Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


18.05.2017  17:58 

“Mənim məktəbim” layihəsi uğurla davam edir - FOTOLAR





A+  A-

“Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində Səbail rayonunda yerləşən Etibar Əliyev adına 162 saylı tam orta məktəbdə tədbir keçirib.
XəzərNews.az xəbər verir ki, tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər və məktəbin şagirdi, DİM-in 2017-2018-ci tədris ili üçün ali məktəblərə keçirdiyi qəbul imtahanlarında (yaz imtahanı) I ixtisas qrupu üzrə maksimum bal – 700 bal toplamış Mahirə Əsədzadə iştirak edib.

Layihə koordinatoru Adəm Abbaslı bildirib ki, “Mənim məktəbim” layihəsi ümumtəhsil müəssisələrində uğurlu təhsil metodikalarının təşviqi təşəbbüslərinə dəstək xarakteri daşıyır: “Layihə orta məktəblərdə uğurlu təhsil metodikalarının təşviqi, valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması və məktəblilərin ictimai fəallığının artırılmasından bəhs edir. Həmçinin müəllimlərin öz üzərində çalışmaları, yeni texnologiyalardan istifadə bacarıqları, yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti, ictimai fəallıqları və valideynlərin məsuliyyətindən bəhs edir.

162 saylı tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin tarixi, uğurları haqqında danışıb. Direktor bildirib ki, problemlərdən çəkinmək yox, onların həllinə çalışmaq lazımdır. Məktəbin yarandığı gündən bu günədək – 80 illik bir tarixə və bu zaman kəsiyində əldə edilən nailiyyətlərə ekskursiya edən Sevinc Abbasova vurğulayıb ki, dövlətin təhsilə qayğısı danılmazdır və bunu hər bir Azərbaycan vətəndaş görür, həyatında hiss edir: “Bu gün Azərbaycan təhsil sistemində uğurlu layihələr həyata keçirilir. Onun nəticəsidir ki, məktəbimizin şagirdi 700 bal toplayıb. Bu həm də o deməkdir ki, orta məktəblərimiz kifayət qədər güclüdür”.

Tədbirdə iştirak edən məktəbin bu ilki qəbul imtahanlarında ən yüksək nəticə ilə fərqlənən şagirdi Mahirə Əsədzadə əldə etdiyi uğuru müəllimlərinin dəstəyi ilə qazandığını vurğulayıb. Bildirib ki, həlli olmayan, uğurla nəticələnməyəcək problem yoxdur, sadəcə bunun üçün təşəbbüs göstərmək, çalışmaq lazımdır: “Bu səbəbdən də “Mənim məktəbim” layihəsi zamanında start götürüb. Problemin həlli üçün zamanı uzatmağın özü də problem yaradır. Bu nöqteyi-nəzərdən layihənin uğurlu olacağına və qarşısına qoyduğu məqsədlərə çatacağına əminəm”.

Daha sonra valideynlər də uğurlu təhsil metodikası ilə bağlı öz fikirlərini bildiriblər. Vaxtı ilə övladları, hal-hazırda isə nəvələri bu məktəbdə oxuyan Ofeliya Dadaşova və digər valideyn Gülnarə Allahverdiyeva “Mənim məktəbim” layihəsinin aktual olduğunu deyib. Onlar bildirib ki, belə layihələrin həyata keçirilməsi məktəblərdə olan problemlərin aradan qaldırılmasına dəstək və təhsilin inkişafına xidmətdir.
“Təhsil millətin gələcəyidir”. Bu gələcəyi qurmağı qarşısına məqsəd qoyan 162 saylı tam orta məktəbin tarixi və fəaliyyəti haqqında bəzi məlumatları təqdim edirik:

Tarixi

162 nömrəli məktəbin binası 1936-cı ildə tikilmiş, Böyük Vətən müharibəsinin sonunadək hərbi hospital kimi fəaliyyət göstərmişdir. 1947-ci ildə təmir edilərək məktəb kimi istifadəyə verilmişdir. Bakı şəhər Xalq Deputatları Soveti Rəyasət heyətinin 1/1 saylı 24.01.1995-ci il tarixli qərarı ilə 162 nömrəli tam orta ümumtəhsil məktəbinə Tərtərin Qapanlı kəndində gedən döyüşlərdə şəhid olmuş Etibar Allahverdi oğlu Əliyevin adı verilmişdir. Eyni zamanda dövlət tərəfindən məktəbin foyesində şəhidin büstü ucaldılmışdır.

İmkanları, şagird və müəllim heyəti

Məktəb 880 yerlik əsas korpusdan ibarətdir. Hazırda məktəb 1-7-ci siniflərdə 5 günlük, 8-11-ci siniflərdə 5 günlük və 2 növbəli iş rejimində işləyir. Hazırda 22-si ibtidai olmaqla 53 sinifdə 1206 şagird Azərbaycan və rus bölmələrində təhsil alır. Məktəbdə 1358 kadr fəaliyyət göstərir. Müəllimlərin sayı 104, müəllim-şagird nisbəti 1.3-dür.
Məktəbdə xarici dil kimi rus və ingilis dilləri tədris edilir. V-VII siniflərdə isə ingilis dili ilə yanaşı ikinci xarici dil kimi rus dili tədris olunur. Şagirdlərin istedadının aşkara çıxarılması, onların gələcək inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə liseydə 10-cu siniflərdən başlayaraq şagirdlərin meyl, maraq və qabiliyyətləri əsas götürülməklə texniki – riyaziyyat, humanitar və təbiət təmayüllü siniflər yaradılır. Məktəbin 6 ibtidai sinif otağı Promethan İnteraktiv lövhələri ilə təmin olunmuşdur. Mütəmadi olaraq məktəbin fəaliyyətini təmin edən, inkişafetdirici rejimdə işləməsinə zəmin yaradan, keyfiyyət göstəricilərinin yüksəldilməsinə xidmət edən təşkilati – pedaqoji kompleks tədbirlər həyata keçirilir. Məktəbin müəllimlərinin İKT-dən istifadə bacarıqlarının artırılması məqsədilə onların tam əksəriyyətinin “İntel”, “Mədəd” kurslarına cəlb olunması işlərinin səmərəsini artırmışdır. Müəllimlər mütəmadi olaraq ixtisasartırma və kurikulum kurslarında, həmçinin, yerli və beynəlxalq treninqlərdə, konfranslarda, sərgilərdə, iştirak edirlər.

Fəaliyyəti

Məktəb öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Təhsil Qanununu, müvafiq qanunvericilik aktlarını rəhbər tutur.
İl ərzində məktəbin "Fəaliyyət planı"nın 1.1.2.10-cu bəndinə uyğun olaraq ibtidai sinif şagirdlərinin oxuyub-anlama, sərbəst fikir yürütmə bacarıqlarının inkişaf dinamikasının izlənilməsi məqsədi ilə II-IV siniflərdə monitorinqə start verilib.
Məktəbin "Fəaliyyət planı" nın 1.1.3.2-ci bəndinə uyğun olaraq V siniflərdə şagirdlərin oxu bacarıqları səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsi məqsədi ilə monitorinqə start verilib.

Təkcə may ayında 162 saylı tam orta məktəb şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətinə bir neçə uğurlu layihələrə imza atıb. Məsələn, 1"ç" sinfində sinif rəhbəri Sona Əliyeva "Çorək müqəddəsdir" mövzusunda sinif saatı (1 may) keçirib. "Dəyirmi masa" ətrafında 1"ç" sinfinin şagirdləri ilə yanaşı müəllimlər və valideynlər də toplaşıb. Maraqlı söhbət zamanı uşaqlar çörək, onun istehsalı və qənaəti ilə bağlı maraqlı şeirlər, rollu oyunlar və nəğmələr nümayiş etdiriblər. Sonda şagirdlər I sinfi müvəffəqiyyətlə başa vurmaları münasibəti ilə Fəxri Fərman və sertifikatlarla mükafatlandırılıblar.
Məktəbin 6"r" sinfinin şagirdləri (3 may) biologiya müəllimi Leyla Mehdiyevanın təşəbbüsü ilə Zoologiya İnstitutunda ekskursiyada olublar. Leyla müəllimə ekskursiya zamanı şagirdlərinə nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib. Məktəblilər adları onlara biologiya kitabından tanış olan nəsli kəsilmiş müxtəlif canlıların maketləri ilə tanış olublar.
Məktəbin foyesində ibtidai sinif şagirdlərinin texnologiya dərslərində hazırladıqları əl işlərindən ibarət sərgi açıldı. Sərgidə bacarıqlı şagirdlərimizin hazırladıqları müxtəlif eksponatlar nümayiş olunur.

Şagirdlərin uğurları

Səbail rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə Sahil bağında məktəblilərin Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş rəsm sərgisi (10 may) keçirilib. Məktəbin şagirdləri sərgidə maraqlı rəsm əsərləri ilə iştirak ediblər. Şagird işləri içərisində ən çox diqqəti cəlb edən isə məktəbəhazırlıq qrupunun şagirdi Fərid Quliyevin və VII sinif şagirdi Mədinə Bəxtiyarovanın rəsmləri olub.
Məktəbin VI sinif şagirdi Rəhimov Əlixan IV İslam Həmrəyliyi oyunlarına həsr olunmuş I zona üzrə yarışda qalib gələrək 26 kq çəki dərəcəsində Yunan-roma güləşi idman növündə II yeri tutaraq qalib olub.
Və bu da məktəbin tarixində bir ilk: Mahirə Əsədzadə 162 saylı orta məktəbin məzunları sırasında 700 bal toplamış ilk abituriyentidir. O, əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəndir. Mahirə artıq hansı ali məktəbdə təhsil alacağını da seçib - Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası...









Xəbər 2916 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +