“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


08.06.2017  10:06 

Müxalifətin ictimai dayaqları niyə yoxdur...





A+  A-

Ekspertlər demokratik düşərgənin zəif olmasını ölkə üçün zərərli hesab edir
Azərbaycanda müxalifətin sosial dayağının olmadığı barədə hakimiyyət düşərgəsindən vaxtaşırı açıqlamalar verilir. Müxalifət düşərgəsindən isə bu cür bəyanatlara sosial dayağın olduğunu sübut edən hansısa praktiki addımlarla deyil, “xalq bizi dəstəkləyir, xalq hakimiyyətə inanmır” tipli sözlərlə cavab verilir. Zaman keçdikcə isə bəlli olur ki, həqiqətən də özünü hakimiyyətin alternativi sayan müxalif partiyaların sosial dayağı, ictimai dəstəyi həddən artıq zəif, bitkin duruma düşüb.

Milli Şuranın ən son - aprelin 8-də “Məhsul” stadionunda keçirdiyi mitinqə qatılanların sayı bu vəziyyətin ən son nümayişi idi.

Bəs nədən müxalifətin ictimai-sosial dayaqları yox kimi görünür?

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, əvvəla, müxalifətin sosial dayaqlarının tükənməsi iqtidarın üstünlüyü deyil: “Çünki demokratik cəmiyyətlərdə müxalifət kifayət qədər güclü olur və kifayət qədər ictimai həyatda iştirak edir. Ölkədə müxalifətin sosial dayaqlarının tükəndiyi görüntüsünün olması isə o deməkdir ki, ölkədə demokratiya tükənir. Azərbaycanda müxalifətin ictimai həyatdan uzaqlaşdırılması, əslinə baxsaq, Azərbaycanda demokratiyanın boğulmasının əlamətidir. Ona görə də buna görə fəxr eləmək doğru sayılmır. Əgər əhalinin siyasi partiyalara marağı yoxdursa, onda Yeni Azərbaycan Partiyasına da olmamalıdır. Dünyanın heç bir demokratik yerində fəaliyyətdə olan iqtidar fəaliyyətdə olan müxalifətdən çox böyük üstün gücə malik ola bilmir. Xalq həmişə yeni bir qüvvənin siyasi meydana gəlişində maraqlıdır.
Bu gün ölkədə siyasi fəaliyyət müstəvisi o qədər daralıb ki, müxalifət partiyaları öz mövcudluğunu zorla saxlayır, demək olar ki, xalqla müxalifətin təması yalnız virtual xarakter daşıyır. Bir tərəfdən qeyri-qanuni müdaxilə, digər tərəfdən də qanunların pozulması, şikayətlərə baxılmaması ilə ümumi şəkildə müxalifətin sayının azaldıması bu ideyanı həyata keçirməyə xidmət edir ki, doğrudan da Azərbaycanda müxalifət yoxdur görüntüsü yaransın. Lakin unudurlar ki, müxalifətin olmaması və ya zəif olması ölkənin zərərinədir".



Yeni AXCP-nin sədri Razi Nurullayev bildirdi ki, ən böyük səbəb xalqın inamının davamlı olaraq qırılmağa məhkum edilməsidir. Kiçik də olsa nəticə lazımdır. Amma nəticə heç zaman olmayıb, əksinə, müxalifət itirə-itirə gəlib və o qədər çılpaqlaşıb ki, bütün eyibləri açıq-aşkar görünür: “Bu eyibləri örtmək və xalqın inamını yenidən bərpa etmək üçün işlər görürük. Bizdən başqa da bu yöndə iş aparanlar var. Yəqin ki, müəyyən zaman aparacaq. Gördüyümüz işin pik nöqtəsi 2018-ci ilə təsadüf edəcək.

Yaranmış vəziyyətin səbəblərindən biri də uzun müddət passivlik burulğanında boğulan və hakimiyyətin sərt üzü ilə üzləşərək zorən gücünü itirən müxalifətin başını azacıq qaldıran kimi bədənindən böyük iddialara düşməyi oldu. Bəlkə də bu iddia deyildi. Bəlkə də razılaşdırılmış çirkli siyasi oyunun bir parçası idi.

Bir çox digər səbəblər də var. Birincisi, müxalifətin və narazı siyasi və ictimai qüvvələrin inteqrasiyası yoxdur. Müxalifət dağınıq və parçalanmış vəziyyətdədir. Xalq müxalif qüvvələrdən inteqrasiya gözlədiyi halda, müxalif qüvvələr hərdən ayrı-ayrı mitinqlər təşkil edir. Bu isə siyasi mübarizəni körükləmək yox, onu məhv etməkdir. İnsanları ruhdan salmaq, parçalanmış obrazını gücləndirmək və prosesi rüşeymində boğmaqdır.

İkincisi, mitinqlərə az adam çıxarmaqla və bunu tez-tələsik etməklə xalqa pis mesaj ötürülür. Xalqın gözü qorxur, ümidi puç olur".

(musavat.com)

Xəbər 1483 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +