Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


16.05.2017  11:46 

Hakim məşhur mağazalar şəbəkəsinin sahibini həbs etməklə hədələdi





A+  A-

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
İclas zərərçəkmiş Füzuli Xurşudovun ifadəsi ilə başladı.

Zərərçəkmiş şikayətinin olmadığını bildirdi

Zərərçəkmiş Füzuli Xurşudov bildirib ki, evlərdə və binalarda cari təmir işləri ilə məşğul olublar. Müdiri Bakıda olmadığı üçün MTN-ə çağırılıb və telefon nömrəsi götürülüb. Onun sözlərinə görə, araşdırma zamanı nazirlikdə 1 gün saxlanılıb.

Dövlət ittihamçısının suallarına cavab verən F.Xurşudov bildirib ki, müdiri Şahin Əmiraslanov şəhərdə olmadığı üçün MTN-ə onu çağırıblar. Hadisə 2014-cü ilin sonlarında baş verib.

Təqsirləndirilən Zaur Məmmədov zərərçəkmişdən izahat aldıqdan sonra Füzuli Əliyev nazirlik əməkdaşlarını daha çox maraqlandıran Şahin Əmiraslanovla əlaqə saxlayıb. Həmin gün F.Xurşudov nazirlikdə saxlanılıb, ertəsi gün buraxılıb.



Zərərçəkmiş sözlərinə əlavə edib ki, müdiri gəldikdən sonra onunla bağlı MTN tərəfindən heç bir hərəkət olmayıb. Füzuli Xurşudov təqsirləmdirilənlərə qarşı hər hansı iddiasının və şikayətinin olmadığını qeyd etdi.

Dövlət ittihamçısı bildirdi ki, zərərçəkmişin istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında xeyli fərq var. Zərərçəkmiş məhkəmədə verdiyi ifadəni təsdiqlədi.

Epizodla bağlı əsas zərərçəkmiş hesab edilən Şahin Əmiraslanov bu gün məhkəmə iclasında iştirak etmədiyindən məsələ ilə bağlı bir sıra məsələ qaranlıq qaldı.

MTN-də saxta qızıl məsələsinə böyük diqqət nədən irəli gəlib?

Əvvəlki məhkəmə iclaslarında baxılmış saxta qızıl məmulatlarının dövriyyəsi ilə bağlı epizod çərçivəsində ifadə verən şahid Şahmar Rzayev bildirib ki, həmin hadisələr vaxtı MTN-də çalışıb.

“Dostum Samir Muradi zəng edərək, ona saxta qızıl satıldığını və bununla bağlı yardım edilməsini xahiş etdi. İş yoldaşım Mahir Cəfərovla birlikdə Samirlə görüşdük. Samir adının hallanmasını istəmədiyini və başqa bir adamın adı ilə bu işlə bağlı ərizə vermək istədiyini bildirdi”, - şahid deyib.

MTN-ə məsələ ilə bağlı ərizə ilə bu epizod üzrə zərərçəkmiş kimi keçən Yaşar Məmmədov müraciət edib. Ərizə MTN-də Şahmar Rzayevə daxil olduqdan sonra o, həmin işin əks-kəşfiyyat idarəsi ilə heç bir əlaqəsinin olmadığını nəzərə alaraq, ərizəni MTN-in transmilli iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinə yollayıb.

Sual-cavabın gedişində vəkillər dəqiqləşdirdilər ki, Şahmar Rzayev ərizəni MTN-də heç bir qeydiyyatdan keçirmədən götürüb və digər idarəyə prosessual qaydaları pozmaqla göndərib. Şahid bəlkə də hardasa pozuntuya yol verdiyini etiraf etsə də, bu məsələ ilə məşğul olmadığını və ərizəni digər idarəyə yolladığını xatırlatdı.



Təqsirləndirilən Füzuli Əliyev

Məsələyə aydınlıq gətirən təqsirləndirilən Füzuli Əliyev qeyd etdi ki, doğrudan da, MTN-in daxili təlimatına əsasən, transmilli cinayətkarlığa və qaçaqmalçılığa qarşı mübarizə məqsədilə ərizələr izafi prosedurlardan keçmədən onun çalışdığı idarəyə göndərilib. “Bunu belə edirdilər ki, artıq adamlar məsələdən xəbərdar olmasınlar və zəruri tədbirlər qısa zamanda görülsün. Lakin burada söhbət saxta qızıl məmulatlarından gedir və bu məsələdə nə transmilli cinayətkarlıqdan danışmaq olar, nə də qaçaqmalçılıqdan. Saxta malla nə qaçaqmalçılıq?” – F.Əliyev sözlərini bitirib.

1480 dollarından əlini üzmüş zərərçəkmiş

Zərərçəkmiş Yaşar Məmmədov ifadəsində bildirib ki, bir gün taksi sürücüsü kimi tanıdığı Zeynal Şəfiyev onun çalışdığı əlvan metalların qəbulu məntəqəsinə yaxınlaşaraq, 1480 dollara 3 ədəd bilərziyi zərərçəkmişə satıb. Sonradan qızılın saxta olduğu ortaya çıxıb.

“Köhnə univermaq”da işləyən Samir Muradi mənə yaxınlaşaraq dedi ki, eşitmişəm, sən kaqızla-sənədlə 1480 dollarlıq saxta qızıl almısan. Mənə də 22 min dollarlıq satıblar, amma kağızı yoxdur, ərizə yaz, pulumuzu geri alaq”, - zərərçəkmiş bildirib.

Onun sözlərinə görə, həmin ərəfədə daha bir nəfərin 30 min dollarlıq saxta qızıl aldığını eşidib. “Möhtərəm hakim, məlum oldu ki, saxta qızılı Azərbaycana vedrə ilə gətiriblər”, - Y.Məmmədov qeyd edib.

Sonradan Yaşar Məmmədov MTN-ə ərizə ilə müraciət edib: “MTN əməkdaşı Mahir Cəfərov mənə dedi ki. pulunu sənə özüm qaytaracağam. Bundan təxminən 4 gün sonra məni MTN-ə çağırdılar, getdim gördüm ki, Zeynal Şəfiyevi tutublar”.

Bir müddət sonra zərərçəkmiş Samir Muradinin 22 min manatını geri aldığını eşidib, lakin onun pulu qaytarılmayıb. “Mən özümə çatanı Qiyamət günündə alacağam”, - Yaşar Məmmədov bildirib.

Zərərçəkmiş təqsirləndirilənlərə qarşı heç bir şikayətinin və iddiasının olmadığını dedi.

Adil İsmayılov: “Rəşaddan ala bilmədiyi pulu təqsirləndirilənlərdən almaq istəyir”

İclasda zərərçəkmiş qismində ifadə vermiş Zabil Salmanov bildirib ki, fərdi sahibkardır və əsas etibarilə Nizami küçəsində yerləşən bir sıra məşhur brend mağazalarının sahibidir.

Zərərçəkmişin sözlərinə görə, 2015-ci ilin mart ayının 1-də işçisi Türkiyədən qayıtmalı olsa da, nə evdə, nə də işdə görünüb. Sonradan ona məlum olub ki, şirkətin əməkdaşı Yasamal rayon Polis İdarəsindədir. Ora yollanarkən, yolda zərərçəkmişi MTN əməkdaşları saxlayıblar və bildiriblər ki, şirkətin əməkdaşını hava limanında onlar saxlayıblar.

Təqsirləndirilən Füzuli Əliyev, Zaur Məmmədov və Natiq Alıyev tərəfindən nazirliyə aparılan Zabil Salmanov “itkin düşmüş” əməkdaş və MTN işçiləri ilə birlikdə şirkətin ofisinə gəliblər və ofisdə axtarış aparılıb. Zərərçəkmişin sözlərinə görə, Natiq Alıyev seyfdən külli miqdarda pul vəsaiti – 240 min avro, 23 min dollar və 20 min manat götürüb. Eyni amanda, ofisdən sənədlər və kompüterlər aparılıb.



Zərərçəkmiş qeyd edib ki, MTN-də təqsirləndirilən Füzuli Əliyev ona həbs olunacağını və bu tapşırığın yuxarıdan verildiyi bildirilib. Sonradan bu məsələnin 3 milyon manata həll edilə biləcəyi zərərçəkmişin nəzərinə çatdırılıb. “Mən bu qədər pulumun olmadığını dedim”, - Z.Salmanov qeyd edib. Sonradan qiymət 1 milyon manata endirilib.

Şirkətin seyfindən götürülmüş pul sonrakı günlərdə zərərçəkmişin əli ilə konvertasiya olunaraq, 337 min manat şəklinə salınıb və MTN-də saxlanılıb. Füzuli Əliyev zərərçəkmişdən yerdə qalan pulun verilməsini tələb edib. Zabil Salmanov kredit götürərək, Füzuli Əliyevə 100 min manat da ödəyib.

Bu hadisədən bir ay sonra Zabil Salmanov yenə MTN-ə çağırılıb. Ona bildirilib ki, obyektlərindən birini satarkən, yuxarıdakılara hörmətsizlik edib və qiymətdə güzəştə getməyib. Zərərçəkmişi general Sübahir Qurbanov qəbul edib və ona təklif edib ki, alqı-satqı prosesindəki anlaşılmazlığa görə Rəşad Məmmədovdan şikayət ərizəsi yazsın. Z.Salmanov generalın bu təklifinə razı olmadığını bildirb, lakin sonradan MTN əməkdaşlarının tələbi ilə ərizəni yazıb.

Vəkillərin suallarını cavablandırarkən, seyfdə olan pulların mənbəyi və şirkətin iqtisadi göstəriciləri ilə bağlı suallar zərərçəkmişi qıcıqlandırdı və o, bu qəbildən olan suallara cavab verməyəcəyini dedi. Vəkillərlə zərərçəkmiş arasında yaranmış gərginiyi prosesə sədrlik edən hakim Həbib Həsənov həll etdi. O, zərərçəkmişin nəzərinə çatdırdı ki, vəkillərin suallarına cavab vermək onun borcudur və bir də artıq-əskik söz desə, məhkəmə zalındaca həbs ediləcək.

Təqsirləndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılov bildirdi ki, onun belə suallar verməsində məqsədi şirkətin seyfində göstərilən məbləğdə pulun olmadığını sübut etməkdir: “Məsələ bundadır ki, bu adam Rəşad Məmmədovdan satdığı obyektə görə pulunu ala bilməyib və indi həmin pulu təqsirləndirilənlərdən almaq istəyir”.

Epizodla bağlı ifadə vermiş digər zərərçəkmiş Lalə İbrahimova 2015-ci il mart ayının 2-də Zabil Salmanovun tanımadıqları 4 nəfərlə ofisə daxil olduğunu qeyd edib. Sonradan onlarıln MTN əməkdaşları olduqlarını bilib.

Şirkətdə logistika üzrə mütəxəssis işləyən zərərçəkmiş dedi ki, onu da şirkətin digər əməkdaşları ilə birlikdə nazirliyə aparıblar və yalnız gecə saatlarında sərbəst buraxıblar.

Məhkəmənin növbəti iclası bu günə təyin edilib.

(virtualaz.org)

Xəbər 1916 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +