Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


01.05.2017  11:51 

Deputat iqtisadçının var-yoxunu söydü - Borc QALMAQALI





A+  A-

Milli Məclisin deputatı İqbal Məmmədovla tanınmış iqtisadçı Qulu İbrahim arasında qalmaqal yaranıb.
XəzərNews.az BakiPost.az-a istinadən xəbər verir ki, buna səbəb illər əvvələ dayanan borc məsələsi olub. Belə ki, bir neçə il bundan əvvəl Q. İbrahimli İ. Məmmədova məxsus şirkətlərdən birinin maliyyə işlərini görüb. İqtisadçıya külli miqdarda borclanan deputat əvvəlcə borcu ödəyəcəyini bildirsə də, sonradan bundan boyun qaçırıb.

Bir neçə gün əvvəl iqtisadçı yenidən İ.Məmmədova mesaj yazaraq, pulunu tələb edib. Millət vəkili isə onun mesajına cavab olaraq, "sən kimsən ki, mənə mesaj yazmısan” deyib və iqtisadçını söyüb.

Qulu İbrahimli baş verənlər haqqında özünün facebook səhifəsində bunları yazıb: "Deputat İqbal Məmmədov söyüş söydü, mən də beşqatını özünə qaytardım. Telefonu bağladı. Xaricdən gəlsin, onu himayə edənlər davamıza tamaşa etsinlər. Qorxub geri çəkilsəm, başıma arvad yaylığı bağlayıb profil şəkli edərəm.

Söyməzdi, nəvəsi yaşda adamdan beşqatını da eşitməzdi. Mesaj da yazdım ki, şikayət etmək üçün əlində sübut da olsun. Bilsin ki, ondan qorxan yoxdur. Mən 8 ildir İqbal Məmmədova deyirəm 1 manat, lap elə 20 qəpik qoysun ortaya, halallaşaq. Amma o, özünə sığışdırmır, guya güc göstərir. Borcunu ödəməməklə nəyin prinsipini apardığını bilirəm.

Sən deputatlığına arxayın olub "var-yox” söyüşü edərsən, mən də sənin "var-yox”unu düzərəm qabağına, hələ beşqat artığıyla.

Mən deputat İqbal Məmmədovdan qorxsam, məndən əclafı yoxdur. Xaricdədir, deyir gəlib guya mənim payımı verəcək. Gözləyirəm. Hesab edirəm ki, ölkədə 10 güclü kişi varsa, onun ikisi mənim oğlanlarımdır. Onların ruzisini mənimsəmək istəyənin ağzının payın verərəm. Kimliyindən asılı olmayaraq.

Mesaj yazdım deputat İqbal Məmmədova ki, xaricdən qayıtdığı günü, vaxtı öyrənib, aeroporta gedəcəyəm, görüm dediyi söyüşlərin arxasında dura biləcək? Olmasa, Milli Məclisə gedəcəyəm. Gör bir, hansı həddə qədər qudurub. Elə mənim kimi biri qabaqlarına çıxıb dərs verməlidir.”

Qeyd edək ki, millət vəkili ötən ilin dekabr ayında mülki şəxsə qarşı fiziki güc tətbiq etməklə gündəmə gəlmişdi. O, Xətai rayonunun 11/56 ünvanında Fazil Bayramov adlı mülki şəxsi döymüşdü.

Xəbər 1114 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +