Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


23.05.2017  19:06 

Təhsil müəssisələrində 665 artıq ştat aşkarlanıb





A+  A-

Təhsil Nazirliyi təhsil müəssisələrinin yerli xərclərinin şəbəkəsində bir sıra nöqsanlar və uyğunsuzluqlar aşkar edib.
2016-cı ildə aparılan araşdırmalar nəticəsində 64 şəhər və rayon üzrə 419 təhsil müəssisəsində normativdən artıq 665 ştat vahidinin mövcudluğu, 49 işçinin 0,25 ştat vahidi ilə, 1140 işçinin 0,25-0,5-dək ştat vahidi ilə, 5261 işçinin isə 0,5-0,75-dək ştat vahidi ilə işləməsi müəyyən edilib. Bu günədək normativdən artıq saxlanılan 28 ştat vahidi ləğv edilib və bununla illik 33,9 min manat məbləğində vəsaitə qənaət edilib.

Tam ştatla işləməyən işçilər barəsində müvafiq tədbirlərin görülməsi ilə bağlı ərazi maliyyə hesablaşma mərkəzləri tərəfindən yerli təhsili idarəetmə orqanlarına məktublar göndərilib, bir sıra rayonlar üzrə ümumilikdə tam ştatla işləməyən işçilərin sayı 125 nəfər azaldılıb. Sosial problemlər yaratmamaqla, bu işlər mərkəzlər tərəfindən davam etdirilir.

Yerli təhsili idarəetmə orqanları ilə birlikdə aparılan monitorinqlər zamanı ilkin olaraq 83 ümumi təhsil müəssisəsində 331 işçinin iş vaxtı iş yerində olmaması, məktəbdənkənar müəssisələrdə 17 qrupun faktiki fəaliyyət göstərmədiyi aşkar edilib. Həmin qruplar ləğv edilib və bununla illik 32,2 min manat məbləğində vəsaitə qənaət edilib. Bundan başqa, Saatlı rayonunun 1 ümumi təhsil müəssisəsində Bakı şəhərində yaşayan 2 müəllimə tarifləşmə cədvəlləri üzrə dərs yükünün verilməsi aşkar edilib.

Gəncə şəhəri, Samux, Qazax və Tovuz rayonlarının təhsil müəssisələri üzrə ümumilikdə 372, о cümlədən, Gəncə şəhəri üzrə 206, Samux rayonu üzrə 12, Qazax rayonu üzrə 18, Tovuz rayonu üzrə 136 nəfər işçinin əmək haqlarından gəlir vergisi üzrə güzəştlərə əsasverici sənədlərin saxta olduğu müəyyənləşdirilərək vergi güzəştləri ləğv olunub.

Kommunal xidmətlərin monitorinqi nəticəsində Sumqayıt və Gəncə şəhərlərinin təhsil müəssisələrində zirzəmiləri və digər qızdırılmayan sahələri qızdırılan sahə kimi qəbul edilməklə, istilik xərclərinin şişirdilməsi müəyyən edilib. Artırılmış həcmlər azaldılıb, bununla da ümumilikdə, illik 70 min manatdan artıq büdcə vəsaitinə qənaət olunub.

(trend.az)

Xəbər 965 dəfə oxunub.



28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +