“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


03.05.2017  12:24 

Daha bir qrup sayğac oğrusu tutuldu





A+  A-

Əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların sökülərək oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən Sumqayıt şəhərində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
XəzərNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Cinayət Axtarış Şöbəsi (CAŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki çoxmənzilli yaşayış binalarının girişindəki su sayğacını oğurlamağa cəhd göstərən Corat qəsəbə sakinləri - Sənan Süleymanlı, onun qardaşı Kənan və Faiq Bayramlı saxlanılıblar. Saxlanılan şəxslərin ətrafında aparılan tədbirlərlə onların bu ilin yanvar ayından aprel ayına qədər olan müddətdə şəhər ərazisində 50-yə yaxın mənzilin su sayğacını oğurlamalarə da müəyyən edilib.

Qeyd edək ki, dəstə üzvləri təkcə bir gecədə şəhərin 13-cü mikrorayonu ərazisində yerləşən binalardan birinin 21 mənzilinin su sayğacını oğurlayıblar.

Saxlanılan şəxslər ifadələrində sayğacları oğurlayandan sonra onların mis və latundan olan hissələrini Sumqayıt şəhərinin müxtəlif yerlərində olan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Oğurlanan su sayğaclarının qırılmış hissələrinin bir qismi isə onların gizlətdikləri yerdən aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq saxlanılan şəxslərin oğurluq yolla əldə etdikləri mis və latunu satdıqları metal qəbulu məntəqəsinin sahibi Sumqayıt şəhər sakini Əlisəfa Qurbanov da müəyyən edilərək izahatının alınması üçün polis idarəsinə gətirilib.

Dəstə üzvlərinin ətrafında aparılan əlavə tədbirlər nəticəsində həmçinin onların
Sumqayıtdakı yaşayış binalarında olan 70-ə qədər liftin əyləc dolaqlarını da oğurladıqları məlum olub. Saxlanılan şəxslər liftlərdəki oğurluq hadisələrini də əlvan metal əldə edib satmaq niyyəti ilə həyata keçirdiklərini etiraf ediblər.


Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sonda Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə bir daha xəbərdarlıq edərək bildirir ki, oğurluq yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat versinlər. Əks halda həmin qəbul məntəqələri sahibləri barəsində də qanuna uyğun tədbirlər görüləcəkdir.


Xəbər 967 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +