Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Ərdoğan Bakıya gəlir
Əli Kərimliyə çalışan məmur kim olub?
Rusiya Türkiyəni silahlandırır
Sabahın hava PROQNOZU
5225 nəfər müəllim adı qazandı
Deputatın bacısı qəzaya düşdü – 4 yaralı
Payızda bəzi dərmanlar bahalaşacaq
Sumqayıtda it təmizliyi başladı
Xəzər dənizində batanların cəsədi tapıldı

      

09.06.2017  14:51 

Əli Abbasovun iki iri fiquru azadlığa buraxılır - Dövlətin milyonları geri qaytarılıb





A+  A-

"Rabitə işi” üzrə təqsirləndirilən və həmin işdə əsas fiqur sayılan "Bakı Telefon Rabitə”İB-in sabiq rəhbəri Beytulla Hüseynov dövlətə vurduğu ziyanı tam ödəyib.
İttiham tərəfi araşdıraraq Beytulla Hüseynovun dövlətə 10 milyon 200 min manat ziyan vurduğunu hesablayıb.

Mətbuatda Beytulla Hüseynovun sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu olduğu qeyd edilib.



Ondan əvvəl isə ibtidai istintaqın yekunlaşmasına 4 gün qalmış "Aztelekom” MMC-nin keçmiş direktoru Məhəmməd Məmmədovun əmlakları üzərinə qoyulmuş həbs götürülmüşdü.

Halbuki, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevin Qubada yerləşən dədə-babadan qalma evinin üzərində həbs bu gün də qalmaqdadır.

"Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayevin 1989-cu ildə alınmış evi bu gün də həbsdədir. Vidadi Zeynalovun 1947-ci ildə atasının tikdirdiyi evə də həbs qoyulub.

M.Məmmədov isə sabiq rabitə naziri Əli Abbasova yaxınlığı ilə seçilən məmur olub. Onun ardınca E.Mahmudovla qohumluğu olan B.Hüseynovun dövlətə vurduğu ziyanı ödəməsi barədə xəbərlər artıq müəyyən ehtimallar yaradır.

XəzərNews.az bildirir ki, BakuPost.az-a verilən məlumata görə, "rabitə işi”nin əsas fiqurantları, o cümlədən Beytulla Hüseynovla Məhəmməd Məmmədov şərti cəza ilə azadlığa buraxıla bilər.



"Rabitə işi” işi üzrə təqsirləndirilən 11 şəxsdən 8-i artıq ayrı-ayrılıqda vurduqları ziyanı tam ödəyib.

Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, "Azərpoçt MMC” rəhbəri Qəmbər Bəybalayev və BTRİB-in baş mühasibi Anar Mustafayev ziyanı tam ödəməyib.

Ancaq onların azadlığa buraxılacağı gözlənilmir. Çünki "rabitə işi” əsasən V.Zeynalov faktoru üzərində fokuslanıb.



Dövlət ittihamçısı çıxış edərək, V.Zeynalovun 14 il, B.Hüseynovun 15 il, A.Mustafayevin 8 il, Q.Bəybalayevin 10 il, E.Məmmədovla N.Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror təqsirləndirilən şəxslərdən Məhəmməd Məmmədov, C.Cəfərov, S.Hümbətov, B.Vəliyev, və O.Rüstəmovun hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum edilmələrini istəyib.

Məhkəmə praktikalarından bəllidir ki, adətən hakimlər kollegiyası prokurorun istədiyi cəzadan nisbətən azını tələb edir.

Bu baxımdan da, artıq Məmməd Məmmədovun oxunacaq hökmlə azadlığa çıxaraq cəzasını şərti çəkəcəyinə heç bir şübhə yeri qalmır.

B.Hüseynova 15 il həbs istənilsə də, onun bu günlərdə bütün zərər-ziyanı ödəməsi növbəti məhkəmə prosesində hakimin "humanist” addımı ilə müşayiət oluna bilər.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər 1021 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

18.08.2017  14:07 

Ərdoğan Bakıya gəlir

18.08.2017  13:43 

Rusiya Türkiyəni silahlandırır

18.08.2017  13:27 

Sabahın hava PROQNOZU

18.08.2017  13:15 

5225 nəfər müəllim adı qazandı

18.08.2017  11:37 

İki tələbə dənizdə boğuldu

18.08.2017  10:56 

Sumqayıtda it təmizliyi başladı

18.08.2017  10:17 

Bakıda “gəzən” təhlükə

17.08.2017  23:14 

Luis Suares 6 oyunu buraxacaq


BÜTÜN XƏBƏRLƏR +