Azərbaycanda bələdiyyə sədrləri cərimələndi
Prezident hərbçiləri təltif etdi - Adlar
Bakıda 3 avtobus xətdən kənarlaşdırıldı
Türkiyə Almaniyaya nota verdi
35 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi
Sabah külək əsəcək, yağış yağacaq
Bakının bu hissəsi yenə qazsız qaldı
Vergilər Nazirliyi “Turan”ın ofisində axtarışa başladı
“Müharibə qaçılmaz olacaq“
Bu il qəzalarda neçə nəfərin öldüyü açıqlandı

      

17.06.2017  17:31 

Aygün Bəylərin qardaşı meyiti necə basdırdığını danışdı - Qətl işi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində birgə marixuana əkdikləri dostlarını öldürməkdə təqsirləndirilənlər - Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Cavid Hüseynovun icraatında olan prosesdə Elmir Alxazov ifadə verib.

O deyib ki, F.Məmmədzadə ilə uşaqlıq dostu olub, digərlərini isə kənd uşağı kimi tanıyıb. Bir gün Fuad ona marixuana əkməyi təklif edib: “Harda əkə biləcəyimizlə bağlı Abbasla onun işlədiyi internet klubda görüşüb danışdıq. Həmin vaxt mərhum Elnur Hümmətov da orda idi. Təklif etdim ki, Cavidin Qala qəsəbəsindəki evini kirayə götürək. Elə də razılaşdıq, sonra bizə Ramil də qoşuldu. Cavidlə də razılaşdıq, kirayə pulu əvəzinə onun evini təmir etdik. Amma Cavidə marixuana əkəcəyimizi demədik. Ona usta olduğumuzu, qəsəbədə iş götürdüyümüzü dedik. Təmir başa çatandan sonra evdə dibçəklərə marixuana əkdik. Elnur və Abbas növbəylə dibçəklərə qulluq etdilər.

2013-cü ilin fevral-may aylarında Ramil mənə zəng edib problem olduğunu dedi və təcili bağa çağırdı. Abbasın maşını ilə Fuadı da götürüb ora getdik. Çatanda gördük ki, Ramil ağlayır, ortalıqda da bir meyit var. Ramil dedi ki, Elnuru öldürmüşəm. Fuadın vəziyyəti pisləşdi, Abbas onu maşınla apardı. Ramillə mən meyiti bağda basdırdıq.

Marixuananı satmaq yox, özümüz çəkmək üçün əkmişdik. Elnur öləndən sonra kolları yandırdıq. Narkotikin toxumlarını Fuad xaricdən gətirmişdi”.

E.Alxazov Ramilin Elnuru öldürməsinin səbəbini açıqlayıb: “Onların arasında qız söhbəti olub. Elnur Ramilin tanış olduğu qızla telefonda danışıb, buna görə mübahisə edib bir-birilərini söyüblər. Ağılsızlıq edib meyitin basıdırılmasında Ramilə kömək etmişəm”.

Prokuror E.Alxazovun istintaqda və məhkəmədə dedikləri arasında ziddiyət olduğunu bildirib və onun müstəntiqə verdiyi ifadəsinin elan edilməsini istəyib. Onun ifadəsi elan olunarkən bəlli olub ki, onlar Elnur Hümmətovu öldürməyi əvvəldən planlaşdırıblar: “Elnur Hümmətovun hərəkətlərindən şübhələndik, onun bizi polisə satacağından qorxduq. Abbas, Ramil, Faud və Cavid Elnur Hümmətovun hərəkətlərini müzakirə etdik. Bu zaman Fuad Elnur öldürməyi təklif etdi. Ramil Əsirov bu təklif ilə razı olsa da, Cavid və Abbas bu təkliflə razı olmadığını bildirdilər. Hadisə günü və yaxud bir gün qabaq Ramil Əsirov Elnuru evə gətirdi. Sonra Elnurun bağda olduğunu bildirdi. Bizdə bağa gəldik. Fuad təklif etmişdi ki, Elnuru qəflətən bıçaqla öldürək. Fuad Abbası mağazaya “skoç” almaq üçün göndərdi. Sonra Elnurla bizi nə üçün satması barədə söhbət etdik. Bu zaman Fuad Elnurun üstünə cumaraq onu boğmağa başladı. Ramil və yaxud Fuad evdən balış götürərək Elnurun ağzına tutdu. Bu zaman Elnurun sifətinin göyərdiyini gördüm”.

E.Alxazov istintaqa ifadəsindən imtina edib.

Məhkəmə prosesi iyunun 19-da davam etdiriləcək

Qeyd edək ki, təqsirləndirilənlərdən biri, Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümmətov isə əmisi nəvəsidir.

(qafqazinfo.az)

Xəbər 301 dəfə oxunub.



© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

16.08.2017  21:46 

Türkiyədə zəlzələ oldu

16.08.2017  18:34 

Binəqədi-Novxanı yolu çökdü

16.08.2017  17:15 

Çovdarov üçün 15 il həbs...

16.08.2017  16:49 

Qadın bulvarda intihar etdi

16.08.2017  13:05 

Türkiyə Almaniyaya nota verdi

16.08.2017  10:58 

“Müharibə qaçılmaz olacaq“

16.08.2017  10:46 

Yenə terror – 30 nəfər öldü

16.08.2017  09:57 

Cəbhədə daha bir TƏXRİBAT

16.08.2017  09:45 

Bu il 29 min adam ölüb


BÜTÜN XƏBƏRLƏR +