Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


10.06.2017  13:17 

“Onlar çalışırlar ki, Gürcüstanla Azərbaycanın münasibətlərinə xələl gətirsinlər” - Elman Nəsirov





A+  A-

“Bu bir həqiqətdir ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji xarakter kəsb edir və fundamental məsələlərdə hər iki dövlət ortaq mövqeyə malikdir. Başqa bir həqiqət isə ondan ibarətdir ki, müəyyən beynəlxalq siyasi dairələr və xüsusən də QHT-lər müxtəlif yollarla çalışırlar ki, qardaş və dost dövlət olan Gürcüstanla Azərbaycanın münasibətlərinə xələl gətirsinlər”.
XəzərNews.az-ın məlumatına görə, bu barədə açıqlamanı Azadinform-a Milli Məclisin deputatı Elman Nəsirov verib.
E.Nəsirov bildirib ki, bu məqsədlə bir çox hallarda “sapı özümüzdən olan balta”lardan istifadə praktikasına mütəmadi olaraq müraciət edirlər: “Məsələyə bu kontekstdə yanaşdıqda Əfqan Muxtarlı ətrafında müəyyən antiazərbaycan və ermənipərəst ünsurlərin fəallaşmasının motivlərini anlamaq elə də çətin deyildir. Xüsusilə bu məsələlərlə bağlı radikal müxalif dairələr Əfqan Muxtarlıdan “qəhrəman” yaratmaq uğrunda sanki əsl yarışa start veriblər. Bu məsələlərlə bağlı mənim mövqeyim ondan ibarətdir ki, birincisi, saxlanılan şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı qərarı məhkəmə verir. İkincisi, Muxtarlının səsləndirdiyi br sıra qərəzli fikir və mülahizələr haqlı olaraq ictimaiyyətin narazılığına səbəb olub. Üçüncüsü, onun Gürcüstan-Azərbaycan xüsusi xidmət orqanlarının birgə səyləri ilə saxlanılması haqqında məndə heç bir təsdiqini tapmış informasiya yoxdur. İlkin olaraq bəzi KİV-lərin bu haqda təsdiqlənməmiş informasiya yayması müəyyən anlaşılmazlığa səbəb olub. Mənim bu informasiyaların dəqiqliyini yoxlamaq üçün apardığım əlavə araşdırmalar ilkin yayılmış məlumatların qeyri-dəqiq olduğunu ortaya çıxartdı. Dördüncüsü, onu da vurğulayım ki, ayrı-ayrı dövlətlər arasında əməkdaşlıq kontekstində cinayətdə şübhəli bilinən şəxslərin birgə əməliyyatlar prosesində saxlanılması praktikasından beynəlxalq aləmdə geniş istifadə edilir. Məsələn, ABŞ-ın qarşılıqlı əməkdaşlıq əsasında bu praktikadan İraqda və digər ölkələrdə istifadə etməsi haqqında məlumatlar vardır. Yəni burada qanunazidd bir hərəkət yoxdur. Konkret olaraq Əfqan Muxarlının saxlanılması ilə bağlı bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan və Gürcüstanın müvafiq qurumlarının bu məsələdə əməkdaşlıq etməsi ilə bağlı ilkin olaraq yayılmış məlumatların qeyri-dəqiq və təsdiqini tapmamış informasiya olması qənaitindəyəm”.

Xəbər 912 dəfə oxunub.



29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +