Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


17.05.2017  12:12 

Mədəniyyətlər arası anlaşmanın inkişafı təşəbbüslərinə dəstək - IV YAZI





A+  A-

Şeyx Şamil adına Avar Mədəniyyət Mərkəzi 2007-ci ildə yaradılsa da, 2008-ci ildən fəaliyyət göstərir. Cəmiyyətin əsas məqsədi Azərbaycanda yaşayan avarların mədəniyyətinin, adət-ənənələrinin, folkloru və dininin özünəməxsusluğunun qorunub saxlanmasına xidmət etməkdir. Bu mərkəzin nəzdində Qafqaz rəqsləri öyrədilən "Qafqaz" və qızlardan ibarət "Alazan" rəqs ansamblları vardır. Bundan başqa, təkcə, Balakən rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində 37 klub tipli mədəniyyət müəssisəsi, tarix-diyarşünaslıq muzeyi, "Heydər Əliyev" muzeyi, Bülbül adına Uşaq İncəsənət və Qabaqçöl qəsəbə musiqi məktəbləri, 49 kənd kitabxana filialı, mədəniyyət və istirahət parkı, Kino-Video Birliyi fəaliyyət göstərir. Bu mədəniyyət müəssisələrində çalışanların 275 nəfəri azərbaycanlı, 83-ü avar, 8-i ingiloy, 1 nəfəri ləzgi, 1 nəfəri rus, 1 nəfəri isə farsdır. Bu da Azərbaycanın beynəlmiləl bir ölkə olmasına daha bir əyani nümunədir.
Balakəndə 14 millətin nümayəndəsi yaşayır. Milli irsin qorunub saxlanması, eləcə də əhaliyə göstərilən mədəni xidmət işində rayonda yaşayan hər bir millətin adət-ənənələri təbliğ olunur. Belə ki, milli azlıqlar içərisində üstünlük təşkil edən avar xalqına məxsus Qabaqçöl qəsəbə mədəniyyət evində "Cahan" folklor ansamblı, Şambul kənd mədəniyyət evində "Qızlar" rəqs qrupu, Mahamalar kənd mədəniyyət evində "Təbəssüm" rəqs qrupu, ingiloylar yaşayan İtitala kənd mədəniyyət evində isə "Şəlalə" rəqs studiyası yaradılmışdır. Rayonda keçirilən bütün tədbirlərdə onların çıxışlarına xüsusi yer verilir.
UNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.
Əsrlərdən bəri Azərbaycanda yaşayan kürdlərin mədəniyyətini, tarixini öyrənmək üçün 1991-ci ildə "Ronayi" Mədəniyyət Mərkəzi yaradıldı və Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək hüquqi şəxs statusunu aldı. Mərkəzin məqsədi, adından göründüyü kimi, kürdlərin mədəniyyət problemləri ilə məşğul olmaq, tarixilərini, ədəbiyyatlarını, folklorunu öyrənməkdir. Mədəniyyət Mərkəzi yerlə təmin olunub. Vaxtaşırı mədəni tədbirlər keçirir, köçkünlər üçün əyləncəli və konsert proqramları təşkil edirlər.
"Göy qurşağı" redaksiyası tərəfindən kürd dilində bir neçə kitab buraxılıb. Prezidentin göstərişi ilə kürd dilində "Əlifba" kitabı nəşr olunub.
Ümumiyyətlə, ölkədə azsaylı xalqların bu sahədə inkişafının təmin edilməsi müstəqilliyin bərpası illərindən sürətlənməyə başlayıb. "Azərbaycanda yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında" 1992-ci ildə verilmiş Sərəncam bir başlanğıc oldu. Sərəncamın məzmununda etnik azlıqların təhsil, mətbuat, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik, bərabərlik və əməkdaşlıq hüquqları təsbit edilir.
Azərbaycanın siyasi rəhbərliyi ölkəmizdə yaşayan bütün millətlərin və xalqların inkişafı üçün mühüm işlər görür. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə rəhbərliyi dövründə milli azlıqların mədəniyyətinə diqqət və qayğı xüsusi yer tuturdu. Onun bu fəaliyyəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əlbəttə, elə bir xalq yoxdur ki, etnik mədəniyyətin qorunması və inkişafı problemi ilə qarşılaşmasın. Bu da təbii qanunauyğunluqdur - həyatın bütün sahələrində olduğu kimi, bu sahə də problemlərdən qaçılmazdır. Bu, həm də elə bir problemdir ki, həlli yollarının tapılmasına belə özünəməxsus diqqət və qayğı tələb edir. Bunun həlli yollarını tapmaq, zamanında hadisələrin xaotik müstəviyə keçməsinin qarşısını almaq daha çox hər bir siyasi rəhbərin qətiyyətindən, iradə və əzmkarlığından, xüsusən də xalqı ümumi amal ətrafında birləşdirmək bacarığından asılıdır. Müasir Azərbaycanın qurucusu Heydər Əliyev tarixdə buna bariz nümunədir.
Məlumdur ki, ümumi amal insanları birləşdirir. Əsas məqsəd millətin və onun mədəniyyətinin qorunması, yeni bilgilərlə zənginləşdirilməsi, həm əvvəlki, həm də indiki nəsillər tərəfindən toplanılan biliklərin gələcək nəsillər üçün qorunub saxlanılması ilə bağlıdır. Həmçinin, unutmaq lazım deyil ki, insanları birləşdirən başlıca dəyərlərdən biri də mədəniyyətdir. Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabər hüquqlu vətəndaşlarıdır və çoxsaylı azərbaycanlılarla bərabər, bütün vətəndaşlıq hüquqlarına malikdirlər. Onların folklor ənənələri və bilikləri ümummədəni və elmi baxımdan dəyərlidir: çünki bunlar etnik təşəkkül və inkişaf tarixi, həyat tərzi, dünyagörüşü və dünyaduyumu haqqında zəngin məlumatları özündə cəmləşdirir.
Müstəqillik əldə etdikdən sonra bir çox region ölkələrindən fərqli olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu, regionun inkişaf edən ölkəsi kimi Azərbaycan üçün ən təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Çünki sivilizasiyanın son 20 ilini müqayisə üçün götürsək, regionun digər ölkələri olan Ermənistan və İranda beynəlxalq qınaqlara baxmayaraq, bu sahədə kifayət qədər ciddi problemlər yaşanır. Məsələn, İranın cənub-şərqində - Sistan və Bəlucistan vilayətində yaşayan Bəluc xalqı, şimal-şərqdə türkmənlər, Xuzistan vilayətində ərəblər, qərbdə kürdlər və o cümlədən, ölkənin şimal hissəsi olan Cənubi Azərbaycanda yaşayan 30 milyondan çox azərbaycanlı bu ölkədə daim təhsil, elm, mədəniyyət və s. sahələrdə etnik ayrı-seçkiliyə məruz qalırlar.
Ermənistanda isə bu məsələ lap biabırçı xarakter alıb. Ermənilərin son bir əsrdə tutulduğu "Böyük Ermənistan" xəstəliyi ötən əsrin sonunda bu ölkədə yaşayan digər xalqlar üçün faciə ilə nəticələndi. Ölkənin, yalnız, ermənilərə aid olmasını əldə bayraq tutan Ermənistan rəhbərləri əsrlər boyu bu torpaqlarda yaşamış kürdlər, gürcülər və. s. xalqlarla yanaşı, öz dədə-baba yurdunda yaşayan azərbaycanlıların da ölkədən kütləvi deportasiyasını təşkil etdilər. Bu ölkədə həmin xalqlara məxsus olan qədim tarixə malik milli-mədəni abidələri xarabazara çevirdilər. Ermənistanda, təkcə, azərbaycanlılara məxsus onlarla məscid, muzey, maddi abidələr və digər incəsənət resursları ermənilər tərəfindən ciddi təcavüzə məruz qaldı. Eyni zamanda, hazırda da ermənilər vaxtı ilə ölkəsində yaşamış digər etnik xalqların musiqisinə, incəsənətinə və digər mədəni resurslarına oğru əllərini uzatmaqda davam edir. Təkcə, azərbaycanlılara məxsus oğurlanan neçə-neçə xalq mahnılarının plagiat formasına "müəlliflik" edən elə ermənilərin özləridir.
Azərbaycanda isə eyni dövr ərzində öz ərazisində yaşayan digər xalqlara münasibətdə bunların əksi baş verdi Bunu bütün dünya təşkilatlarının Azərbaycanda tolerantlığın güclü inkişafını etiraf etməsi də sübut edir.

(Əvvəli - III yazı bu linkdə: http://www.azadinform.az/news/a-141026.html)...

Bu YAZI “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəniyyətlər arasında (mədəni müxtəliflik) anlaşmanın inkişafı təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.



Xəbər 980 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?


BÜTÜN XƏBƏRLƏR +