Bakıda keçirilən “Formula-1”də QƏZA
Şənbə günü hava necə olacaq?
Şeyxdən Ramazan təbriki
Flora Kərimova əməliyyat olundu
Dövlətin ədaləti
İlham Əliyev Şirvanda
Telman İsmayılova daha bir şok
“Formula 1”in Azərbaycan Qran-Prisi başladı
Narazı qalan müəllimlərə növbəti şans veriləcək
Bu gün buraxılış imtahanları keçirilir

      

14.06.2017  13:41 

“Hara gedirlər “Wİ Fİ”, çayxana axtarırlar...”





A+  A-

Bu gün Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun-Qurtuluş Gününün 24-cü ildönümünə həsr olunmuş tədbir keçirib.
XəzərNews.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak edib.

Millət vəkili Hikmət Babayev "Qurtuluş Günü"nün Azərbaycan tarixində əhəmiyyətli yeri olduğunu bildirib.

Daha sonra çıxış edən millət vəkili Adil Əliyev həmkarının fikirlərinə qoşulduğunu və bu günün müstəqilliyimiz qədər vacib olduğunu vurğulayıb. O bildirib ki, Heydər Əliyev o vaxt gəlməsəydi, bugünkü Azərbaycan olmazdı:

"Həmin günləri yaşayan insanlar bu günün dəyərini daha yaxşı anlayır. İnsanlar bir parça çörək üçün növbə gözləyirdi, böyük çətinliklər yaşayırdılar. Heydər Əliyev Allahın xalqımıza göndərdiyi bir lütfdür. Bugünkü gün gənclərimiz bu dəyərlərin elə də fərqində deyil. Öz üzərində işləmək istəmir. Hara gedirlər "Wİ Fİ", çayxana axtarırlar. Deyirlər ki, idmançılara o qədər pul niyə verilir? İdmançıların nə əziyyətlə o pulu qazandığını bilsələr, belə bir sözü ağızlarına almazlar. Gələcəyimiz, güclü Azərbaycan naminə biz o gənclərin arxasında durmalıyıq".

Təfəkkür Universitetinin rektoru Cümşüd Nuriyev çıxışında 24 il əvvəlki xatirələrindən danışıb.

Sonda rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal xidmətləri ilə fərqlənən şəxslərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Fəxri fərman təqdim olunan şəxslər daha sonra Heydər Əliyev mərkəzində olub.

Xəbər 331 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

24.06.2017  16:21 

Prezident görüş keçirdi


BÜTÜN XƏBƏRLƏR +