Bakıda keçirilən “Formula-1”də QƏZA
Şənbə günü hava necə olacaq?
Şeyxdən Ramazan təbriki
Flora Kərimova əməliyyat olundu
Dövlətin ədaləti
İlham Əliyev Şirvanda
Telman İsmayılova daha bir şok
“Formula 1”in Azərbaycan Qran-Prisi başladı
Narazı qalan müəllimlərə növbəti şans veriləcək
Bu gün buraxılış imtahanları keçirilir

      

19.06.2017  13:25 

Hava ilə bağlı yenə xəbərdarlıq edildi





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 20-də səhər bəzi dağlıq rayonlarda, axşam isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

İyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq iyunun 23-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər 328 dəfə oxunub.




© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

24.06.2017  16:21 

Prezident görüş keçirdi


BÜTÜN XƏBƏRLƏR +