Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


19.05.2017  12:16 

Aygün Akimovanın əməlləri: “Xərclədiyi pulların sayı-hesabı yox idi...”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı 1 milyona yaxın dələduzluq etməkdə ittiham olunan Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

Prosesdə zərərçəkmiş qismində Səidə Əliyeva ifadə verib. O, ifadəsində A.Akimovanı 2010-cu ildən tanıdığını, Beynəlxalq Universitetdə oxuyan qızının diplomunu almaq üçün ona 5 min manat verdiyini göstərib: ”Aygünlə rəfiqəm Afət Hüseynovanın mağazasında tanış olmuşdum. Mənə deyirdi ki, yüksək vəzifəli şəxslərlə qohumluğum var, qızının diplomunu bir həftəyə ala bilərəm. Amma heç kimin adını çəkmirdi. MTN-də yüksək vəzifəli adamının olduğunu deyirdi. Diplomu almaq üçün Afətin mağazasının qabağında ona 5 min manat pul verdim. Nə pulumu qaytardı, nə də diplomu aldı”.

Zərərçəkmiş uzun müddət pulunu geri ala bilmədiyinə görə sonda hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib:”Afətlə əlaqə saxlayırdım, ondan soruşurdum. Aygün də Afətə deyirdi ki, düzələcək. Gördüm ki, səs-səmir çıxmır, hamını aldadır.Afət Hüseynova şikayət etdikdən sonra mən də 2015-ci ildə Səbael Rayon Polis İdarəsinə şikayət ərizəsi verdim”.

Təqsirləndirilən A.Akimova isə zərərçəkmişin dediklərinin yalan olduğunu bildirib:”Mən sıravi adam olmuşam, özü nazirlikdə işləyirdi. Onun işini necə həll edə bilərdim?”



Daha sonra A.Akimovanın evində dayəlik edən zərərçəkmiş Rita Həsənzadə dindirilib. Zərərçəkmiş məhkəməyə verdiyi ifadəsində təqsirləndirilən şəxsə 28 min 700 dollar verdiyini açıqlayıb: ”Günü 20 manat olmaqla onun uşağına baxırdım. Doqquz ay Aygünün evində işləmişəm. Münasibətlərimiz çox yaxşı idi. Məni evə getməyə qoymurdu, onlarda qalırdım. Həmin ərəfədə ev satmışdım. Aygün dedi ki, mənə 20 min manat pul ver fəhlələrə verim, yoldaşım Gənclikdə ev tikir, sənə oradan ev verəcəyəm. Mən də pullarımı bankda saxlayırdım. Pulu çıxarıb verdim”.

Zərərçəkmişin ifadəsinə görə, pullarını A.Akimovadan geri istəyəndə onu evə buraxmayıb: ”Uşağına baxdığıma görə pulumu da vermədi. Qızım Kievdə əməliyyat olunmuşdu. Mənim xarici pasportum yox idi. Bircə dəfə o vaxt bacım qızımın yanına gedəndə təyyarə pulunu Aygün vermişdi, vəssalam. Artıq uşağına da baxa bilmirdim. Ona görə də çıxıb getdim. Məni dəli olmaq dərəcəsinə çatdırmışdı. Deyirdi, kişinin işi ağırdı, onun adını çəkmək olmaz. Yoldaşı iş adamı idi, adı Abdulla idi. Tez-tez Aygün mənə “sənə Gənclikdə tikilən binadan yer verəcəm, uşağına klinika açarsan” deyirdi. Digər tərəfdən özünün 10 kilo, qardaşının 5-6 kilo qızılı olduğunu da deyirdi”.



L.Həsənzadə ifadəsində A.Akimovanın özünü mötəbər şəxs kimi təqdim etdiyini, bahalı maşınlar sürdüyünü, gecə-gündüz başının qarışıq olduğunu göstərib: ”Aygünlə yoldaşı bina tikirdilər. Nə vaxt zəng vururdum, deyirdi ki, işləyirəm. Sonradan telefonlarıma da cavab vermədi. Məcbur olub onun-bunun telefonundan zəng vururdum. Hər dəfə də “yanımda adam var, danışa bilmirəm” deyirdi. Neçə dəfə soruşmuşdum ki, gecə də tikinti olar? Deyirdi, sən bilmirsən”.

Zərərçəkmiş daha sonra A.Akimovanın xərclədiyi pullardan danışıb: ”Onun xərclədiyi pulun sayı-hesabı yox idi. Hər dəfə restorana gedəndə 300-500 manat pul xərcləyirdi. “Porsche” və “Escalade” sürürdü. Bahalı paltarlar geyinir, evə yüksək səviyyədə bazarlıq edirdi. Deyiridi ki, bu yaxında 1 milyon pul gələcək, sənin də pulunu qaytaracağam. Aygün istəsəydi mənim pulumu yarım saata da qaytara bilərdi”.



Məhkəmə prosesi mayın 25 –də davam edəcək.

Xatırladaq ki, bu iş üzrə "AMAY Abdulla" kimi tanının Abdulla Abdullayev də istintaqda şahid kimi ifadə verib. Bir müddət əvvəl həbsxanadan azadlığa çıxan biznesmen Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının atası olmadığı üçün doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını, sonuncunun onun şirkətində xadimə işlədiyini deyib.

A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.

Onlara Cinayət Məcəlləsinim 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

(virtualaz.org)

Xəbər 2526 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına


BÜTÜN XƏBƏRLƏR +