişik. Amma Maliyyə Nazirliyi deyir ki, biz 51 faiz şişirtmə ilə çalışmışıq. İşləri götürmək üçün pul ayırılırdı. Maliyyə Nazirliyinə mən gedirdim. İstintaqda bu işləri 27 əmsalla qiymətləndiriblər. O vaxt bizə bu işləri görmək üçün 16 əmsalla verirdilər. Biz onlara dedik ki, 16 əmsalla mümkün deyil. Ondan sonra 17 əmsalla verdilər. Yenə sərf eləmirdi, geri qaytardıq. Sonra zəng edib 21 əmsalla verdilər. Bizə verilən ittihamlar əslində Maliyyə Nazirliyinə verilməliydi. Məhkəmədən ədalətli qərar verilməsini istəyirəm".

***

Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov son sözündə sərt çıxış edərək Əli Abbasovun azadlıqda qalmasına irad bildirib:

“1993-cü ildə Azərbaycanda optik kabel olmadığı üçün mən və başqa 4 nəfər olmaqla optik kabelin nə olduğunu və necə işləməsini öyrənmək üçün Türkiyə göndərildik. Orada optik kabelin calanmasını və fəaliyyətini tək mən öyrənə bildim. Bu dövr ərzində rabitə sahəsində gördüyüm işlərə görə hörmətli prezidentimiz İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edildim. Amma son dövrlərdə mən və məndən əvvəl işləyənlərin də nüfuzu qalmadı. Buna səbəb olan insan (Əli Abbasov) özü çöldə, azadlıqdadır. Biz isə barmaqlıqlar arxasında qalmışıq. Biz atla, eşşəklə kənd ATS-lərinə getmişik və orada işləmişik. Bunu ancaq rabitədə işləyənlər bilər. Universitetdən gəlmiş müəllim rabitəçinin qədrini nə biləcək ki? İndi də bizi burada qoyub özü kresloda oturur.

Onunla bir əlaqəm yoxdur. Mən rabitəçi kimi deyirəm ki, nüfuzumu və rabitəçiliyimi qoruyub saxlamışam. Əli müəllimdən isə kirlətməyini gözləməzdim. Mən qazandıqlarımı tək yesəydim, başımın altında nağd şəkildə pulum və işləyən obyektlərim olardı. Xahiş edirəm mənim dediklərimi ciddiyə alasınız və mənimlə bağlı ədalətli qərar verəsiniz.

Eyni zamanda, Rabitə Nazirliyinin indiki rəhbərliyinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Onlar sağ olsunlar ki, Əli Abbasovun yerə vurduğu rabitəçi kimi nüfuzumu çox yüksəklərə qaldırdılar. Onların mənə verdiyi məktubu siz nəzərə almasanız da, o məktub mənim üçün azadlıq deməkdir. Azərbaycan Respublikasının qanunlarında əgər zərərçəkmişin sənə qarşı heç bir iddiası yoxdursa və hərəkətində ictimaiyyətə zəruri zərərin yoxdursa səni həbsdə saxlamırlar. Yəqin ki, kiminsə balışının altında varı mülkü var. Verib canını qurtarır. Kimin yoxdura , bizim kimi barmaqlar arxasında çürüyür. Mən bilsəydim ki, mənim elədiyim yaxşılıqlar dövlətimizin bəzi orqanları tərəfindən nəzərə alınmayacaq, pulumu yığardım balışımın altına. İndidə 70-ci maddənin nəticəsini gözləyərdim”.

(qafqazinfo.az)

Xəbər 764 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +