Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Ərdoğan Bakıya gəlir
Əli Kərimliyə çalışan məmur kim olub?
Rusiya Türkiyəni silahlandırır
Sabahın hava PROQNOZU
5225 nəfər müəllim adı qazandı
Deputatın bacısı qəzaya düşdü – 4 yaralı
Payızda bəzi dərmanlar bahalaşacaq
Sumqayıtda it təmizliyi başladı
Xəzər dənizində batanların cəsədi tapıldı

      

10.06.2017  10:48 

Fazil Məmmədov işə çıxmır... - Onun yerinə kimi hazırlayırlar?





A+  A-

Hələ 2000-ci ildən bu postu tutmaqla, uzunömürlü nazirlər sırasında olan və patronajlıq dəyişikliyi sarıdan "xarüqələr yaradan” vergilər naziri Fazil Məmmədovun yaxın müddətdə, daha dəqiq desək, sentyabr ayında postu ilə vidalaşacağına dair, elə onun özünün rəhbərlik etdiyi nazirlikdə məlumatlar dolaşmaqdadır.
Məlumata görə, hətta bir müddətdir ki, naziri iş yerində tapmaq müşkülə çevrilib. Mənbələr bildirir ki, hörmətli nazir "çemodan əhval-ruhiyyəsindədir” və nazirlikdə az-az görünməsi də məhz bu səbəbdəndir. Görünür, onun yola salınması qərarı qətidir və nazirə də artıq bununla bağlı xəbərdarlıq edilib…

Əksər təhlilçilər Prezident Administrasiyasında aparılan struktur və kadr islahatlarının tezliklə Nazirlər Kabineti və hökumətə keçəcəyini proqnozlaşdırırlar. Bu dəyişikliklərin isə Vergilər Nazirliyinə də toxunacağı qətiləşmiş kimi görünür. Əslində, Fazil Məmmədovun başı üzərində qara buludların sıxlaşmasının ilk siqnalı, onun müavini olan Natiq Əmirovun heç kimin gözləmədiyi halda Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi oldu

Deyilənə görə, bu qəfil təyinat nazir üçün o qədər gözlənilməz olub ki, hətta az qala onu affekt vəziyyətinə salıb. Çoxlarına görə, həmin təyinat Fazil Məmədov üçün sonun başlanğıcı sayıla bilər. Digər tərəfdən, ölkə başçısının yoxlamalara qadağa qoyması və sahibkarların boynuna salınan boyunduruğun götürülməsi istiqamətində verdiyi qərarlara rəğmən, Vergilər Nazirliyi öz kölgəli reputasiyasından heç cür yaxa qurtara bilmir. Çünki nazirliyin başında duranlar sahibkarlarla zor, hədə-qorxu dilində danışmaqdan, yerli-yersiz yoxlamalar keçirib, onları müflis etməkdən başqa bir bacarığa malik olmadıqlarını göstərdilər. Hazırda da bu iş prinsiplərində hər hansı ciddi dəyişiklik müşahidə olunmur.

Bununla yanaşı, nazirliyin rəhbərliyinə daxil olan iri ranqlı bəzi məmurların adı hələ də "MTN işində” hallanmaqdadır və bu qurumun sahibkarların şantaj edilməsi əməliyyatlarındakı izini itirmək mümkün olmur. Bugün də ölkədə qeyri-neft sektorunun axsamasında əsas günahkarlardan biri sayılan Vergilər Nazirliyindəki çoxsaylı struktur və kadr dəyişikliklərinə, eləcə də Vergi Məcəlləsinə edilən saysız-hesabsız dəyişikliklərə baxmayaraq, bu sahədə idealdan çox-çox uzaq situasiyanın mövcudluğu göstərir ki, daha ciddi addımlara ehtiyac var. Və məntiqlə də bu addımlar nazir postunu tutan şəxsin dəyişdirilməsindən başlamalıdır.

Bu strateji sahənin daha dürüst və müasir idarəetmə prinsiplərindən xəbərdar olan kadrlar tərəfindən idarəçiliyinə nail olmaq isə növbəti addım ola bilər. Yeri gəlmişkən, onu da qeyd edək ki, nazirlikdə aparılan baş-ayaq kadr islahatları nəticəsində, təcrübəli kadr çatışmazlığı kimi ciddi problem yaranmağa başlayıb. Bu məsələnin özü də ciddi, problematik mövzudur və bu mövzuya dair yaxın müddətdə ayrıca araşdırmamız olacaq.

Məsələ ondadır ki, nazirlikdə aparılan bütün struktur dəyişikliklərinə baxmayaraq, mahiyyət etibarı ilə heç nə dəyişməyib. Vergi orqanı ilə sahibkar münasibətləri, sahibkarlıq subyektlərilə iş prinsipləri və ümumilikdə dövlət-sahibkar münasibətlərində müasir dövrün tələblərinə uyğun hər hansı ciddi addım müşahidə etmək olmur. Bütün bu və sadalamadığımız digər səbəblər sözügedən nazirliyin rəhbərliyində ciddi dəyişiklikləri zəruri edib. Ölkənin ən iri məmur-oliqarxlarından birinə çevrilən vergilər nazirinin situasiyanı dəyişmək imkanları isə sıfıra yaxın hesab olunur.

Görünür, vəziyyəti hamıdan yaxşı anlayan və proseslərdən məlumatlı olan F.Məmmədov da bu səbəbdən tutduğu postla yaxın müddətdə vidalaşacağı gerçəkliyilə razılaşıb. Hətta mənbələrimiz bildirir ki, vergi naziri xarici ölkələrin birinə səfir göndərilməsinə nail olmaq üçün hərəkətə keçib. Və bununla bağlı "yuxarılara” xahişdə də bulunub. Məhz hansı ölkəyə təyin olunmaq istəyi barədə məlumat olmasa da, sözsüz ki, illər boyu "çəkdiyi zəhmətin” bəhrəsini görmək və dadını çıxarmaq, yığdıqlarının toxunulmazlığına təminat almaq və s. baxımından səfir postundan ideal bir mövqe təsəvvür etmək çətindir. Və bilindiyi kimi, Azərbaycanda belə presedentlər kifayət qədərdir…

Səfir postuna ümid edən vergi nazirinin bu istəyinə nail olub-olmayacağını zaman göstərəcək. Onun yerinə isə nazirlikdəki ən iri departamentlərdən birinin rəisinin gətiriləcəyi gözlənilir. Söhbətin konkret olaraq kimdən getdiyini vergi orqanının rəhbərliyində, elə sıravi üzvləri arasında da yaxşı bilirlər. Məlumata görə, həmin namizəd həm də Natiq Əmirova yaxın şəxs sayılır və onun kadrı hesab olunur. Göründüyü kimi, bu məsələdə də Prezidentin köməkçisinin adı hallanır. Deməli, nazirin N.Əmirovun təyinatından narahatçılığı əsassız deyilmiş…

(AzPolitika.info)

Xəbər 826 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

18.08.2017  14:07 

Ərdoğan Bakıya gəlir

18.08.2017  13:43 

Rusiya Türkiyəni silahlandırır

18.08.2017  13:27 

Sabahın hava PROQNOZU

18.08.2017  13:15 

5225 nəfər müəllim adı qazandı

18.08.2017  11:37 

İki tələbə dənizdə boğuldu

18.08.2017  10:56 

Sumqayıtda it təmizliyi başladı

18.08.2017  10:17 

Bakıda “gəzən” təhlükə

17.08.2017  23:14 

Luis Suares 6 oyunu buraxacaq


BÜTÜN XƏBƏRLƏR +