Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


09.06.2017  10:26 

İranın “qaynar qazan”a çevrildiyi vaxtda biz nə etməliyik?





A+  A-

Ekspertlər “Azərbaycan İran ətrafında və daxilində baş verənlərə necə reaksiya verməli, təhlükəsizliyi üçün hansı tədbirləri görməlidir” sualına cavab verir
İyunun 7-də İran parlamentində və İmam Xomeyinin türbəsində həyata keçirilən terror aktları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. İran Təhlükəsizlik Nazirliyi Tehrandakı terror aktlarını törədən şəxslərlə bağlı bəzi məlumatlar açıqlayıb.

Nazirlikdən bildirilib ki, İmam Xomeyinin türbəsi və parlament binasında terror törədənlərin şəxsiyyəti müəyyənləşdirilib: “Vəhhabi və təkfirçi qruplara bağlılığı olan 5 nəfər İŞİD-ə üzv olduqdan sonra Mosul və Raqqada terror əməliyyatlarında iştirak ediblər. Qeyd olunan ünsürlər 2016-cı ilin avqust ayında Əbu Aişə adlı İŞİD komandirinin tabeliyində İrana daxil olublar. Ölkənin şəhərlərində bir neçə terror aktları həyata keçirməyi planlaşdırıblar. Həmin dövrdə aparılmış əməliyyat zamanı qrup məhv edilib, komandirləri Əbu Aişə öldürülüb”.

“Hələlik Səudiyyə Ərəbistanının bu terror hadisəsində rolu ilə bağlı fikir bildirmək tezdir”.

Bunu isə İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi terror hadisələrində yaralanan şəxslərə baş çəkərkən deyib. O bildirib ki, Səudiyyə Ərəbistanının dünyada baş verən terror hadisələrini dəstəkləməsinə heç bir şübhə yoxdur: “İraq və Suriyada terrorçuları səudiyyəlilərin dəstəkləməsinə dair izlər açıq görünür. Dünyada hamı bu düşüncədədir ki, terror qruplaşmalarının arxasında Səudiyyə Ərəbistanı dayanır və hətta onların ideoloji mərkəzi Səudiyyə rejimidir”.

İranda baş verənlər qonşuluqda yaşayan ölkə kimi şübhəsiz ki, Azərbaycanı kifayət qədər narahat edir. İranın “qaynar qazan”a çevrildiyi bir vaxtda biz nə etməliyik? İŞİD terroru cənub sərhədimizə çatdığı məqamda necə davranaq ki, təhdidlərə hədəf olmayaq? Azərbaycan İran ətrafında, İran daxilində baş verənlərə necə reaksiya verməli, təhlükəsizliyi üçün hansı tədbirləri görməlidir?

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, İŞİD-in İranı da hədəf alacağı gözlənilən idi: “DAİŞ (İŞİD) ona qarşı savaşan bütün ölkələri hədəf alıb. Suriya ərazisində real olaraq 3 dövlətin silahlı qüvvələri mövcuddur: Türkiyə, Rusiya və İran. Bu 3 ölkə DAİŞ-in mövqelərini bombalayır, Əsəd ordusuna və ona müxalif olan qüvvələrə dəstək verirlər ki, onlar terrorçulara qarşı effektiv mübarizə aparsınlar. DAİŞ cavab aksiyası kimi 3 dövlətin ikisində - Türkiyə və Rusiyada terror aksiyaları törətmişdi, bircə İran qalmışdı, ona da əli çatdı. DAİŞ-in məqsədi İranı daxildən qarışdırmaqdır. Bundan sonra nə baş verə bilər? İranın iki yolu var. Birinci yol ölkədə təhlükəsizlik tədbrilərini gücləndirərək, Suriya və İraqda DAİŞ-lə mübarizədə yerli qüvvələrə dəstəyini artırmaq. İkinci yol İranda hakimiyyətə müxalif olan və fərqli düşünən bütün qüvvələrə qarşı “terrora dəstək” adı altında təzyiqləri gücləndirmək, ölüm hökmlərinin sayını artırmaqdı. Ancaq bu, İranın daxili problemlərini bir az daha artıracaq. DAİŞ də elə bunu istəyir”.



Politoloq Azərbaycanı gözləyən təhlükələr barədə sualları da cavablandırdı: “Azərbaycan DAİŞ-ə qarşı birbaşa mübarizədə iştirak etmir. Ancaq Azərbaycan beynəlxalq terrorçulara qarşı savaşda sivil dünyanın yanındadır. Digər tərəfdən, DAİŞ sıralarında Suriya və İraqdakı savaşlarda nə qədər azərbaycanlının sağ qalıb-qalmadığı bəlli deyil. Bu amilləri nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var. Hər hansı azərbaycanlının Suriya və İraqdan xüsusi tapşırıqla Azərbaycana gəlməsi problematikdir, sərhəddə nəzarət gücləndirilib, adlar da bəllidir. Ancaq onlara ölkə daxilində rəğbət bəsləyənlər var. Onların da xüsusi nəzarət altına altında saxlanması vacibdir. Sadəcə, geyim formasına görə diqqət çəkən sələfilərin ucdantutma şübhə altına alınması da doğru deyil. Multikulturalizm dəyərlərinə sözdə və əməldə sadiq qalmalıyıq, “əcinnə ovu”na əsla əsas verməməliyik, bunun əksi DAİŞ-in maraqlarına cavab verər”.

“Terrorun cənub sərhədimizə qədər “gəlməsi” hələ o demək deyil ki, sabah da terror bizim ərazidə olacaq. Əgər Azərbaycan terrorun birbaşa hədəfində olacaqsa, onun coğrafi baxımdan bizdən uzaq olması və ya bizim qonşuluğa yaxınlaşması əsas faktor deyil”.



Bu fikirlər isə sabiq milli təhlükəsizlik xidməti zabiti İlham İsmayıla məxsusdur. Ekspert xatırlatdı ki, İŞİD ABŞ-dan tutmuş, Qərbi Avropayadək terror aktları həyata keçirir: “Amma, bu terrorun ABŞ-ın qonşusu Meksikaya və ya Avropanın içindəki Bolqarıstana keçəcəyi anlamına gəlmir. Tehranda baş verən terror hadisələrini təsadüfi, bu gün az qala dünyanın harasındısa bir terror olanda tələsik İŞİD-in məsuliyyəti öz üzərinə götürməsi faktı kimi deyil, körfəz ölkələrinin Qətər dövləti ilə münasibətlərinin kəskinləşməsi, ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfəri fonunda axtarmaq lazımdır. Bu geopolitikada Azərbaycanın rolu azdır. Burda həm də məsələ terror naminə terror həyata keçirilməyib, yəni “istədim burda da gücümü göstərdim” iddiası yoxdur”. İ.İsmayıl əmindir ki, Tehrandakı terror aktlarının hədəfində daha çox İrandakı rejim dayanıb: “Terror naminə terror olsaydı bazarda, yaxud insanların toplaşdığı yerdə baş verərdi. İran parlamentində və Xomeyni türbəsində baş tutan terror daha çox o məntiqə gəlir ki, bu diqqətlə hazırlanmış, daha çox qorunan və müqəddəs hesab edilən yerləri hədəfə almaqla, əslində İran siyasi rejimi hədəfə alınıb”. Təhlükəsizlik zabiti bir məqama da xüsusi diqqət çəkdi: “Təsadüfi deyil ki, terroru törədənlər İran vətəndaşlarıdır. Amma, İranın qisası çox amansız olacaq. Konkret olaraq başda Səudiyyə olmaqla körfəz ölkələrində də terror həyata keçirə biləcək gücü var.”



İ.İsmayıl hesab edir ki, Azərbaycan apardığı ehtiyatlı siyasətini davam etdirməli, İranı qıcıqlandıracaq geosiyasi təxribatlara yol verməməlidir: “Bütün bunlarla yanaşı, dövlətin təhlükəsizliyinə məsul olan xüsusi xidmət orqanı və başqa təhlükəsizlik qüvvələri işini gücləndirməli, başqa dövlətlərlə antiterror əməkdaşlığını davam etdirməli, əməliyyat şəraitinə nəzarəti gücləndirməlidir”.



Deputat Fazil Mustafa dedi ki, ölkəmizdə terror təhlükəsi real olmasa da, bölgədə baş verən proseslərin qığılcımını diqqətdən qaçıra bilmərik: “İstənilən zaman Azərbaycana qarşı olan qüvvələr bu mexanizmi işə salma fürsətini hər zaman gözləyirlər. Unutmaq olmaz ki, biz müharibə şəraitində olan bir ölkəyik və əsas düşmənimiz olan ermənilərin də xarakterik cəhətlərindən biri peşəkar beynəlxalq terror təşkilatları ilə əməkdaşlığıdır. Ona görə də qanunvericilikdə terrora hazırlıq üçün şərait yaradan, terrorun hazırlandığını bildiyi halda müvafiq qurumlara məlumat verməyən şəxsləri də əhatə edəcək geniş bir terrorçu tanıtımından söhbət gedir. Digər tərəfdən radikal dini qruplaşmalara qoşulmuş şəxslərin də gizli yolla ölkəyə dönüşü terror riskini aktual edir. Əlbəttə, münbit şərait yoxdur, çünki hüquq-mühafizə orqanlarının terrorçuluğa qarşı ən sərt formalarda mübarizə aparması, vaxtında belə fəaliyyətləri aşkara çıxarması bunun reallaşması imkanını ortadan qaldırır. Bu məsələdə cəmiyyətin də terrorçuluq təzahürlərinə qarşı sərt münasibət göstərməsini diqqətdən qaçırmaq olmaz”.

(musavat.com)

Xəbər 2022 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +