Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


22.05.2017  11:06 

Məmurlar niyə mənfi imicə malikdir...





A+  A-

Azərbaycanda məmurların adı gələndə, çoxlarının gözü önündə onların 90 faizi barədə mənfi təsəvvürlər canlanır. Süründürməçi, rüşvətxor və korrupsioner, harınlamış, zalım... kimi xoşagəlməz epitetlər Azərbaycan məmuruna şamil edilir. Amma bəzi hallarda, necə deyərlər, yaş da qurunun oduna yanır... Bir çox hallarda isə məmur özbaşınalığı vətəndaşı təhqir etməyə qədər əndazəni aşır.
“...həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq”. Bu sözlər Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur. Məhz bu sahədəki mənfi tendensiyanı aradan qaldırmaqdan ötrü ölkə başçısı bir sıra icra başçılarını, nazirləri, komitə rəhbərlərini vəzifədən kənarlaşdırıb. Amma nədənsə məmurların mənfi imicini dəyişmək hələ ki cəmiyyət olaraq bizə müyəssər olmayıb.

Bəs Azərbaycan məmuru nə etməlidir ki, onunla bağlı fomalaşmış mənfi imic dağılsın. Davranışda dəyişiklik etməlidir, yoxsa ünsiyyətdə, idarətməni təkmilləşdirməlidir, yoxsa düşüncəsini?..

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, problemin həlli vətəndaşlarla canlı ünsiyyətdir:

Məmurların ətrafındakı standart adamlar...

“Son illər məmurların fəaliyyətində şəffaflıq getdikcə artmaqdadır. Azərbaycanda nazirlər tərəfindən hər ay müxtəlif regionlarda görüşlər keçirilir. Burada ən vacib olan vətəndaşlarla birbaşa təmasdır. Çünki canlı ünsiyyət zamanı məmurun bütün keyfiyyətləri üzə çıxa bilər. İkinci tərəfdən, məmurların fəaliyyətlərinin şəffaflıq hesabatının artırılması çox vacibdir. Eyni zamanda, Azərbaycandakı məmurlar xarici görkəm baxımından da cüssəlidirlər, fiziki baxımlarına diqqət yetirirlər. Hətta əksəriyyəti idmanla da məşğul olur.
Mənim fikrimcə, məmurlar barədə mənfi rəylər uzun illər əvvəl formalaşmış stereotiplərdən qaynaqlanır. Heç şübhəsiz ki, hər bir məmur həm də imici barədə düşünməlidir. Birincisi, o düşünməlidir ki, hansı dövlət orqanını təmsil edir. Çünki bu, bütövlükdə struktur haqqında yanaşma yaradır. Ona görə də bunun məsuliyyətini dərk etmək lazımdır. Rayonlarda icra hakimiyyətləri açıq görüşlər keçirir. Məmurların ətrafında olan adamlar da çalışırlar ki, görüşlərə standart adamlar gətirsinlər. Bu praktikadan qaçmaq lazımdır”.

“Məmurlar jurnalistlərdən qaçır”

Hüquqşünas bildirib ki, Azərbaycan vətəndaşının yeganə istəyi dinlənilməkdir:
“İnsanlar anlayır ki, bütün problemləri bir anda həll etmək mümkün deyil. Bir çox hallarda vətəndaş qanunsuz tələblər irəli sürür. Amma onlar istəyir ki, məmur onu dinləsin. Məhz bu dinləməklə bağlı problemlər var. Əgər məmur vətəndaşlarla mütəmadi canlı görüşlərdə olsa, kütləvi informasiya vasitələrinə lazımlı məlumatları versə, məsələ müsbət yöndə dəyişər.
Onların ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi mətbuatla sıx əməkdaşlıq şəraitində işləməlidir. Amma biz görürük ki, mətbuat katibləri bir çox hallarda rəhbərlə vətəndaş arasında sədd rolunu oynayır. Mətbuatdan qaçmaq çıxış yolu deyil. İnformasiya verilməsinin məhdud olması əlavə şayiələrə, əsassız məlumatlara gətirib çıxarır. Məsələn, hansısa nazirlə bağlı qərəzli məlumat gedibsə, onu aydınlaşdırmaq üçün jurnalistə məlumat vermək lazımdır. Açıqlama verilməməsi şayiələrlə razılaşmaq, onların daha da şaxələnməsinə səbəb olmaqdır.

Bəzi kütləvi informasiya vasitələrinin ayrı-ayrı şəxslərin təsirində, onlardan asılı vəziyyətdə olması məmurlar arasında bir-birinə münasibətdə yalan informasiyanın yayılmasına səbəb olur ki, bu da əlavə zərbədir.

Məmurlar həm media, həm də vətəndaş cəmiyyətilə əlaqədə olarsa, bu, bütövlükdə məmurların illərdir formalaşmış mənfi obrazının dağılmasına gətirib çıxara bilər. Bu gün bir çox dövlət orqanları fəaliyyətlərində şəffaflığı artırarlarsa, bununla da imiclərini dəyişə bilərlər. İmicin dəyişməsi birinci növbədə vətəndaş seqmentlərinin bu prosesdə iştirakını vacib edir. Vətəndaş cəmiyyəti dedikdə media və QHT-lər nəzərdə tutulur. Onlar məmur və vətəndaş arasında körpü rolunu oynayırlar. Ona görə də bu amillərə diqqət yetirilməli, funksional vəzifələrlə bağlı mütəmadi məlumatlar verilməlidir. Bütün bunlardan keçdikdən sonra həm imicin yüksəlməsi, həm də etimad və inamın artması baş verəcək. Etibar və inamda baş verən qüsurlar Azərbaycanda məmurların mənfi, neqativ imicinin formalaşmasına gətirib çıxarıb. Bəzi hallarda kənar qüvvələr ən yaxşılar barədə belə məlumatlar yaymağa çalışırlar. Amma şəffaflıq hesabatı ilə illərlə formalaşmış mənfi məmur obrazını darmadağın etmək mümkündür. Bu isə hər bir məmurun öz əlindədir”.

(modern.az)

Xəbər 1163 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +