İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


16.06.2017  19:48 

Prezident sərəncam verdi - Mikayıl Cabbarov həmsədr oldu





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.
XəzərNews.az xəbər verir ki, sərəncama əsasən, sözügedən komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:

Komissiyanın həmsədri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri

Komissiyanın üzvləri:

Xələf Xələfov-Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev-Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Yəhya Musayev-Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Gülməmməd Cavadov-Azərbaycan Respublikası energetika nazirinin müavini

Seyfəddin Talıbov-Azərbaycan Respublikası kənd təsərrüfatınazirinin müavini

Rauf Hacıyev-Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Elsevər Ağayev-Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Ədalət Vəliyev-Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Şahin Bağırov-Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Niyazi Rəhimov-Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini

Ramin Məmmədov-Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Arif Məmmədov-Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

Ziya Əliyev-Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru

İbrahim Quliyev-Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə İsrail Dövləti tərəfinə bildiriş göndərsin.



Xəbər 996 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +