İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


31.05.2017  11:08 

Təhlükəli dondurmalar mövsümü başladı





A+  A-

Günəş artıq yandırıb-yaxır, eyni zamanda da, paytaxt mağazalarında dondurmaların qızğın satışı gedir.
XəzərNews.az BiG.AZ-a istinadən xəbər verir ki, isti yay günlərində kiminsə belə sərin desertdən imtina edəcəyi mümkün deyil.

Lakin əksər hallarda nəfis qablaşdırmanın içində olan süd kütləsi özünün qəribə dadı, tamı ilə bizi məyus edir.

Maraqlıdır, niyə? Olmaya, uşaqlıqdan sevə-sevə yediyimiz dondurmalar yox, ağız dadımız dəyişib?

Bəli, sovetlər dönəmində dondurmalar bütünlüklə təbii məhsullardan hazırlanırdı.

Dondurmanın əsas inqredienti sayılan indiki südlərin “ömrünü uzatmaq” üçün ona xüsusi konservantlar əlavə olunur. Bu da hələ yaxşı halda belədir... Pis halda isə quru südlə əvəz edirlər. Belə olan halda dondurmaların dadının kəskin pisləşməsi heç də təəccüblü deyil.

Yay aylarında “soyuq desertə” tələbat hədsiz çox olur. Artıq pul qazanmaq istəyən fırıldaqçılar saxta məhsul istehsal etməkdən belə çəkinmir.

Ölkəmizdə yerli istehsalla yanaşı, Türkiyə, Rusiya və İrandan gətirilən dondurmalar da satılır. Onların qiyməti isə müxtəlifdir. Ən ucuz dondurma 30 qəpik, ən bahalısı isə 45 manatadır.
Dondurma həssas qida olduğu üçün kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qalır. Buna görə də ilk növbədə dondurma alanda onun saxlanma şəraitinə və tərkibinə diqqət yetirilməlidir.

Dondurma ixtisaslaşdırılmış vitrinlərdə saxlanılmalıdır. Amma bəzən marketlərdə dondurmaların toyuq və balıq məhsulları ilə eyni soyuducuda saxlanılmasının da şahidi oluruq. Ekspertlər isə bildirirlər ki, yad qidalarla eyni soyuducuda saxlanan dondurma keyfiyyətini pozmaqla yanaşı, üzərində mikroorqanizmlərin artmasına səbəb olur. Satıcıların sözlərinə görə, daha çox satılan dondurmalar yerli, Türkiyə və Rusiya istehsalı olan dondurmalardır. Düzdür, havalar hələ çox isti olmadığı üçün dondurma alıcıları da çox deyil. Ancaq satıcıların dediyi kimi, dondurma alanların sayında gün keçdikcə artım olur.

Əgər dondurma yeyərkən boğazda acılıq hissi yaranırsa, bu, onun tərkibinə yağlılığı təmin etmək üçün kərə yağı əvəzinə marqarin və yaxud bitki yağları qarışdırıldığını göstərir. İsti temperatura məruz qalan dondurmadan imtina etmək lazımdır. Bir də çalışmaq lazımdır ki, bir gündə 200-300 qramdan çox dondurma yeyilməsin. Əgər çox yeyilərsə, insanların bədən temperaturu aşağı düşə bilər və xəstələnər.

Hazırlanmış dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 180 dərəcədən yüksək olmayan temperaturda saxlanılmalıdır. Bu temperaturda meyvə-giləmeyvə və aromatik dondurmaları 1,5 ay, südlü dondurmanı 1 ay, qaymaqlı dondurmaları 1,5 ay, plombir dondurmasını 2 ay saxlamaq olar. Ticarət şəbəkəsində isə dondurmaları ümumilikdə mənfi 120 dərəcədən aşağı olmayan temperaturda 5 gün saxlamaq olar.
Donu açılıb yenidən dondurulmuş dondurmalar sağlamlıq üçün zərərlidir. Dondurma ləzzətli olmaqla yanaşı, sağlamlığımız üçün bəzən təhlükəli ola bilir. Onun süddən emal edildiyi və südün də tez xarab olduğu hamımıza məlumdur. Buna görə həkimlər daha diqqətli olmağı məsləhət görür. İsti havada süddən emal edilən dondurma uzun müddət qaldıqdan sonra mikrob törədə bilər və insanlarda qida zəhərlənməsinə səbəb ola bilər.

Açıq dondurma alındığı zaman onun tərkibində hansı rəngləndiricidən istifadə olunduğunun soruşulması önəmlidir. Paketdə dondurma alındıqda isə paketin üzərindəki məlumatlara diqqət edilməlidir.

Odur ki, sağlamlığınıza laqeyid yanaşmayın!


Xəbər 1670 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +