Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


12.06.2017  11:27 

Yeni binalarda “kommunal pulu” necə hesablanmalıdır?





A+  A-

İqtisadçı ekspert Vüqar Bayramov Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyətinin heç bir iqtisadi səbəb olmadan “kommunal pulu” adlandırdıqları aylıq ödənişlərin məbləğlərini artırmasına reaksiya verib.
XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan V. Bayramov bildirib ki, MTK sahibləri “havadan götürülmüş rəqəmlərə” söykənib aylıq ödəniş tələb edə bilməzlər: ”Ümumiyyətlə, MTK sahibləri ayrıca, yəni sakinlərin və ya onların təmsilçilərinin razılığı olmadan sərbəst şəkildə aylıq ödəniş məbləğini müəyyənləşdirmək hüququna malik deyillər. Mənzil Məcəlləsinin 109.5-ci maddəsində qeyd edilir ki, kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Elə həmin məcəlləyə əsasən, “yeni binalarda daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir”.

Bu isə o deməkdir ki, bina istifadəyə verildikdən 6 ay sonra idarəetmədə həmin tikilidəki mənzil sahibləri də iştirak etməlidirlər. Təəssüf ki, bu qaydalar təhvil alınmış, yəni dövlət qeydiyyatı olan binalara aid hesab edildiyindən, “kupçasız binalar” bu şərtləri çox əksər hallarda pozurlar.
Daha konkret, aylıq ödənişlərə gəldikdə isə, mövcud qanunvericiliyə əsasən, dövlət mənzil fondu üzrə yaşayış sahələrinə görə haqqın miqdarı özəl mənzil fondu üzrə isə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən müəyyən olunur. Yəni, MTK sahibləri bina sakinlərinin razılaşmadığı aylıq ödəniş məbləği təyin edə bilməzlər. Amma problem ondadır ki, indiyədək cəmi 43 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti qeydiyyatdan keçib. Deməli, böyük əksəriyyət binalarda belə cəmiyyətlər fəaliyyət göstərmir. Və deməli, əksər MTK sahibləri özləri şişirdilmiş aylıq ödənişlər müəyyənləşdirirlər”.

Ekspert problemdən çıxış yollarını da göstərib. O qeyd edib ki, daha məqsədəuyğun olan odur ki, kommunal xidmətlər ilə təmin edilmiş və tam yaşayışlı binalar daha sadə şərtlər ilə dövlət qeydiyyatına alınıb, “kupça” ilə təmin olunsunlar ki, sözügedən tikililərdə belə cəmiyyətləri formalaşdırmaq mümkün olsun: “Bununla belə, qanunvericilik ilə kommunal xidmətlər ilə təmin edilmiş, amma hələlik dövlət qeydiyyatına alınmayan binalar üçün də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması məcburi hala gətirilə bilər. Digər tərəfdən, əksər MTK sahiblərinin yüksək aylıq ödənişlər müəyyənləşdirildiyini nəzərə alsaq, o zaman Nazirlər Kabineti tərəfindən maksimum aylıq ödənişlərinin tətbiq edilməsi məqsədə uyğun olardı. Bu zaman, MTK sahibləri istədikləri rəqəmi aylıq ödəniş kimi elan edə biməyəcəklər. Bütün hallarda, aylıq ödənişlərin əhalinin ödəmə qabiliyyətinə uyğunlaşdırılmasına ehtiyac var. Hüquqi baza və nəzarəti gücləndirməklə bir sıra MTK sahiblərinin müəyyənləşdirdiyi şişirdilmiş aylıq ödəniş problemini həll etmək mümkündür”.

Xatırladaq ki, bəzi MTK-lar aylıq ödəniş haqqının məbləğini 1 manat 50 qəpiyə qaldırıblar.

Xəbər 1492 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +