Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


05.06.2017  16:08 

“Aqrolizinq”in vəzifəli şəxsləri işdən çıxarıldı





A+  A-

Kənd Təsərrüfatı Nazirliyində “Pambıq istehsalı və taxıl biçininə hazırlıq, habelə məhsul istehsalçılarının əsas və dövriyyə vəsaitləri ilə təminatı sahəsində “Aqrolizinq” ASC tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, iclasda Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, nazirliyin tabeli qurumlarının rəhbərləri, “Aqrolizinq” ASC-nin, onun regional nümayəndəliklərinin və rayon bölmələrinin, rayon kənd təsərrüfatı idarələrinin və dövlət texniki nəzarət müfəttişliklərinin rəhbərləri iştirak ediblər.

Kollegiyada nazir Heydər Əsədov Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb, kənd təsərrüfatının iqtisadiyyatın prioritet sahəsi olduğunu qeyd edərək, aqrar sahədə həyata keçirilən institutsional islahatlar, aqrar sektorda texniki və gübrə təminatının yaxşılaşdırılması, subsidiyanın verilmə mexanizminin təkmilləşdirilməsi və şəffalığın təmin olunması, aqrar sektora aid 100-dən artıq hüquqi normativ sənədin qəbul olunması, fermerlərin bazara çıxış imkanlarının, bacarıq və vərdişlərinin daha da artırılması, kadr təminatıının yaxşılaşdırılması və qarşıda duran hədəflər barədə geniş məlumat verib, bununla bağlı bütün kənd təsərrüfatı mütəxəssislərinin, o cümlədən “Aqrolizinq” ASC-nin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov Səhmdar Cəmiyyətin illik fəaliyyəti, o cümlədən 2016-cı ildə Səhmdar Cəmiyyət tərəfindən Avropanın qabaqcıl texnika istehsalçıları olan ölkələrindən ən müasir müxtəlif kənd təsərrüfatı texnikalarının, eləcə də pambıqçılıqda istifadə olunan yeni texnikaların alınıb respublikaya gətirilməsi və güzəştli şərtlərlə lizinq yolu ilə fermerlərə verilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər, gübrələrin güzəştli şərtlərlə məhsul istehsalçılarına verilməsi barədə məlumat verib.

O, “Aqrolizinq” ASC-nin bir sıra regional nümayəndəliklərinin rayon bölmələrində, o cümlədən Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan, Bərdə, Ağsu, Şamaxı, Tərtər, Qəbələ, Ağdaş, Tovuz və Salyan rayon bölmələrində gübrələrin saxlanmasında, satışında, vəsaitlərin daxil olmasında, eyni zamanda qısa müddətli lizinqə verilən taxılyığan kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən vəsaitlərin daxil olmasında olan nöqsanlar və çatışmazlıqlar barədə danışıb.

Nazirliyin Texniki siyasət şöbəsinin müdiri Köçəri İmanov “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin anbarlarında mineral gübrələrin təlimat və fitosanitar qaydaların tələblərinə uyğun olaraq yığılıb saxlanması, anbarların mövcud vəziyyəti və aparılan monitorinqlərin nəticələrinə əsasən müəyyən olunan nöqsan və çatışmazlıqlar barədə geniş məlumat verib.

Kollegiyada “Aqrolizinq” ASC-nin bir sıra rayon bölmələrinin fəaliyyəti dinlənilib.

Kollegiyada fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə “Aqrolizinq” ASC-nin Sabirabad Regional Nümayəndəliyinin direktoru Şakir Həsənov, Ağcabədi Regional Nümayəndəliyinin direktoru Atamoğlan Babayev, “Aqrolizinq” ASC-nin Ağsu rayon bölməsinin rəhbəri Tofiq Abdullayev və Şamaxı rayon bölməsinin rəhbəri Sərxan Fətullayev tutduqları vəzifədən azad olunub, fəaliyyətlərinin araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi, həmçinin Xaçmaz Regional Nümayəndəliyinin direktoruna, Səhmdar Cəmiyyətin Saatlı, Tovuz və Ağdaş rayon bölmələrinin rəhbərlərinə şiddətli töhmət, Qazax və İsmayıllı rayon bölmələrinin rəhbərlərinə töhmət verilmiş, fəaliyyətlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi tədbir görüləcəyi nəzərlərinə çatdırılıb.

Həmçinin “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova ciddi xəbərdarlıq, Səhmdar Cəmiyyətin Damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri Kamil Şamilova isə şiddətli töhmət verilib.

Kollegiyaya yekun vuran nazir Heydər Əsədov “Aqrolizinq” ASC-nin fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqların, xüsusi ilə də gübrələrin anbarlarda mövcud təlimata və qaydalara uyğun saxlanılması, satışdan, həmçinin qısa müddətli lizinqə verilən taxılyığan kombaynlar, traktorlar və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən daxil olan vəsaitlərin vaxtlı-vaxtında ödənilməsinin təmin olunması, “Aqrolizinq” ASC-də elektron kənd təsərrüfatı sisteminin təkmilləşdirilməsi, fermerlərin texnika və gübrəyə olan tələbatlarının əvvəlcədən müəyyənləşdirilməsi, texnikadan səmərəli istifadə olunması, gübrə anbarlarının müasir standartlar səviyyəsində qurulması üçün təkliflərin hazırlanması, bu sahədə qısa müddətdə dönüş yaradılması barədə ciddi tapşırıq və tövsiyələr verib.

Yekunda nazir Heydər Əsədov “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin fəaliyyət mexanizminin təkmilləşdirilməsi, qarşıdan gələn taxıl yığımı kampaniyasının mütəşəkkil keçirilməsi məqsədi ilə taxılyığan kombaynların dislokasiya planının hazırlanması, pambığın becərilməsində aqrotexniki tədbirlərin vaxtında yerinə yetirilməsi və bu sahədə işlərin səmərəliliyinin artırılmasını məqsədəuyğun hesab edib, rayonlarda aidiyyəti struktur bölmələrinin koordinasiyasının gücləndirilməsi, fəaliyyətlərində operativliyin təmin olunması və qarşıda duran vəzifələr barədə rayon kənd təsərrüfatı idarələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.


Xəbər 975 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +