“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


10.05.2017  11:48 

Dağlıq Qarabağ münaqişəsi gənclərlə müzakirə edilib - Fotolar





A+  A-

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində ilk tədbir Prezident yanında Dövlət İdarəçilik Akademiyasında baş tutub.
XəzərNews.az xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbərinin köməkçisi Rəfail Əliyev bugünkü Dağlıq Qarabağ münaqişəsi və ətraf rayonların işğalı ilə heç cür barışıla bilməz və barışılmayacaq. Bu istiqamətdə həyata keçirilən dövlət tədbirləri, vətəndaş cəmiyyətin iştirakı və rolu danılmazdır. Biz hər vəchlə öz həqiqətlərimizi dünyaya düzgün şəkildə çatdırmalıyıq ki, sonra informasiya müharibəsində məğlub olmayaq. Bu işdə də biz gənclərin üzərinə çox böyük iş düşdüyünü bildirərək hər kəsi konfransa və müzakirələrdə aktiv şəkildə iştirak etməyin faydasını vurğulayıb.
Daha sonra çıxış edən gənc politoloq Zaur Məmmədov Dağlıq Qarabağ münaqişəsinin tarixi və köklərinə toxunub. Zaur Məmmədov daha sonra sözlərinə bu münaqişənin həlli ilə bağlı yaradılan qurum və həmin qurum tərəfindən təklif olunan həll yollarını gənclərin diqqətinə çatdırdı. O qeyd edib ki, hazırda 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 1997-ci ildə hazırkı həmsədr ölkələrinin təyin olunduğunu gənclərin diqqətinə çatdırıb. Burda o əsas 2 məqam üzərində gənclərlə interaktiv şəkildə diskussiyalar aparıb. Minsk qrupunun təklif etdiyi “mərhələli” və “paket” həll növləri ilə bağlı geniş şəkildə gənclərlə öz fikirlərini bölüşüb.
Daha sonra isə söz siyasi elmlər üzrə elmlər doktoru, professor Elman Nəsirova verilib. E. Nəsirov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlət siyasətini, dəyişən dünya reallıqlarında onlara adekvat olaraq Prezident İlham Əliyevin siyasi və diplomatik gedişlərini, ordumuzun aprel döyüşlərində qazandığı qələbələrə diqqəti çəkib. Professor qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərinə qədər beynəlxalq ictimaiyyət, hər kəs məsələnin dondurulmuş məsələlər içərisində olduğunu düşünürdülər. Lakin 3 günlük aprel döyüşləri bu fikirdə olanların tamamilə düşüncələrini alt-üst etdi. Və bu bir məsələyə də mesaj oldu ki, əgər danışıqlar bir nəticə verməzsə biz məcbur olaraq öz ərazi bütövlüyümüzü təmin etmək üçün güc yolundan istifadə edə bilərik.
Elman Nəsirov onu da vurğuladı ki, biz sülhün tərəfdarıyıq, məsələnin danışıqlar yolu ilə, diplomatiya ilə həllinin tərəfdarıyıq və bunun üçün də əlimizdən gələni etməkdəyik. Ermənistan tərəfi isə hər vəchlə münaqişədə yaranmış status-kvonu saxlamaq niyyətindədir. Lakin Cənab Prezidentin də qeyd etdiyi kimi biz bununla heç vaxt barışa bilmərik və status-kvonun saxlanmasında söhbət belə gedə bilməz.
Politoloq onu da əlavə etdi ki, aprel döyüşlərinə qədər bizim diplomatiyamız, diplomatlarımız etiraf edirlər ki, çox manevr etmək qabiliyyətinə malik deyildi. Çünki biz müharibədə məğlub tərəf idik və nəyisə diktə etmək imkanımız az idi. Lakin aprel döyüşlərindən sonra biz hərbi sahədə üstün olduğumuzu sübut etməklə bərabər diplomatik arenada üstünlüyü öz əlimizə aldıq və işğalçı tərəfi danışıqların həllində konstruktiv mövqe sərgiləməyə və məsələnin həlli ilə bağlı daha çox diktə etməyə və təzyiq göstərməyə başladıq. Çünki diplomatik gedişlə yanaşı hərbi gücümüz də yetərincə olmalıdır ki, istənilən manevri edə bilək. Elman müəllim məhz siyasi-hərbi yolun bizim üçün daha uğurlu olduğunu gənclərin diqqətinə çatdırdı.




Xəbər 1663 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +