İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


24.06.2017  18:59 

Azərbaycanda ŞOK HADİSƏ - Əməliyyat olunan hamilə qadına səhv qan vurdular





A+  A-

Bakıdakı Respublika Perinetal Mərkəzində müalicə olunan hamilə qadına ciddi problem yaşadıblar.
Belə ki, xəstəxananın Doğum şöbəsinə yerləşdirilən xəstə Sevinc Məmmədlinin sağlamlıq durumu çox pis vəzuyyətə gətirilib və sonra ona yardım edilməyib.

XəzərNews.az xəbər verir ki, S.Məmmədlinin atası Məhəbbət Məmmədov Modern.az-a müraciət edərək, aidiyyatı qurumlardan kömək istəyib.

O bildirib ki, qızı iyunun 4-də Respublika Perinetal Mərkəzində keysəriyyə əməliyyatı olunub.

“Biz o xəstəxanaya 1000 manat pul ödədik. Əməliyyat olan gün axşamtərəfi getdim ki, qızıma baş çəkəm, amma onu meyit vəziyyətində gördüm. Deməli, onda daxili qanaxma baş verib, həkim də orada olmayıb. Tibb bacısı həkimlə əlaqə saxlayıb və qanaxma haqda ona məlumat verib. Soruşub ki, xəstəyə qan vursun, ya yox? Həkim də deyib ki, qan vursun. Qızımın qan qrupu +II RH ola-ola, ona - II RH rezuslu qan vurublar.
Həmin qan da qızımın daxili orqanlarını zədələyib. Daxildəki bütün kapilyar damarları partlayıb. Mən 8 gün həmin xəstəxananın qarşısında zülüm çəkdim. Daha sonra həmin xəstəxananın baş həkimi vasitəsilə qızımı Baku Medicial Plaza klinikasına köçürdük”.

Məhəbbət Məmmədov deyir ki, Baku Medicial Plazada daha pis duruma düşüblər.

“İyunun 9-dan qızım Baku Medicial Plaza-da müalicə olunur. Respublika Perinetal Mərkəzi Baku Medicial Plazaya 13500 manat pul ödədi. Sonra isə dedilər ki, “bizim vəsaitimiz yoxdur, ödəmirik”. Daha sonra isə qızımın sağlamlığını düşünərək, pulu özüm ödəməyə başladım. Hər gün xəstəxanaya 240 manat pul ödəyirəm. Artıq borc etmədiyim yer qalmayıb. Respublika Perinetal Mərkəzi mənə həm maddi, həm də mənəvi ziyan vurub. Qızım hazırda Baku Medicial Plaza-da müəlicə olunur. O biri xəstəxanadan mənə kömək etmirlər. Mən çıxılmaz vəziyyətdə qalmışam. Bilmirəm ki, dərdimi hara və kimə deyim. İmkanlı şəxslərdən xahiş edirəm ki, qızımı ayaq üstə qaldırmağıma görə mənə maddi kömək etsinlər”.

Xəbər 886 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +