Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


16.06.2017  09:04 

Yol polisi ilə bağlı qadağaların detalları





A+  A-

Azərbaycanda Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə Yol-patrul xidməti (YPX) gizli və qarışıq formada patrul və əməliyyat xidməti aparmaq qadağan edilib.
XəzərNews.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən və mayın 19-dan qüvvəyə minən yeni "Yol-patrul xidməti haqqında Təlimat"da əksini tapıb. Ləğv edilən köhnə Təlimata əsasən, patrul və əməliyyat-xidməti nəqliyyat vasitələri ilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünürdü. Hərəkətə aşkar nəzarət YPX inspektorunun müəyyən olunmuş geyim formasında olmaqla, dövlət standartına uyğun rəng qrafikasına malik avtomobildə və ya motosikletdə xidmət aparmaqla, hərəkət iştirakçılarına yaxşı görünən yerdə durması idi. Xidmətin aparılmasının bu növü YPX-nın əsas funksiyası olaraq preventiv xarakter daşımaqla yol hərəkəti iştirakçılarını hüquqazidd hərəkətlər etməkdən çəkindirirdi. Gizli nəzarət xüsusi rəng qrafikası olmayan xidməti-əməliyyat və digər nəqliyyat vasitələrində mülki geyimdə və ya xidməti geyim formasında olan YPX inspektorları tərəfindən, əsasən sutkanın işıqlı vaxtında aparılırdı.

Bu zaman aşkar olunan qayda pozuntuları barədə YPX inspektoru raport (Təlimata 14 saylı əlavə) tərtib edir ki, bu da nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alındığı ərazinin DYP orqanına göndərilirdi. Qarışıq nəzarət xüsusi rəng qrafikası olan və olmayan (iki) patrul və əməliyyat-xidməti nəqliyyat vasitəsindən istifadə olunmaqla polis geyim formasında olan və olmayan YPX inspektorları tərəfindən həyata keçirilirdi. Hər iki nəqliyyat vasitəsinin heyətləri bir-biri ilə radio-cihaz vasitəsi ilə əlaqə saxlayaraq aşkar etdikləri qayda pozuntuları barədə məlumat verir və müvafiq tədbir görürdülər. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarına riayət olunmasına gizli nəzarət formalarından biri YPX inspektorunun mülki geyimdə nəqliyyat vasitəsinin salonunda son dayanacağa qədər gedib, hərəkət yolunda sürücü tərəfindən yol verilən pozuntuların qeydə alınması idi.

Zəruri olduqda, marşrutun sonunda və ya şəhərkənarı yollarda stasionar YPX postunda inspektor tərəfindən inzibati xəta haqqında protokol tərtib olunurdu. Gizli nəzarətin həyata keçirilməsi haqqında qərarı nizami hissənin komandiri, yol polis idarəsinin (şöbəsinin) rəisi və ya onu əvəz edən şəxslə razılaşdırmaqla qəbul edirdi. Yeni Təlimata əsasən isə, YPX inspektoru müəyyən olunmuş geyim formasında olmalı, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş nəqliyyat vasitəsində xidmət aparmalıdır. Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən "Yol hərəkəti haqqında" qanunla dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır.

Qeyd edək ki, Yol-patrul xidməti Dövlət Yol Polisi qurumlarının tərkib hissəsi olaraq, yol hərəkəti iştirakçılarının həyatının, sağlamlığının, əmlakının, onların hüquqlarının, yol hərəkəti sahəsində dövlətin və cəmiyyətin maraqlarının qorunmasını, yol hərəkəti təhlükəsizliyinin, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasını, bu sahədə inzibati xətaların aşkar olunmasını, profilaktikasını və qarşısının alınmasını, habelə qanunla polisin üzərinə düşən digər vəzifələrin icrasını həyata keçirir.

Xəbər 1163 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +