“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


08.05.2017  17:08 

40 ailə zibilliklər arasında gizlədilir: “Bizə ayrılan vəsaitlər məmurların cibindədir”





A+  A-

Yasamal rayonunda “Qanlı göl” adı ilə tanınan ərazidə (Badamdar qəsəbəsinə düşən hissə) yerləşən yaşayış evlərinin sökülməsi ilə bağlı aparılan köçürülmə işləri hələ də sona çatmayıb. Əhalinin çoxuna kompensasiya və ev verilsə də, hazırda 40-a yaxın ailə köçürülməyib. Söküntü işlərinə 3 il öncə başlanılsa da proses hələ yekunlaşmayıb. Xarabalığa çevrilən ərazidə onlarla ailə zülmlə yaşamağa məcburdur.
Qeyd edək ki, “Qanlı göl” adlanan ərazidə yeni istirahət sağlamlıq mərkəzi və çoxmənzilli binalar inşa olunacağı nəzərdə tutulur. Şəhərcikdə 2 minə yaxın mənzil tikintiləcək.

XəzərNews.az bildirir ki, Musavat.com-un əməkdaşları adıçəkilən əraziyə baş çəkib sakinlərin gileyini dinləyib.

Söküntü aparılan ərazi xarabalığı xatırladır. Əksər evlər söküldüyündən zavodların, müəssisələrin tullantı məkanına çevrilib. Zibilliyə çevrilmiş ərazidən gələn üfunət iyi və gəmirici həşaratlar burada yaşayan ailələrin güzəranını cəhənnəmə çevirib.

Yaşıllıqlar məhv edilir. Bütün bunlar aidiyyatı qurumların gözü qarşısında baş versə də, görməzdən gəlinir. Bu qədər insanın sağlamlığı üçün isə heç kim məsuliyyət daşımır.

Ərazidə olduğumuz zaman köçürülməyən sakinlərin evlərini tapmaqda belə çətinlik çəkdik. Zibil tullantıları və söküntü qalıqları hündür təpələr yaratdığından qarşıdakı evləri görmək çətindir. Avtomobil yolları keçilməz durumdadır. Kanalizasiya xətləri isə tam yararsız vəziyyətə düşüb. Gölməçələrin yarandığı yoldan piyadaların keçməsi də müşkülə çevrilib.

Sakinlər deyir ki, axşam saatlarında isə çaqqal və tülkülərin səsindən qulaq tutulur. İşıq dirəklərinin olmaması sakinləri axşam saatlarında zülmət qaranlığa təslim edir. Bu ərazidə axşam saatlarında evdən çıxmaq, harasa getmək böyük cəsarət tələb edir.

Bu vəziyyət bir anlıq beynimizdə sual doğurur ki, bu qədər ailə niyə köçürülmür? Bu suala sakinlərdən cavab almağa çalışdıq.

Lakin sakinlərin əksəriyyəti danışmağa ehtiyyat edirlər. Onlar böyük ümidlə mənzil veriləcək günü gözləyirlər. Bu səbəbdən də, özlərinin də dediyi kimi, həmin qurumları tənqid edib, şanslarını itirmək istəmirlər. Lakin anonim də olsa, sakinlərdən birinin fikirlərini ala bildik: “ Burada qalan təxminən 40 ailəyə 600 manatdan kompensasiya və yaxud mənzil veriləcəyi nəzərdə tutulub. Tez-tez gəlib yoxlayırlar. Lakin heç kim nə zaman köçürüləcəyimiz barədə məlumat vermirlər. Mən inanmıram ki, bizi köçürsünlər. Bizə ayrılan vəsaitlər çoxdan məmurların cibindədir. Ölçü işlərində də camaatı aldatdılar. Külli miqdarda pul mənimsədilər. Razı olmayanları bayıra atdılar. Adına bank hesabı açıb, müəyyən məbləğ köçürüb, yola saldılar. Bu yolla ortada milyonlar oynadı. Kim sökdü, kim yedi, onu dəqiq deyə bilmərəm. Siz diqqət edin ki, necə pərakəndə şəkildə söküntü aparıldı. Küncdə-bucaqda, görünməyən ərazilərdəki evlərə toxunmayıblar. Bəlkə də yalandan yuxarıya söküntünün bitdiyi barədə məlumat çatdırırlar. Nə bilək, bəlkə də qalan ailələri də gecə ilə “sənətiniz yoxdur”bəhanəsi ilə çölə atacaqlar”.

15 ilə yaxındır ki, kiçik bir daxmada tənha yaşayan 60 yaşlı Şahid Ağayevin evinə baş çəkdik. Dar, enişli-yoxuşlu yollarda çətinliklə yeridiyini deyən həmsöhbətim burada cəhənnəm əzabı yaşadıqlarını dedi. Bu müddət ərzində burada yaşasa da, onu mənzil və yaxud kompensasiya üçün qeydiyyata almadıqları üçün gileyləndi.

Daha ətraflı təqdim edəcəyimiz videodan izləyin:


Xəbər 1609 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +