Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


15.05.2017  14:37 

“Agentlərin adını çəksəm, vətəndaş müharibəsi düşər” - Çovdarov





A+  A-

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası yenə təxirə düşüb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında Akif Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib.

Məhkəmədə sədrlik edən Həbib Həsənov bildirib ki, təqsirləndirilən MTN polkovniki Səlim Məmmədovun vəkili Cavid Rzazadə əməliyyat olunduğu üçün prosesdə iştirak etməyib.

Bu zaman prokuror bununla bağlı bildirib ki, əgər vəkil 10 gündən artıq gəlmirsə, təqsirləndirilən şəxsə digər vəkil təyin olunmalıdır: "Həm də bəzi epizodların Səlim Məmmədova dəxli yoxdur. Ona görə başqa vəkil təyin edib, işi davam etdirmək olar".

Bundan sonra vəkillər prokurorun çıxışına irad bildiriblər: "Əgər Səlim Məmmədovun həmin epizodlarla əlaqəsi yoxdursa, niyə bunlara mütəşəkkil dəstə ittihamı veriblər?".

Kamandar Nəsibov həmçinin qeyd edib ki, prokuror Səlim Məmmədovla bağlı ittihamlardan imtina edərsə,o zaman işə baxıla bilər.

Vəkillər bildirib ki, yeni vəkil işə qoşulandan sonra proses uzun müddət uzanacaq: "Yeni vəkil gələcək, işlə tanış olmaq üçün vaxt istəyəcək. Proses uzanacaq".

Təqsirləndirilən Səlim Məmmədov da yeni vəkil istəməyib.

Akif Çovdarov prosesdə çıxış edib. O bildirib ki, bu barədə heç nə demək istəmir: "Çünki mətbuatda yazacaqlar mənim adamlarım Cavidi döyüb xəstə edib. Ona görə söz deməyə qorxuram".

General həmçinin son günlər mətbuatda yazılan agentura söhbəti ilə bağlı da danışıb: "Qəzetlərdə MTN agentləri ilə bağlı oxuyuram. Yazılanlar hamısı yalandır. Elçin Behbudov rəhmətliyi agent çıxarıblar. Elçin Behbudovun Azərbaycan dövləti üçün etdiklərini prokurorluq və digər orqanlarının 10 faizi eləməyib. Məhkəməmiz haqqında ağızlarına gələni yazırlar. Mən agentlərin adını çəksəm, nələr olacaq allah bilir. Danışsam, ölkədə vətəndaş müharibəsi düşər. Hazırda vəzifədə olan məmurlar haqqında danışsam, nələr olacaq?"

Çovdarov prokurorluq orqanlarını tənqid edib: "Agentura məsələləri ilə bağlı istintaq aparanlar adları niyə yazırlar. Bu, dövlət sirridir. Ad yazmaqları dövlətçiliyə ziddir. Bu adamların adları açıqlanır. Cəmiyyətdə pis anlaşılır. Yaxşı, bundan sonra kim gəlib, öz dövlətinə xidmət edəcək. Bunu başa düşmürlər?"

Sonda hakimlər prokurorun istəyini qəbul etməyib.

Məhkəmə prosesi mayın 24-ə təyin edilib.

Xəbər 815 dəfə oxunub.



28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +