Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


10.07.2017  14:09 

“Pulun 92 minini qayınatama vermişəm”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləli, Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə baxış iclası baş tutub.

İclasda ifadə verən zərərçəkmiş, fəlsəfə üzrə elmlər doktoru, BDU-nun Fəlsəfə kafedrasının dosenti Aybala Namazova deyib ki, ondan 35 min manat pul alaraq axşama qaytaracaqlarını vəd ediblər.

Zərərçəkən Əkbər Orucov deyib ki, qohumu Anar İsmayılov vasitəsilə V.Güləlini tanıyıb: "Anar təklif etdi ki, oğlumu polisə düzəldək. Əvvəl Anara 6 min verdim, sonra da onların dediyi taksi sürücüsünə 2 min verdim. Vəd verdikləri iş alınmadı, puldan da cəmi 2 min manat qaytardılar".

Zərərçəkən Misir Umudov deyib ki, əsgərlik yoldaşı Hümmət ona oğlunu MTN Akademiyasına düzəltməyi vəd edib: "2015-ci ilin mart-aprel ayında 10 min dollar bankdan kredit götürərək bunlara verdim. Oğlum hərbi məktəbə getmək istəyirdi, Hümmət dedi hələ uşağa demə, ona sürpriz edərik. Sonra da nə iş alındı, nə də pulu qaytardılar".

Təqsirləndirilən Nicat Əliyev ifadə verib: "Mən cəzaçəkmə müəssisəsində işləmişəm, məhkumların İrana "perevod" olunması məsələsi elə də çətin bir şey deyil. Sadəcə arada mənə pul lazım olurdu, 5500 almışam. Ədalət Əkbərovdan dustaqları İrana "perevod" etmək üçün 30-35 min manat alıb Vüqara verdim. Alınan pulların məbləğlərində Vüqarı aldatmışam, xəbəri olmayıb. Pulların 92 min manatını qayınatama vermişəm. Mən zərərçəkənlərə dəyən ziyanı qaytarmağa hazıram, amma şişirdilmiş məbləğdə yox".

Digər təqsirləndirilən,17 saylı cəzaçəkmə müəssisəsinin mühafizə rəisi işləmiş Anar İsmayılov deyib ki, bacanağı Əkbər Orucovgilə qonaq gedəndə oğlunun polisdə işə düzəldilməsi barədə söhbət düşüb: "Mənim bu işdə 1 manat təmənnam olmayıb. Vüqar müəllimi Namaz Əliyev adı ilə tanımışam. Mənim telefonumda danışıqları yazan proqram var, orda da qulaq asanda biləcəksiniz ki, söhbətlərimiz necə olub”.

Qeyd edək ki, V.Güləliyev ləğv edilmiş MTN-nin Laçın rayon şöbəsinin rəisi işləyib, daha sonra nazirlikdə İranla iş üzrə şöbənin rəisi olub.

Xəbər 845 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +