Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


04.05.2017  16:41 

Generaldan AÇIQLAMA: “Onlar terror təşkilatlarının hədəfində ola bilər”





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşları – polkovnik Azər Mehdiyev və digər 2 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə zərərçəkmişlər mülki iddia qaldırıblar.

General Elçin Quliyevə qarşı Taleh Sadıqov 500 min, Ələsgər Əliyev 74 min, Maqsud Mahmudov 1,4 milyon, Heydər Ələkbərov 800 min manatlıq iddia irəli sürüblər. Aydın Cəfərov isə E.Quliyevlə yanaşı MTN-in digər 2 generalı Teymur Quliyev və Natəvan Mürvətovanın ona dəyən 90 min manat ziyanı ödəməsini tələb edib. Ərizələr qəbul edilib.

Müdafiə tərəfinin etirazına cavab olaraq M.Mahmudov deyib ki, ondan 120 min alsalar da, 1,4 milyonluq əmlakını tələsik o qiymətə satdırıblar.

Bundan sonra zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə müzakirələr başlayıb. M.Mustafayev vəsatət verərək onunla bağlı MTN-də aparılan istintaqda adı keçən 22 nəfərin, həmçinin əməliyyatın keçirilməsi barədə əmri verən sabiq nazir Eldar Mahmudov, nazirliyin İstintaq Baş idarəsinin rəisi Mövlam Şıxəliyev, müavini Təhsin Ağayev və məhkəmə hakimlərinin bu prosesdə şahid qismində dindirilməsini istəyib: “Bu şəxslərin qardaşım Malik Mustafayevin intiharı ilə bağlı məlumatları olub”.

Vəsatət baxılmamış saxlanılıb.

Polkovnik Azər Mehdiyevin barəsində həbslə əlaqədar olmayan qərar seçilməsi ilə bağlı vəsatət təmin edilməyib. Zərərçəkən M.Mahmudovun əvvəllər 1 saylı Əsəs Dispanserində 2 dəfə müalicə aldığı qeyd olunub və müdafiə tərəfi onun hazırda anlaqlı olub-olmaması ilə bağlı ekspertizanın keçirilməsi üçün vəsatət verib.

General Elçin Quliyev bildirib ki, M.Mahmudov dələduzluğa görə məhkum olunub: “Başqa bir cinayət işi də olub. Qadınları pornoqrafik videolarla şantaj edib. Ona görə də ekspertiza keçirilməlidir”.

M.Mahmudov isə Qarabağ döyüşlərində iştirak etdiyi üçün müalicə aldığını deyib.

Vəsatət təmin edilməyib.

Daha sonra E.Quliyevin vəkili prosesin videoçəkilişlə aparılmasını istəyib: “Məhkəmə istintaqı başlamamış Elçin Quliyevin açıqlamaları yayılır. Bu məlumatların yayılması qanunla qadağandır”.

E.Quliyev də prosesin qapalı keçiriməsini tələb edib və əks halda ifadə verməyəcəyini bildirib.

Dövlət ittihamçısı münasibət bildirək dövlət sirri və ailə sirri ilə bağlı məlumatlar müzakirə olunan zaman, yəni prosesin qismən qapalı keçirilməsini istəyib.

Hakim E.Allahverdiyev prosesin çəkilişlə aparılması vəsatətini təmin etməyib, məhkəmənin qismən qapalı keçiriləcəyinə qərar verib.

Ardınca ittiham aktı elan olunub, MTN-çilər özlərini təqsirli bilmədiklərini deyiblər.

General E.Quliyev hazırkı mərhələdə ifadə verməkdən imtina edib. O deyib ki, zərərçəkmişlərin iştirak etdiyi iclaslarda ifadə verə bilməz: “Mənim hər sözüm dövlət sirridir. Bizim əməkdaşlarımızın adları mediada açıqlanır. Onlar terror təşkilatlarının hədəfində ola bilərlər. Biz “Meşə qardaşları”, Kamran Əsədovun dəstəsi, İŞİD, Əl-Qaidə ilə əlaqəsi olan şəxsləri ifşa etmişik. Mənim adım onsuz da açıqlanıb, amma əməkdaşlarımızın adlarını açıqlamaq olmaz. Onların ailəsinə bir şey olsa, məsuliyyəti kim üzərinə götürəcək?”

Digər təqsirləndirilən şəxslər də danışmaqdan imtina ediblər.

Buna görə də zərərçəkmişlərin ifadələri üzrə proses davam etdirilib. “Elite Travel” turiz şirkətinin direktoru Xalıq Sadıxov deyib ki, 2010-cu ildə onu MTN-ə apararaq saxta viza verməkdə ittiham edib 100 min manat istəyiblər. Sonra isə nazirliyin əməkdaşları Ayaz Gərayzadə və Nail Tağızadə özləri və ailələri üçün şirkətimizdən tur paket götürürdülər. Elə bil şirkət özlərinin idi”.

Zorlamada ittiham edilərək MTN-ə aparılan həkim Elşən Tağıyev deyib ki, ondan nazirlikdə 50 min manat tələb etsələr də, onlara heç bir məbləğdə pul verməyib və indi də şikayətçi deyil.

General E.Quliyev deyib ki, E.Tağıyev ərəb ölkələrində işlədiyi üçün MTN-nin marağında olub: “Bizə bu şəxslər bağlı şikayət daxil olmuşdu. Çox adam elə bilir ki, MTN yalnız dövlət təhlükəsizliyi ilə məşğul olur. Biz həm də insanlarla işləyirik. Bu şəxs xaricdə işlədiyi üçün ona nazirliyə çağırıb dindirdik”.

Məhkəmə prosesi mayın 8-də davam etdiriləcək.

(qafqazinfo.az)

Xəbər 776 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +